Modern.az

Mətbuat Şurasının mükafatlandırdığı jurnalistlərin siyahısı

Mətbuat Şurasının mükafatlandırdığı jurnalistlərin siyahısı

Qarabağ

25 Fevral 2010, 18:32

Fevralın 25-də Mətbuat Şurasının və «Xocalı Sayqırımını Tanıtma» İctimai Birliyinin «Azərsun Holdinq»in maliyyə dəstəyi ilə birgə həyata keçirdiyi «Qarabağ mövzusunun və Xocalı soyqırımının mediada təbliğinə dəstək» layihəsi çərçivəsində baş tutan media müsabiqəsinə yekun vurulub. Modern.az xəbər verir ki, bu münasibətlə «Azərsun Holdinq»in mədəniyyət mərkəzində qaliblərə mükafatların təqdimetmə mərasimi düzənlənib.

 

Tədbirdə «Azərsun Holdinq»in vitse-prezidenti Tahir Gözəl çıxış edərək Qarabağ mövzusu və Xocalı soyqırımı ilə bağlı müsabiqənin təşkilini ölkənin ictimai həyatında mühüm hadisə kimi dəyərləndirib. O, medianın türk dünyasının ortaq faciəsi olan olaya münasibətdə daha mütəşəkkil mövqe tutmasının zəruriliyini bildirib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında Xocalı faciəsinin insanlığa qarşı yönəlmiş ən ağır cinayət faktlarından biri kimi dəyərləndirib. Dəhşətli hadisəyə ölkə mediasının hər zaman böyük diqqət göstərdiyini nəzərə çatdırıb. Şura sədri bildirib ki, KİV-lər dünya miqyasında Azərbaycanın ədalətli mövqeyinin təbliği istiqamətində genişmiqyaslı işlər həyata keçirməkdədir: «Lakin Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır. 20 faizdən artıq torpağımız işğal altındadır. Mövcud durumda dövlət qurumları ilə yanaşı ictimai təşkilatların, həmçinin  medianın da üzərinə mühüm missiya düşür. KİV-lər 18 il əvvəl baş verən qanlı olayın layiqli qiymətini almasında daha mütəşəkkil mövqe tutmalıdırlar».

 

Müsabiqənin Münsiflər Heyətinin sədri, millət vəkili, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov yaradıcılıq bəhsləşməsinin xarakterik xüsusiyyətləri barədə məlumat verib. Ümumilikdə 7 nəfərin təmsil olunduğu heyətin 76 yazını nəzərdən keçirdiyini bildirən B.Sadıqov qalibləri təbrik edib. Sonra müsabiqə qaliblərinə və fərqlənənlərə mükafatlar təqdim olunub. 1-ci yerin mükafatı «Kaspi» qəzetinin əməkdaşı Sənan Nəcəfova verilib. Digər mükafatlar aşağıdakı şəxslərə təqdim edilib.

 

2-ci yer:

 

Ceyhun Musaoğlu,

Səriyyə Müslimqızı 

3- yer:

 

Rufik İsmayılov, 

Cəvahir Səlimqızı, 

Kəbutər Haqverdiyeva

 

Araşrma yazınominasiyası:

 

Saleh Bəy Qarabağlı

  

sləndirici kafat nominasiyası:

 

1. Bəxtiyar Elcan

2. Nicat İntiqam

3. Elçin Bayramlı

4. Əziz Mustafa

5. Səbinə Mövsümova

6. Zülfiyyə Quliyeva

7. Seymur Verdizadə

8. Əntiqə Rəşidqızı

9. Novruz Novruzov

 

Qeyd edək ki, müsabiqənin Münsiflər Heyətinin tərkibinə millət vəkili, «Azərbaycan» qəzetinin baş redaktoru B.Sadıqovdan başqa «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid, «Bizim yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov, millət vəkili Elman Məmmədov, Əsir və İtkin Düşmüş Vətəndaşların işi üzrə Dövlət Komissiyasının üzvü Mahir Cavadlı, Azərbaycan Respublikasının Diaspora Komitəsinin əməkdaşı Elşad Miralim daxil idi.

 

Müsabiqəyə 1 sentyabr 2009-cu ildən 10 fevral 2010-cu ilədək KİV-lərdə dərc olunan 76 məqalə təqdim edilib.

 

Məqalələrdən 36-ı gündəlik, 32-i həftəlik, ayda 2-3 dəfə çıxan qəzetdə, 5-i informasiya agentliyində, 2-i xəbər portalında, 1-i isə radionun rəsmi internet səhifəsində dərc olunub.

 

Məqalələr 22 gündəlik, 13 həftəlik, ayda 2-3 dəfə çıxan qəzetdə, 3 informasiya agentliyində, 2 xəbər portalında və 1 radio internet səhifəsində olmaqla ümumilikdə 41 kütləvi informasiya vasitəsində dərc edilib. Onlardan 64-ü 2010-cu, 12-i 2009-cu ildə çıxıb. 3 məqalə rus dilində təqdim olunub.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi