Modern.az

Selami Şahin məşhur mahnısının sirrini Brilliant Dadaşovaya açıb

Selami Şahin məşhur mahnısının sirrini Brilliant Dadaşovaya açıb

23 Yanvar 2013, 10:35

Brilliant Dadaşovanın Türkiyənin TMB telekanalında yayımlanan “Pırlantalı gecələr” verilişinin bu həftəki qonağı qardaş ölkənin sevilən müğənnisi, bəstəkarı, söz yazarı Selami Şahin olub. Brilliant xanımın sənətinə böyük dəyər verdiyi Selami Şahin söhbətə Bakı xatirələri ilə başladı. Paytaxtımızın qonaqpərvərliyindən məmnun qalan müğənni yenidən ölkəmizə gəlmək arzusunu dilə gətirdi.

Selami Şahinin Azərbaycanda ən sevilən mahnılarından biri də  “Özlədim”dir. Brilliant xanımın təşəbbüsü ilə verilişdə Mirzə Babayevin ifasında bu mahnı yayımlandı. Azəri müğənni tərəfindən mahnısının ifa edilməsindən razı qaldığını söyləyən Selami Şahin mahnının maraqlı yaranma tarixindən də danışdı: “Konsertdən evə çox gec gəlmişdim. Qapının zəngini vurdum, lakin xanımım qapını gec acdı və incik halda “neredeydin, orada qalsaydin” dedin. Səhər yuxudan oyananda gördüm ki, başqa otaqda yatıb. Qələmi əlimə aldım və bu mahnının sözlərini yazdım. Gün ərzində bəstəsini də bitirdim. Aramızdakı küskünlük “Özlədim”in yaranmasına səbəb oldu”.

Veriliş boyunca Brilliant xanım  Selami Şahinlə onun repertuarından 33 yaşı olan “Sənin də başın dərddə”, “Getmə, sənə möhtacım”, “Sənsiz olmuyor” və digər mahnılarını duet ifa etdilər. Şəxsi və iş həyatından, dostluqlarından, evliliyindən, övladlarından söhbət açan Selami Şahin “Türkiyədə söz yazarları, bəstəçilər yaxşı pul qazanmırlar” dedi.

  “Heykəlinizi yaşarkən qoymusunuz” fikri ilə qonağının sənətinə sevgisini bildirən Brilliant xanım digər bir türkiyəli müğənniyə də sevgisi maraqlı cümlə ilə ifa etdi:” Mən düşünürəm ki, Ajda Pekanı anası və bacısı mənim qədər sevə bilməz”.

  Türkdilli ölkələrdə yayımlanan veriliş bir necə buraxılışdan sonra kifayət qədər böyük tamaşaçı auditoriyası toplayıb. Çünki Brilliant xanım türk musiqi sevərlərin nəbzinu tuta bilib. O verilişinə türk dünyasında çox sevilən sənətçiləri dəvət edir.

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir