Modern.az

Gürcülər “Əli və Nino” filmi çəkəcək

Gürcülər “Əli və Nino” filmi çəkəcək

28 Fevral 2010, 23:42

Gürcü rejissoru Giorgi Toradze Avropada məşhur olan “Əli və Nino” romanı əsasında film çəkir.  Modern.az gürcü mətbuatına istinadən xəbər verir ki, 1927-ci ildə Azərbaycan yazıçısı Qurban Səidin Avropada yazdığı roman  əsasında sənədli televiziya filmi çəkiləcək. Filmin prodüsseri Giorgi Strua sənədli ekran əsərinin layihəsini Azərbaycanın Mədəniyyət  və Turizm Nazirliyinə təqdim edib. Toradzenin sözlərinə görə, filmin həqiqətəyaxın olması üçün həm rejissorun, həm də ssenari müəllifinin azərbaycanlı olması tələb olunur. “Ən əsası öz ölkəsinin böyük vətənpərvəri olan Əli obrazını azərbaycanlı, Nino obrazını isə gürcü aktyor oynamalıdır.

 

Filmin çəkilişləri xaricdə və Azərbaycanda aparılacaq. Sənədli faktlar əsasında mən Əli əv Ninonun böyük sevgisini tamaşaçıya çatdırmaq istəyirəm”,-deyə rejissor Toradze yaradıcılıq  planından danışıb. 
Onun sözlərinə görə,  filmdə 11-ci Qızıl Ordunun Azərbaycana soxulması, Azərbaycanın Birinci Dünya Müharibəsindən sonra müstəqillik uğrunda mübarizəsi əksini tapacaq. “Düşünürəm ki, film hökmən Azərbaycan dilində olmalıdır. Film üzərində işlər bitəndən sonra əsəri beynəlxalq kino-festivala təqdim etmək istəyirəm”,-deyə rejissor bildirib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir