Modern.az

Fantast yazıçıdan gənclərə 10 nəsihət

Fantast yazıçıdan gənclərə 10 nəsihət

22 Yanvar 2013, 11:33

Ünlü fantast Rey Bredberi 2001-ci ildə Amerikanın universitetlərinin birində gənc yazarlara, yazmağa yeni başlayanlara bəzi ustad tövsiyələri etmişdi.

Modern.az saytı onları sizə təqdim edir.

1. İşə roman yazaraq başlamayın: roman yazmaq uzun zaman alır. Yazmağa həftədə bir dənəsini tamamlayacağın şəkildə nizamlaya biləcəyin çox qısa bir hekayə yazaraq başlayın. Bu işi bir il davam etdirin; arxa arxaya 52 dənə pis hekayə yazmanız mümkün olmadığına görə müvəffəqiyyətə çatacaqsınız (Ray Bradbery ilk romanı “Farengeyt 451”i otuz yaşında yazmağa başlayıb).

2. Onları sevə bilərsiniz, amma onlar kimi ola bilməzsiz: qaçılmaz bir şəkildə şüurlu ya da şüursuz olaraq favorit yazarlarınızı təqlid etməyə başlayacaqsız (Eynilə Rey Bredberinin yazdıqlarının H. Uells, Jül Vern, Artur Konan Doyl və L. Frank Baumun yazdıqlarına bənzəməsi kimi).

3. Qısa hekayələrin xüsusiyyətlərini araşdırın.

4. Beyninizi doldurun (Bredberi gənc yazıçılardan yatmadan əvvəl bir hekayə, bir şeir – lakin müasir xırda yazarlardan deyil, klassiklərdən – və bir məqalə oxumalarını istəyir. Oxunacaq məqalələrin arxeologiya, biologiya, zoologiya, fəlsəfə, siyasət və ədəbiyyat kimi bir çox sahədən olmasını lazım olduğunu söyləyir).

5. Sizə inanmayan insanlarla yoldaşlığınızı bitirin: yazma arzunuza dırnaqarası baxırlar? Əgər elə isə onlarla yoldaşlığınızı vaxt itirmədən bitirin.

6. Kitabxanaya gedin: lənətə gəlmiş texnologiyadan bir anlıq ayrılın!

7. Filmlərə aşiq olun: xüsusilə köhnə olanlara.

8. Maraqla yazın.

9. Pul qazanmaq planları haqda düşünməyin.

10. Sevdiyiniz və nifrət etdiyiniz 10 şeyin siyahısı: sevdiklərinizi yazın, nifrət etdiyinizi yox edin!

Hazırladı: Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir