Modern.az

Orhan Pamukun “Qara kitabı” Azərbaycanda da işığa çıxdı

Orhan Pamukun “Qara kitabı” Azərbaycanda da işığa çıxdı

28 Yanvar 2013, 11:26

“Qara kitab” romanı ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orxan Pamukun şah əsəridir…

Qalib uşaqlıq sevgisi, dostu, əmisinin qızı, sevgilisi və itkin arvadı Röyanı qarlı bir qış günü İstanbulda axtarmağa başlayır. Uşaqlıq illərindən bəri yazılarını heyranlıqla oxuduğu yaxın qohumu qəzetdə işləyən Cəlalın köşə yazıları bu axtarışda ona işarələr verəcək, yoldaşlıq eləyəcək.

Oxucu bir yandan hər bacası, hər küçəsi, hər adamı başqa sirli aləmin əlamətlərinə çevrilən İstanbulda Qalib axtarışlarını, rast gəldiyi adamları təqib eləyəndə, bir yandan da bu araşdırmaları ayrı-ayrı əlamətlərlə, qəribə əhvalatlarla tamamlayan Cəlalın köşə yazılarıyla qarşılaşır…

484 səhifəli kitab 2013-cü ildə “Qanun “ nəşriyyatının xətti ilə Nəriman Əbdürrəhmanlı tərəfindən tərcümə edilib.  

Elmin Nuri  
Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?