Modern.az

Şirvanda Olimpiya İdman Kompleksi tikiləcək

Şirvanda Olimpiya İdman Kompleksi tikiləcək

Ölkə

26 Fevral 2010, 10:18

“Şirvan şəhərində vaxtı keçmiş ərzaq məhsulları və dərman pereparatları hələ də satışdadır. Bəzi abunəçilər qanunsuz olaraq qaz kəmərlərinə nasoslar  quraşdırırlar”. Modern.az saytının məlumatına görə, bu fikri Şəhər İcra Hakimiyyətinin illik hesabatında başçı Mərdan Camalov səsləndirib.  

Məsələyə tədbirdə iştirak edən deputat Azay Quliyev də münasibət bildirib: “Belə problemlərin həllindən ötrü insanların biri-birinə kömək etməsi, neqativ halların aradan qaldırılması üçün onların özlərinin nəzarəti zəruridir. Belə olarsa, nöqsanlar da aradan qalxar”.

Hesabatda o da bildirilib ki, bu il Şirvanda Olimpia İdman Kompleksi tikiləcək, şəhərin mərkəzi futbol stadionu təmir olinacaq.

Hesabatdan sonra şəhərin “kolxoz bazarı”na baxış keçiriblər. Orada antusanitariya hökm sürdüyündən gələn ayın 1-dən bu bazarın fəaliyyəti dayandıralacaq. Alış-verişlə məşğul olanlar şəhərdə açılmış yeni bazarda fəaliyyət göstərəcəklər.

 

 

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir