Modern.az

Prezident Artur Rasizadəyə "Şərəf" ordeni verdi

Prezident Artur Rasizadəyə "Şərəf" ordeni verdi

26 Fevral 2010, 01:06

Azərbaycan Resublikasının Prezidenti İlham Əliyev baş nazir Artur Tahir oğlu Rasizadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirlib ki. A.Rasizadə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı üçün verdiyi böyük töhfələrə görə təltif edilir.
Artur Rasizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində anadan olub. İxtisasca mühəndis mexanikdir. 1996-cı ilin may ayından Azərbaycan Respublikası baş nazirinin birinci müavini, 1996-1998-ci illərdə baş nazir, 1998-ci ildə baş nazirin səlahiyyətlərini icra edən, 1998-2003-cü illərdə baş nazir, 2003-cü ildə isə baş nazirin birinci müavini vəzifələrində işləyib.
 2003-cü ilin noyabr ayından Azərbaycan Respublikasının baş naziridir.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir