Modern.az

Berluskoni Napaleonun yatağını alıb

Berluskoni Napaleonun yatağını alıb

28 Fevral 2010, 23:47

Bir sıra seksual qalmaqallarla başı dərdə girən İtaliyanın baş naziri Silvio Berluskoni  Napaleon Bonaparta aid yatağı satın alıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, özünü Bonaparta bənzədən 73 yaşlı Berluskoni 25 illik dostu olan antikvarçı Annamaria Quattrinidən aldığı yatağın ona dar gələcəyini düşünərək yatağın böyüdülməsini istəyib. Napaleona aid yatağın qiyməti açıqlanmır. Lakin Berluskoninin istəyi  Napaleon irsinin araşdırıcısının kəskin qəzəbinə səbəb olub. O, 200 il yaşı olan  İmperator Napaleonun yatağının genişləndirilməsini tənqid edərək Berluskoninin istəyinin qorxunc olduğunu vurğulayıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi