Modern.az

Həftəsonu hava necə olacaq?

Həftəsonu hava necə olacaq?

26 Fevral 2010, 15:13

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında fevralın 26-da hava şəraitinin buludlu keçəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal küləyinin sürəti 8-13 m/s olacaq, gündüz arabir 16 m/s-dək təşkil edəcək.Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 6-8 dərəcə isti təşkil edəcək.
Fevralın 27-də hava şəraitinin tutqun olacağı, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı, gündüz arabir açılacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyinin sürəti 9-14 m/s olacaq, arabir 16-18 m/s təşkil edəcək.
Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 6-8 dərəcə isti təşkil edəcək.
Fevralın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyinin sürəti 7-12 m/s olacaq, gündüz arabir 15 m/s təşkil edəcək.
Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

Fevralın 26-da hava şəraitinin bəzi yerlərdə yağıntılı keçəcəyi, dağlıq ərazilərdə qar yağacağı, axşam bəzi yerlərdə intensiv olacağı gözlənilir. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək.
Havanın temperaturu gecə 2-5 dərəcə isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti təşkil edəcək.
Fevralın 27-28-də hava şəraitinin yağıntılı olacağı, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Fevralın 27-də gecə bəzi yerlərdə intensiv olacağı, 28-də əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı var. Şərq küləyinin sürəti 5-10 m/s olacaq, arabir 15-18 m/s təşkil edəcək.
Havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti təşkil edəcək.

Fevralın 26-27-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Tibbi-meteoroloji proqnoza görə, yaxın 3 gündə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün əsasən əlverişlidir.
 
Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir