Modern.az

AYB sözçüsü: “Müsabiqədə iştirakdan imtina edənlər özlərinə inamı olmayanlardır”

AYB sözçüsü: “Müsabiqədə iştirakdan imtina edənlər özlərinə inamı olmayanlardır”

23 Yanvar 2013, 17:32

Kamal Abdullanın AYB-nin təşkil etdiyi müsabiqə komissiyasının sədri vəzifəsindən istefa verməsindən sonra komissiyada bəzi narazılıqlar baş verir. Növbəti mərhələyə səs toplayaraq keçməyi bacaran iki yazar Aqşin Yenisey və Zakir Sadatlı artıq kitablarını geri götürüblər.

  Modern.az-a açıqlamasında AYB-nin sözçüsü Ədalət Əsgəroğlu yazarların bu addımını özlərinə inamın olmaması ilə əlaqələndirib.

“Aqşin Yenisey və Zakir Sadatlı öz ədəbi siyasətinə uyğun hərəkət ediblər, ya da özlərinə inanmayıblar. Əgər üçüncü variant onların fikirləşdiyi variantdırsa, yəni komissiyanın üzvlərinə inanmamaqdırsa, bu çox qeyri- səmimi görünür. Çünki elə əvvəlcədən, yəni onlar əsər verəndə də eyni tərkib olub. Bircə Məmməd Oruc əlavə olunub və sədr vəzifəsini indi Mövlud Süleymanlı icra edir. Kamal Abdullanın gedişi isə onların geri çəkilməsinə heç bir səbəb ola bilməz. Çünki Kamal Abdulla bu vaxta qədər komissiyada öz işini çox gözəl yerinə yetirib. Sadəcə işlərinin çoxluğuna görə istefa verməli oldu. Kamal Abdullanın sadəcə olaraq vaxtı yox idi ki, əsərləri oxuyub və onlara qiymət versin“.  

Elmin Nuri
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir