Modern.az

Hökümət bankı iki arvad alana kredit güzəşti verəcək

Hökümət bankı  iki arvad alana kredit güzəşti verəcək

17 Yanvar 2013, 11:59

Misir höküməti ərə getmək yaşını ötümş qızların ailə həyatı qurmasına stimul vermək üçün qəribə təşəbbüsə əl atıb. Misir İnkişaf və Təsərrüfat Bankı  bunun üçün gənc  fermerlərə kreditlər vermək barədə qərar qəbul edib.

Modern.az “Əl-Əhram”a istinadən qeyd edir ki, bankın direktoru  Mohsin Batran bu qərarı Kənd Təssrrüfatı Nazirliyində keçirilən iclasda elan edib. Bank rəhbəri gənc fermerlərə toy xərclərini ödəmək üçün kreditlər verəcəyini bildirib.
Mohsin Batranın sözlərinə görə,bu təşəbbüs poliqamiyanın inkişaf etdirilməsi üçündür. Kredit götürənlərə iki qadınla evlənmək şərti qoyulur. Birinci nikah üçün kreditin 3 faizli, ikinci nikah üçünsə kreditin 6 faizli olduğu bildirilib. Əgər kişi üçüncü dəfə evlənmək istəsə, onda kredit 15 faizdən çox olacaq.
“Əl-Əhram”ın məlumatına görə, Misirdə 9 mliyon ərə getməmiş qız var.

Peykər İbrahimova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir