Modern.az

Bakı məktəblərində “Ətraf mühit və biz” adlı olimpiada keçiriləcək

Bakı məktəblərində “Ətraf mühit və biz” adlı olimpiada keçiriləcək

26 Fevral 2010, 11:04

2010 - cu ilin “Ekologiya  ili” elan edilməsini nəzər alan Bakı Şəhəri üzrə Təhsil İdarəsi şagirdlərin ekoloji biliklərinin artırılması,  onlarda təbiətə və ətraf mühitə sağlam münasibətin formalaşdırılması, intellektual və yaradıcı  qabiliyyətlərinin  inkişaf etdirilməsi,  ekologiyanın  dərindən  öyrənilməsində maraqlı olan  şagirdlərin  müəyyən edilməsi  və həvəsləndirilməsi, ölkədə ekoloji maarifləndirmənin gücləndirilməsi məqsədilə çoxsaylı tədbirlərin keçirilməsini planlaşdırır. Bu barədə Modern.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

İdarədən bildirblər ki, belə tədbirlərdən ilkinə mart ayının 1- dən etibarən start veriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Təhsil İşciləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət  Heyəti Bakı şəhərinin ümumtəhsil məktəblərinin V - XI sinif şagirdlərinin iştirakı ilə “Ətraf mühit və biz” mövzusunda olimpiada keçirəcək.

Olimpiadanın I mərhələsi hər bir məktəb  üzrə 1 - 20 mart, II – rayon mərhələsi  25 - 31 mart,  III – yekun mərhələ 2010-cu ilin aprel ayının birinci ongünlüyündə təşkil olunacaq.  Qiymətləndirmə ən yaxşı referatlar, ən yaxşı layihələr, ən yaxşı internet resursları, ən yaxşı videomateriallar, ən yaxşı fotoalbomlar, ən yaxşı ədəbi - bədii nümunələr, ən yaxşı xəritələr nominasiyaları üzrə aparılacaq. 
Hər bir nominasiya üzrə 1 birinci yer, 2 ikinci yer, 3 üçüncü yerin müəyyən edilməsi nəzərdə tutulub.

Modern.az
 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir