Modern.az

Azərbaycan ədəbiyyatından kim “Nobel”ə layiqdir? - Tənqidçi rəyləri

Azərbaycan ədəbiyyatından kim “Nobel”ə layiqdir? - Tənqidçi rəyləri

Ədəbi̇yyat

23 Yanvar 2013, 17:25

Azərbaycan ədəbiyyatı Nobel mükafatına ilk iddialarını ortaya qoyur. Kamal Abdulladan sonra yazıçı Elçin Əfəndiyevin “Mahmud və Məryəm” əsərini Kral Akademiyasının nüfuzlu mükafatına bəyəndirmək cəhdi göstərilir. Maraqlıdır, “Nobel”ə doğru hələlik ilk addımlarını atan müasir Azərbaycan ədəbiyyatının hansı əsəri onu qazanmağa şanslıdır?

Modern.az-a açıqlamasında filologiya elmləri doktoru, ədəbiyyatşünas-alim, tənqidçi Cavanşir Yusifli bildirib ki, “Nobel”in hamıya bəlli olan meyarları var.
“Lakin illər keçdikcə məlum olur ki, bu meyarlar ya dəyişir, ya da reduksiyaya uğrayır. Münsiflər və idarəedici qüvvələr əsərləri müxtəlif baxış bucağından dəyərləndirməyə çalışırlar. Hər bir cəmiyyətin yazarı dünya səhnəsinə çıxmaq və tanınmaq istəyir. Bu da təbiidir. Hamı istəyir ki, onu dünyada oxusunlar, yəni, 30 il, 40 çalışdığı işin bəhrəsini görmək istəyir. Bizdə ilk dəfə olaraq bu işi Kamal Abdulla gördü, yəni əsərin Nobelə təqdim etdi. Bu il də Elçin Əfəndiyev namizədlər sırasındadır. 60-cı illər ədəbi nəslinin müəyyən bir  təcrübəsi var. Elçinin təqdim etdiyi “Mahmud və Məryəm” əsəri də bu təcrübənin nəticəsi kimi “Nobel”ə təqdim olunmağa layiqdir”.

Tənqidçi Əsəd Cahangirin fikrincə, Elçinin “Mahmud və Məryəm” romanı, Anarın “Ağ qoç, qara qoç”, Kamal Abdullanın əsərləri, Azər Abdullanın bir sıra hekayələri, Afaq Məsudun “Azadlıq “ romanı və hekayələri, Salam Sarvanın, daha sonra Vaquf Səmədoğlu, Ramiz Rövşən, Qəşəm Nəcəfzadənin, Səlim Babullaoğlunun şeirlərini, dramaturgiyadan isə Əli Əmirlinin pyeslərini “Nobel”ə təqdim etmək olar.    

Elmin Nuri
Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub