Modern.az

Nəqliyyat naziri 5 min ağac əkdirəcək

Nəqliyyat naziri 5 min ağac əkdirəcək

Ölkə

26 Fevral 2010, 11:20

Bakı və Abşeron yarımadasında ekoloji tarazlığı bərpa və ətraf mühitin təhlükəsizliyini təmin etmək məqsədilə dövlət başçısının göstərişinə əsasən bir sıra tədbirlər görülür. 2010-cu ilin “Ekologiya ili” elan edilməsi çərçivəsində Bakıda növbəti kütləvi  ağacəkmə aksiyası sabah keçiriləcək. Modern.az xəbər verir ki, aksiyanı Nəqliyyat Nazirliyi həyata keçirəcək. Nazirlikdən saytımıza verilən məlumata görə, bu qurumun bütün strukturlarında çalışan işçilər iki gün ərzində ağacəkmə iməciliyinə cəlb ediləcəklər. Nazirlikdən deyiblər ki, şənbə və bazar günləri davam edəcək aksiyada Hövsan yolu boyunca 5 min ağacın əkilməsi nəzərdə tutulur. Ağacəkmə iməciliyində nəqliyyat naziri Ziya Məmmədovun da iştirak edəcəyi bildirilir. Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi