Modern.az

Vətənpərvərlik, siyasət, sevgi, erotika və “o qadın kimdir” sualı...

Vətənpərvərlik, siyasət, sevgi, erotika və “o qadın kimdir” sualı...

Ədəbi̇yyat

19 Yanvar 2013, 15:52

Məlum olduğu kimi, keçmiş deputat Gülər Əhmədovanın eks-köməkçisi, gənc yazar Əhməd Şahidovun “Sevdiyim qadın” adlı yeni kitabı çıxıb. Kluarlarda, sosial şəbəkədə bu kitabın bəzi hissələri xüsusulə müzakirə olunur. Məsələ burasındadır ki, Ə.Şahidov özü mətbuata kitabın əksər hissəsinin öz həyatından götürdüyünü etiraf edib. Bu isə oxucularda əsərdəki personajları həyatda Ə.Şahidovun ətrafında olan insanlarla tutuşdurmaq və müəllifin həqiqətdə kim - agent, yoxsa intelligent olduğunu öyrənmək meylləri yaradıb.
Modern.az həmin kitabın daha çox müzakirə olunan hissələrini seçib, oxuculara təqdim edir.

Qeyd edək ki, əsərin məzmunu Eyvaz adlı gənc alimin və kəşfiyyatçının, özündən beş yaş böyük xanımla tanış olub, ona görə karyerasını qurban verməsindən və sonda isə vətən uğrunda ölməsindən ibarətdir.

Romanda hadisələr Bakı Slavyan Universitetində baş verir. Maraqlıdır ki, müəllif universitetin rektoru Kamal Abdullanı, prorektor və müəllimləri adları ilə təqdim edir. Eyvazın sevgilisi kimi təqdim olunan Əsədullayeva soyadı da universitetdə kafedra müdiri olmuş qadına məxsusdur. Hətta Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundov da romandakı obrazlardan biridir.

Romandan seçmələr...

- Yeni həftənin ilk günü isə iş günü idi. Artıq Humay və Eyvaz həm də həmkar olduqları üçün işdə görüşmək şansları vardı. Hər ikisi müəllim, hər ikisi alim və ziyalı. Təbii ki, rəqabət qaçılmaz idi...

Bakı Slavyan Universitetində artıq hamı Azərbaycan dili kafedrasının yeni müəllimi, fəlsəfə doktoru Eyvaz Axundov barədə danışırdı. Eyvazın yeni dərs metodları tətbiq etməsi, internet və elektron vəsaitlərdən geniş istifadə etməsi, dərs prosesi zamanı əyani vəsaitləri tələbələrin ixtiyarına buraxması keçilən dərsləri daha maraqlı edir, tələbələrdə dərsə böyük maraq oyadır və onsuz da 65 yaşlı müdiri olan Azərbaycan dili kafedrasının azalmaqda olan iş əmsalını daha da artırırdı.


***

... Eyvaz cibindən Kreml Akademiyasının vəsiqəsini çıxardıb polis serjantına uzatdı:

- Mən Kremlin əməkdaşıyam, Bakıdakı Rusiya səfirliyində akkreditə olunmuşam. Yəqin ki, hörmət edərsiz.

- Nə Kreml? Get bu vəsiqəni Rusiyada göstər, Bakıda öz sənədlərimiz işləyir. Cavan oğlansan, amma adicə mədəniyyətin çatmır ki, maşından düşüb özün gələsən mənim yanıma. Mənim sənin boyda oğlum var. Özü də “Yurfak”da oxuyur, BDU-da...
- Hə, sizi başa düşürəm. Alın bu 10 manatı, buraxın məni gedim.

- Üstünü düzəlt, sonra ver. – polis kənara baxa-baxa dilləndi.

- Yaxşı, bu 5-i də götürün.

- Beş də qoy üstünə, olsun tamam. – polis acgözlüklə mırıldandı.

Əsəbindən özünü zorla boğub saxlayan Eyvaz cibindən bir dənə də beşlik çıxardıb polisə uzatdı. Pulu cibinə qoyan polis serjantı sənədləri Eyvaza qaytarıb ağsaqqalyana və mədəni dildə məsləhətlər də verməyi unutmadı:

- Bax, oğlum, sənin sənədlərin qaydasında olsa da, amma avtomobil texniki baxışdan keçməyib. Bu, bir! İkincisi, arxadakı pərdələri sök, bura sənə Moskva deyil. Hamı da mənim kimi üzüyola deyil, maşınını alıb aparacaqlar cərimə meydançasına.

- Yaxşı, rəis. Hamısını həll edəcəm. – Eyvaz polislə sağollaşıb maşından çıxdı və qapını bağlayıb öz avtomobilinə gedə-gedə yolboyu dodağının altında deyinməyə başladı:

- Sənin ana-bacıvı, qəhbə balası. Pulumu aldığı az deyil, hələ ağıllı-ağıllı məsləhətlər də verir. Pidaraz, niçtojnıy!

***

Amma hər şey Eyvazın düşündüyü kimi olmur. Belə ki, Eyvaz özünə su süzmək istəyirdi ki, İskəndər adlı şəxs köməkçisindən yenə su istəyir. Köməkçisi isə dərhal Eyvaza baxır və gözü ilə su qabını ona uzatmağı xahiş edir. Bu an bir anlıq çaşqınlıq içində qalan Eyvazın özünə su süzməkdən əvvəl su qabını İskəndərin köməkçisinə verməkdən başqa çıxış yolu qalmır. Digər tərəfdən, bir daha belə şansın ələ düşməyəcəyini götür-qoy edən Eyvaz özünün də həmin su qabından içəcəyini göz önünə gətirərək, bir saniyə içində barmağındakı üzüyün içindəki zəhəri qaba boşaltdı və qabı da İskəndərin köməkçisinə geri qaytardı. Köməkçi qabı alıb İskəndərə bir stakan su süzdü və suyu İskəndərə uzatdı. Köməkçisi su qabını yerə qoymaq istəyirdi ki, İskəndər “O cavan oğlana da ver, su istəyirdi axı” dedi. Köməkçisi “Baş üstə, ağa” deyib, su qabını Eyvaza tərəf uzatdı. İskəndər öz stəkanındakı suyu içərək bir anlıq Eyvaza baxdı və onun da su içməsini gözlədi. Təbii ki, bu an hansısa artıq hərəkət etmək əlavə şübhələrə yol aça bilərdi, vaxtı uzatmağın da yeri yox idi. Odur ki, Eyvaz əsəblərini cilovlayaraq, su qabını götürüb özünə bir stakan süzdü və sudan içdi. Suyun dadında bir dəyişiklik yox idi. Lakin Eyvazın içini fikir bürüdü. O, bu an öz əli ilə ölümü içdi, onun ömrünə artıq 5-6 saat vaxt qalmışdı. İçdiyi zəhərin zərdabı yox idi... Bu, tarana getmək idi. Təyyarəçilərin döyüş zamanı son şansı taran olduğu kimi, Eyvazın da son şansı özünü öldürmək idi.

***

...Rektoratdan çıxan kimi Humay kafedrasına getdi. Eyvaza zəng edib otağına dəvət elədi. Yenə mehribancasına söhbət etdilər. Humay bir qədər siyasət işlətmək istəyir və nəyin bahasına olursa, olsun Eyvazı universitetdən uzaqlaşdırmaq və başqa bir yerdə işə düzəltmək barədə planlar cızırdı. Odur ki, bunu yaxşılıq edirmiş kimi eləmək lazım olduğunu düşünür və Eyvazı sevdiyini, onun üçün darıxdığını deyərək, onu yenə sevişmək üçün həmin evə dəvət etdi. İşdən sonra bir qədər meyvə və içki alıb birlikdə Humayın gizli məskəni olan ikimərtəbəli evə getmək barədə razılığa gəldilər. Humay evə zəng edib yaxın rəfiqəsinin xəstəxanaya düşdüyünü və bu gün gecə rəfiqəsinin yanında olacağını bildirdi və əri Mehmandan qızlarına yaxşı baxmağı xahiş etdi. Eyvaz da evə zəng edib gecə evə gəlməyəcəyini, dostları ilə birlikdə olacağını anasına bildirdi. Universitetdən çıxan kimi Humay və Eyvaz yenə ayrı-ayrı avtomobildə həmin evə yollandılar.

Sevgi dolu uzun, şəhvətli və romantik bir gecə başladı. Eyvaz daxilən çox romantik bir gənc idi, fantaziyası sərhəd tanımırdı. Sevişərkən qadının ağlını başından çıxardır, bir sözlə özünü istədə bilirdi. Evə girər-girməz dəlilər kimi bir-birinə sarıldılar və ehtirasla sevişməyə başladılar. Humayı divara söykəyən Eyvaz əlləri ilə onu arxadan qucaqlayıb öpməyə başladı. Artıq özünü Eyvaza təslim edən Humay ən dəlisov, ən ağlasılmaz vəziyyətdə Eyvazla sevişməyə hazır idi. Eyvazın bir toxunuşu yetərdi ki, Humay nağıllar dünyasına düşsün. Humayın dodaqlarını, boynunu öpən, əlləriylə döşlərini sıxan Eyvaz elə ayaq üstəcə Humayı soyundurmağa başladı. Üst paltarını soyundurub yenə onun mərmər kimi bədənini öpməyə başladı. Humay gözlərini yumub özünü ayaq üstə güclə saxlayırdı, bir az da Eyvaza arxayın idi. Eyvaz əlini onun ayaqlarına, oradan da ayaqları arasına apardı. Elə bu anda Humayın içindən bir cuşa gəlmək arzusu keçdi, əli ilə Eyvazın əlini tutdu və birlikdə ayaqları arasına toxunmağa başladı. Daha sonra divana uzanan sevgililər həyatlarının bəlkə də ən romantik, ən müqəddəs anlarını yaşayırdılar. Ehtirasdan gözləri yaşaran Humay özünü saxlaya bilməyib kövrəlir və astadan ağlayırdı. Eyvazı tutub dəlilər kimi öpən Humay sanki hirsini çıxmağa çalışırdı. Cavanlığının, gəncliyinin, sevgisiz keçən anlarının hayıfını Eyvazla sevişməkdən çıxır, heç vaxt etmədiyi, bəlkə də özünə sığışdırmadığı hərəkətləri, bir zamanlar kinolardan seyr edib bəyənmədiyi anları Eyvazla yaşayırdı. Eyvazı başdan-ayağa qədər öpən Humay əsl sevginin, əsl məhəbbətin sərhəd tanımadığını, sevgililər arasında istənilən şəraitdə, istənilən tərzdə sevişməyin qəbul edildiyini öz-özlüyündə təsdiq etmişdi. Dəlilər kimi sevişdikdən sonra bir-birini qucaqlayıb uzanan sevgililər söhbət etməyə başladılar. Eyvaz bu dəfə də ən son şeirlərindən bir-neçəsini Humaya oxudu. Humay da Eyvazın dodaqlarından öpərək sanki təşəkkürünü bildirirdi. Sevgi dolu anlar uzandıqca uzanırdı.


***

....- Hə, neynirik, dəliqanlı? – gülümsədi.
- Hara gedirik? – Eyvaz təklif gözləyirmiş kimi cavab verdi.

- Sən kişisən, sən denən də. – Humay bir qədər incitmək istədi Eyvazı. Yenə də eqoist damarı tutmuşdu.

- Gərək bunu mənə əvvəlcədən deyərdin ki, mən də bir şey fikirləşərdim də. – Eyvaz çaşıb qaldı və fikirləşməyə başladı.

- Yaxşı, yaxşı ağlama. Mənim anam məni kişi kimi doğub, siz kişilər yalandan guruldamaqdan başqa bir şey bacarmırsız. Sür arxamca. – Humay ədalı-ədalı  cavab verdi.

Eyvaz Humaya nəsə cavab vermədi və sakitcə maşını işə salıb Humayın avtomobilini təqib etməyə başladı. Təqribən 15 dəqiqə getdikdən sonra gəlib Xırdalan tərəfdə ikimərtəbəli bir həyət evinin qarşısına çatdılar. Elə darvazaya yaxınlaşan kimi qapılar avtomatik açıldı... Humay maşından pultun düyməsini basmışdı. Darvaza açılan kimi əvvəlcə Humay avtomobilini içəri saldı və əlinı şüşədən çıxardıb Eyvaza “Gəl!” işərasini verdi. Eyvaz yenə peşəsinə uyğun vasvasılıqla ətrafı gözdən keçirdi, hər detalı diqqətlə müşahidə edib maşını həyətə saldı. Gözü ilə həyəti süzən Eyvaz çox da dəbdəbəli olmayan, amma gözəl həyəti, meyvə ağacları olan bir bağ evinə gəldiyinin fərqində idi. Maşından düşən Eyvaz yarı çaşqın halda ətrafa baxdı, bir az həyəcan keçirdi. Humay isə özündən razı şəkildə darvazanı bağladı və Eyvazın halından zövq alırmış kimi  gözlərini süzdürdü:

- Hə, avara, necədir? Necə fikirləşmişəm? – Humay hiyləgərcəsinə gülümsədi.

- Kimin bağıdır ki, bura? – Eyvaz təəccüblə soruşdu.

- Adə, sənin nəyinə gərək, kimindir?! Sənə lazımdır?! – Humay bir az səsini qaldırdı.

- Yox, yəni dedim təhlükəsiz yerdimi? – Eyvaz ciddi-ciddi soruşdu.

- Narahat olma. Sən de, görüm, necə fikirləşmişəm, quzu? Hə?! Geniyəmmi? – Humay ucadan gülməyə başladı.

Eyvaza yaxınlaşıb romantik bir baxışla onun əllərindən tutan Humay burnu ilə onun burnuna toxundu. Eyvaz da duyğusal bir halda gözlərini yumub Humayın dodaqlarından öpməyə başladı. Həzn, həssas və qaynar şəkildə öpüşən cütlük bir-birinin əllərindən bərk-bərk sıxmağa başladı. Eyvaz öpüşə-öpüşə Humayı bir qədər itələyərək qarajın divarına söykədi, öpüşdükcə bir-birlərinə daha möhkəm sarılırdılar. Əlləri ilə Humayın kürəyini sıxan Eyvaz ehtirasdan dəli olmağa az qalmışdı. Əllərini bir qədər də aşağı salıb Humayın arxasını bərk sıxan dəliqanlı onun qulaqlarına “Quzu, mən səni çox istəyirəm. Ölərəm səndən ötrü” sözlərini təkrar-təkrar pıçıldayırdı. Humay da həzzdən artıq ayaq üstə dayana bilmirdi, amma hər şeyin burada baş tuta bilməyəcəyini də başa düşürdü. Odur ki, qəfildən öpüşməyi dayandırıb Eyvazdan yuxarı qalxmağı xahiş elədi:

- Həyatım, yaxşı, dəlilik eləmə. Gedək yuxarıda yaxşı yer var, orada ye də məni. – Humay Eyvazın əlindən tutub tələsə-tələsə yuxarı qalxdı.

Otağa girən kimi ayaqqabılarını dəhlizdə tələsik soyunan cütlük qonaq otağındakı divanda oturdular. Eyvaz artıq tam arxayın şəkildə yerə diz çökdü, Humay isə divanda oturub əli ilə Eyvazın başını sığallamağa başladı. Eyvaz Humaya o qədər aşiq idi ki, onun əllərini, ayaqlarını öpür, sinəsini öpməkdən doymurdu. Artıq istilənən Humay paltarını soyunmaq istəyirdi. Eyvaz onun köynəyinin düymələrini aça-aça öpüşməyə davam edirdi.

Dünyanın bəlkə də ən saf, ən dəlisov və ölümünə bir məhəbbətinə şahidlik edirdi zaman. Gözlər yumulur, ürəklər sevgidən zamanı qabaqlayırdı, damardakı qan da coşmuşdu, nəfəslər eyni ahənglə gedib-gəlirdi. Məhz bu an mələklər də səssiz idilər. Çünki, bir-birini dəlicəsinə sevən iki gənc öz duyğularını, hisslərini ən saf və açıq şəkildə ifadə edirdilər.

Humay Eyvazın köynəyini tələsə-tələsə çıxardı. Yenə o qızmar öpüşlər, yenə bir-birini son dəfə sıxırmış kimi qucaqlamalar, sevgi, sevgi və dəlicəsinə ehtiras hakim kəsilmişdi. Ruhlar sanki səmaya qanadlanmışdı.

Eyvaz köynəyini, şalvarını soyunduqdan sonra Humayın gözlərinə baxdı, baxışdan hər şeyi anlayan Humay ayağa qalxıb paltarını soyundu, alt paltarını çıxarıb kənara atdı. Ən qaynar, ən alovlu və çoşqun sevişmə səhnəsi də məhz bundan sonra başladı...

Gözlər yumulur... qanda adrenalin yüksək həddə qalxır... Doyunca məhəbbət və sevgi başlayır. Humayın par-par yanan bədənini başdan ayağa qədər öpən Eyvaz artıq həyatda ən doğma, ən müqəddəs varlıq sanırdı Humayı. Onun gözlərindən, boynundan, sinəsindən doyunca öpən, döşlərinin bərk gilələrini iştahla sümürən Eyvaz həm də gözlərinə baxır, Humayın necə zövq almasını canlı izləyir və bu da onun həzzini ikiqat artırırdı. Bir qədər də aşağı düşən Eyvaz onun göbəyini, budlarını öpür və yenidən yuxarı qalxırdı. Ehtirasdan cuşa gələn Humay bu an dünyanın ən gözəl məkanında və zamanında olduğunu hiss edir və indiyə qədər duymadığı o məhəbbəti və doğmalığı yaşayırdı. Sevincdən və ehtirasdan gözləri yaşaran Humay nəsə demək istəyir, amma bacarmır, sadəcə Eyvaza içəri daxil olmağı işarə edirdi. Eyvaz sevişmə və öpüşmə anını bir qədər uzadandan sonra Humaya daxil oldu... sevgililər ən gözəl, ən müqəddəs anları yaşayırdılar. Eyvazın alnından süzülüb gələn tər Humayın sinəsinə damcılayırdı. Ehtiras alovlanır, qəlblər sevgidən alışıb yanırdı... Eyvaz gözlərinə baxa-baxa sanki söhbət edirdi Humayla... əyilib dodaqlarından öpür, boynundan sarılıb bərk-bərk qucaqlayır, sevişirdilər doyunca...

...Eyvaz artıq belindən hərəkət hiss edirdi... gözlərinə işıq gəlirdi... Humay onun belindən sıxmağa başlayır və Eyvazın həyəcanlı səsinə dəstək olmaqçün tez-tez “Can, can!” deyərək təkrarlayırdı. Məqam yetişdi... Eyvaz boşaldı və astadan bir ah çəkdi... Humay bu səsdən, bu hərəkətdən çox zövq alır, sanki indiyə qədər yaşananlar bir kənara, son 20 dəqiqə ərzində keçirdiyi hisslər, anlar isə tamam başqa bir həyat, tamam başqa bir səhnəni canlandırırdı. Boşalandan sonra bir qədər uzanaraq qucaqlaşmış şəkildə qalan cütlük astadan, davamlı öpüşməyə davam edirlər. Tez-tez bir-birinə sevdiklərini söyləyən sevgililər bundan sonra heç vaxt ayrılmayacağını söz verir və yenə də öpüşürdülər.

Həyəcanlı anlardan sonra elə divandaca qucaqlaşıb uzandılar.

.....

- Alo, həyatım, necəsən? – Eyvaz dəstəyi götürən Humaya səsləndi.

- Yaxşıyam. – Humay əsəbi şəkildə cavab verdi.

- Necəsən, quzu? Səninçün darıxıram. Mən səni çox istəyirəm. Sən mənimçün həyatda ən böyük uğurum, ən böyük varlığım, ən müqəddəs insanımsan.  Sən mənim sevdiyim qadınımsan. – Eyvaz yenə də özünü ələ alıb ağlamamaq üçün dişini dişinə sıxdı. Həm də Humayın nəsə duymaması üçün kövrəlmirdi.

- Yaxşı, yaxşı, az girənlik elə. Sənin kimi ikiüzlü, yaltaq və altdan-altdan iş çevirənləri çox görmüşük. Mənim daha vacib işlərim var. – deyib Humay qəfildən dəstəyi asdı...

 A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır