Modern.az

Xalq təbabəti – sehirli iksirlər-MARAQLI

Xalq təbabəti – sehirli iksirlər-MARAQLI

İqtisadiyyat

21 Yanvar 2013, 16:03

Qış mövsümü ilə əlaqədar insanların qripə və soyuqdəyməyə yoluxması halları da çoxalır. Biz yeni yaranmış simptomun qarşısını cürəbəcür kimyəvi dərman və antibiotiklər olmadan daha qədimlərdən sınanmış üsüllarla da ala bilərik. Modern.az apardığı araşdırmada soyuqdəymə və qrip  zamanı çox effektiv  qorunma usullarını bir araya gətirib. 

 

Bunlardan biri limonlu və ballı çaydır. Açıq süzülmüş qara çaya və yaxudda yaşıl çaya 1 çay qaşığı bal və 1 dilim limon əlavə etməklə siz xəstəlikdən sağalmaq üçün çox effektv bir vasitə əldə etmiş olursuz.Qeyd edək ki, bu çayın hazırlanmasında suyun çox qaynar olmaması şərttir.Çünki su qaynar olarsa limon və bal tərkibindəki vitaminləri itirə bilər.

 

Siyahımızdakı ikinci vasitə tərkibində cökə yarpaqları olan moruqlu çaydır. Qurudulmuş  cökə yarpaqlarından çay dəmləyib onun içərisinə moruq qurusu və moruq yarpaqları əlavə edin. Əgər əlininzin altında moruq qurusu yoxdursa onu moruq mürəbbəsiylədə əvəz edə bilərsiz.  

 

Növbəti faydali çay yemişan çayıdır.Yemişanın “C” vitamini ilə zəngin olması heç kəs üçün sirr deil.0.5 ml qaynar suyun içərisinə 3 xörək qaşığı yemişan qurusunu əlavə edin. Hazırlanan qarışımı bir gecə termosda saxladıqdan sonra yeməkdən yarım saat əvvəl olmaq şərtiylə gün ərzində 4 dəfə 1 və yaxudda 2 stakan için. 

 

Soyuqdəymənin əleyhinə olan ən güclü vasitələrdən biri də süddür. Bizim məsləhət gördüyümüz üsulsa tərkibinə mineral su əlavə olunmuş qaynar süddür. Bu əsasən öskürəyi aradan qaldırır.

 

Sarımsaqlı süd isə sizi bir gecədə ayağa qaldıracaq çox güclü vasitədir. İsti südün içərisinə 10 damcı sarımsaq suyu əlavə edib yatmazdan əvvəl için. Bu ekstrimal vasitə sizi ən tez sağaldacaq dərmandır.

 

Hər birimizə uşaqlıqdan tanış olan yoxlanılmış üsül meyvə qurularından kompotdur. Meyvə qurularından hazırlanmış kompot bədən müqavimətini gücləndirici və sinədəki zökəmi yumuşaldıcı funksiyaya malikdir.100 qr iri seçilmiş meyvə qurularını isti su ilə təmiz yuyub doğrayın.Öncə alma və armud qurusunu  yumuşalanadək 1 lt suda 30 dəqiqə müddətinə qaynatdıqdan sonra tərkibinə 3 xörək qaşıqı şəkər tozu ərik və gavalı qurusu, qarışımın qaynamasına son 5 dəqiqə qalanda isə üzüm qurusu əlavə edin. Hazirlanmış qarışıma limon suyu və bal da əlavə oluna bilər.

 

 

 

 

 

 

 

 

 

Siyahımızda limonlu zəncəfil çayıda var. İmmuniteti möhkəmlədir bədən müqavimətini gücləndirir və enerjini çoxaldır.1 stakan qaynar suya 1 xörək qaşığı limon şirəsi 1 xörək qaşığı bal yarım çay qaşığı da zəncəfil əlavə edilir. Qeyd edək ki, nanə qurusu da əlavə etmək olar. 

 

Çobanyastığı  soyuqluq əleyhinə çox güclü vasitədir. Tərkibində cökə yarpağı və bal olan çobanyastığı çayı isə soyuqdəymənin düşmənidir. Çayın hazırlanması 1çay qaşığı çobanyastığı qurusu, 1 çay qaşığı cökə yarpağı qurusu 1 stakan qaynar suya əlavə edib, 20 dəqiqə zəif odda qaynadn.Gün ərzində 3 dəfə  yeməkdən əvvəl 1 stakandan 3 stakana qədər içilə bilər. Bal da əlavə etmək olar.      

 

Hazırlanması biraz çətin görsənsədə Qlitveyn adlanan  çox dadlı faydalı və effektiv bir qarışım da var. 100 ml suya darçın əlavə olunaraq 10 dəqiqə ocağın üstündə saxlanılır lakin qaynadılmamalıdır. Hazırlanmış qarışımı qırmızı şərabla qarışdırdıqdan sonra dairəvi şəkildə kəsilmiş portağalı içinə əlavə edirik. Əldə olunan maye yenidın ocağın üstündə qaynama həddinə çatmadan saxlanılmalıdır. Qlitveynin içərisinə eləcə də zövqə görə bal, alma, üzüm də əlavə oluna bilər. Qaynar halda içilməlidir.Qlitveyni qəbul etmək üçün ən yaxşı vaxt isə axşam yatmazdan əvvəldir. Qarışımı içib ayaqlarınızı isti vanna eləmək məsləhətdir.            

Günəş Fərhadlı


Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır