Modern.az

Ombudsmanlığa namizədlər Milli Məclisə tövsiyyə olunub

Ombudsmanlığa namizədlər Milli Məclisə tövsiyyə olunub

25 Fevral 2010, 15:22

Fevralın 25-də Milli Məclisin İnsan Hüquqları Komitəsinin iclası keçirilib. İclasda Ombudsmanlığa namizədlərin siyahısı parlamentə tövsiyə olunub.
Komitə sədri Rəbiyyət Aslanova bildirib ki, Konstitusiyanın uyğun bəndinə istinadən prezident İlham Əliyev tərəfindən Azərbaycanın Ombudsmanının seçilməsi üçün parlamentə namizədlərin siyahısı təqdim edilib.
Ombudsman vəzifəsinə namizədlər hazırkı Ombudsman Elmira Süleymanova, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı təmsilçisi Teymur Məlikaslanovdur.
Hər üç namizədin adı olan sənəd parlamentin martın 5-də keçiriləcək plenar iclasının gündəliyinə tövsiyə olunub.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu