AYB-in mətbuat xidməti yaydığı informasiyada “Publika.az” saytına qarşı konkret ittiham səslənir: Yazıçılar Birliyinin nüfuzunu bilərəkdən, düşünülmüş şəkildə nüfuzunun aşağı salmaq. Birbaşa təqsirkarlar da göstərilir: saytın təsisçisi Aynur Camalqızı və baş redaktoru Elçin Əlibəyli.
Modern.az-a açıqlamasında Elçin Əlibəyli AYB mətbuat xidmətinə cavab olaraq bildirib:
“Mahirə Abdulla bizim “Ev havası” adlı layihəmizdə iştirak edib, fikir bildirmişdi. Hər adam öz sözünə görə məsuliyyət daşıyır. Burada mənim nə təqsirim var? O məqalədə adımın niyə hallandığını anlamıram”.
Elmin Nuri