Modern.az

Gənc şair “İntihar hörüyü“ ilə birillik vidalaşır

Gənc şair “İntihar hörüyü“ ilə birillik vidalaşır

Ədəbi̇yyat

28 Yanvar 2013, 17:05

Gənc şair Şəhriyar del Gerani (Hacızadə) “İntihar hörüyü” adlı kitabının təqdimat mərasimini keçirib. “Əli və Nino”  kitab mağazasında keçirilən təqdimat bir növ, ədəbi mühitlə bir illik vidalaşma təsiri bağışlayıb. Belə ki, gənc yazar çox yaxın zamanda ordu sıralarına yola düşür.

Sayca ikinci kitabı olan “İntihar hörüyü” romanı Şəhriyarın yaradıcılığı üçün hərbiyə qədər olan mərhələnin son əsəri idi. Yazar ötən gün ilk şeir kitabı olan “Özünü payızdan asan qadın”ı AYB-nin təşkil etdiyi müsabiqədən geri götürüb. Kitab səs toplayaraq ikinci mərhələyə keçmişdi. Lakin hərbi xidmətə hazırlaşan gənc yazarı müsabiqəylə bağlı bəzi məqamlar razı salmayıb. O, mətbuata ünvanladığı məktubda bunun səbəblərini açıqlayaraq müsabiqəni tərk etdiyini qeyd edib.  
Xatırladaq ki, ədəbi imzası ilə bərabər, Şəhriyar del Gerani həm də digər gənc yazar Fərid Hüseynlə bərabər İranda həbs olunması ilə tanınır.  

Elmin Nuri
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!