Modern.az

Mehmet Əli Birand FOTOLARda

Mehmet Əli Birand FOTOLARda

İqtisadiyyat

18 Yanvar 2013, 11:30

Türkiyənin məşhur jurnalisti Mehmet Əli Birand dünən vəfat edib. Modern.az məşhur teleaparıcının həyatı və yaradıcılıq fəaliyyəti ilə bağlı maraqlı məlumatları oxuculara təqdim edir.

Mehmet Əli Birand 1941-ci il dekabrın 9 da anadan olub. Birandın nəslinin bir tərəfinin kürt, bir tərəfinin də türk olduğu bildirilir.

Jurnalist 1964-cü ildə “Milliyyət” qəzetində işə başlayıb. 1971-ci ildə evləndiksən sonra 500 dollar maaşla Brüsseldə də “Milliyyət” qəzeti üçün işləyib və 20 il burada yaşayıb.

1985-ci ildə TRT-1 kanalında 32-ci gün adlı veriliş hazırladı. Proqramda beynəlxalq mövzulardan danışdı və xarici dövlət adamlarını verilişə qonaq çağırdı. Birand verilişi Avropa telekanallarında gördüklərini  örnək alaraq hazırlayıb.  BU veriliş vasitəsilə jurnalist daha çox tanındı.

1986-cı ildə Sovet hökümətini və “Milliyət” qəzetini razı salıb, Moskvada qəzetinin ofisini açdı. 1988-ci ildə Livanın Beka vilayətindəki Abdullah Öcalandan müsahibə alıb. Bu reportaj Türkiyədə Öcalan ilə edilmiş ilk müsahibə idi və çap olduqdan sonra “Milliyyət” qəzetinin yayımı qadağan olundu.

1991-ci ildə Birand ailəsi ilə birdə Türkiyəyə geri qayıtdı. Daha sonra “sabah” qəzetində öz fəaliyyətini davam etdirdi.2005-ci ildə Kanal D Ana xəbər Bültenin Ümumi yayım rejisoru və verlişin aparıcısı oldu.

Məşhur jurnalist yanvarın 17-də vəfat etdi. Birandın İstanbuldakı Amerikan xəstəxanasında keçirdiyi öd kisəsi əməliyyatından sonra halı ağırlaşmış və reanimasiyaya yerləşdirilmişdi.

Mehmet Əli Birandı vəfat etdiyini günün sonunda oğlu Umud Birand da CNNTürk kanalına təsdiq edib. 72 yaşlı jurnalist uzun müddətdir ki, xərçəngdən müalicə olunurdu.

Modern.az Mehmet Əli Birandın unudulmaz fotolarını təqdim edir:

 

 

 

 

 

 

 

 

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür