Modern.az

Süd məhsullarında süddən başqa hər şey tapdılar - MARAQLI

Süd məhsullarında süddən başqa hər şey tapdılar - MARAQLI

23 Yanvar 2013, 22:18

Dünya miqyasında 100-ə yaxın ölkədə keyfiyyət və təhlükəsizlik xidmətlərini həyata keçirən bir beynəlxaq şirkətin Türkiyədə qida sənayesi üzrə apardığı manitorinqdə ağlagəlməz faktlar ortaya çıxıb. Monitoriqlər nəticəsində əsasən süd və süd məhsullarının satışda uzunmüddətli qalmasına nail olmaq və eyni zamanda gündəlik istifadə edilən digər məhsulların miqdarını artırmaq  üçün istehsalçıların insan sağlamlığına mənfi təsir göstərəcək indiqridiyent və s. qarışıq tərkiblərdən istifadə etdikləri məlum olub. Süd məhsullarında jelatindən bolluca istifadə  ictimaiyyətdə ciddi narazılığa səbəb olub. Modern.az qida terrorunun bir sıra nümunələrini təqdim edir.

 

Quru südün miqdarını artırmaq məqsədi ilə tərkibinə təbaşir və şəkər pudrası əlavə edilib

 

Südün tərkibindəki təbbi yağı ayıraraq bitki yağı əlavə edilib

 

Süddə orjin aşgarlanıb

 

Süd və süd məhsullarının istifadə müddətini artırmaq üçün DUZ əlavəsi

 

Süd və süd məhsullarının Konsitstensiyasını artırmaq üçün quru süddən istifadə edilir

 

Süd və süd məhsullarına sututucu olaraq nişasta və jelatin əlavə edilir

 

Süd və süd məhsullarına bəyaz rəng vermək üçün Titanium Oksid əlavə edilib, məhsulla miqdarı artırmaq məqsədilə soya qatılıb.

 

Kif  bağlamış və bayatlamşış pendir məhsullarını əridərək əritmə pendir istehsal edilib

 

Kərəyağına bitiki mənşəli marqarin və kartof qatılıb

 

Süd və süd məhsullarının protein tərkibini artırmaq üçün melamin əlavə edilib

 

Yoqurta uşaq bezlərində istifadə edilən gel qatılıb

 

Süd və süd məhsullarına istifadə müddətini artıran antibiotik istifadə edilib

 

Bitki uyağlarına sabun istehsalında istifadə edilən asidi yüksək yağların qatıldığı aşkarlanıb

 

Ədviyyatlara miqdarı artırmaq məqsədi ilə qurudulmuş ot, saman və rəng qatılıb.

 

Miqdarı artırmaq üçün qırmızı bibərə kirəmit tozu qatılıb

 

Süd məhsullarında da çox istifadə edilən E 441 kimi tanınan indiqridiyent- JELATIN(Gelatin) isə heyvanların (sığır, donuz, balıq) sümük, orqan, bağırsaqvə dərisinin emal edilərək alınan kollagendən əldə edilən protein növüdür. İsidiləndə maye halı alır, soyuduqda isə qatılaşır.  Çin, Hindistan, Amerika, Ukrayna və Avropa ölkələrindən idxal edilir.

Qeyd edək ki, qida, dərman və kosmetik məhsulların istehsalında qatılaşdırıcı qatqı - (emulqator) olaraq istifadə edilən jelatinin, bitki tərkibli alternativ növləri var.   

Pektin- bitki tərkiblidir, alma qabiğindan əldə edilir,E 440a

Agaragar – bitki tərkiblidir, müəyyən dəniz yosunundan  əldə edilir, E 406

Guark toxumu unu- bitki tərkibli, E 412

Bitki tərkibli, E 1400-e 1450 

Bitki tərkibli, E 413

Bitkitərkibli,E 414 

Alginatlar -  bitki tərkibli, E 401- 404

Karragenan – bitki tərkibli, E 407

Elçin AĞAYEV


Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?