Modern.az

Azərbaycandan köçmüş ermənilər türk jurnalistə nələr dedilər?

Azərbaycandan köçmüş ermənilər türk jurnalistə nələr dedilər?

17 Sentyabr 2009, 10:09

Türkiyənin “Milliyət” qəzetinin əməkdaşı İpək Yəzdani bu günlərdə İrəvanda olarkən orada Azərbaycandan köçüb getmiş ermənilərlə görüşüb. Onların Azərbaycanda gözəl günlər yaşamaları ilə bağlı nostalji dolu fikirlərini qələmə alıb.

Jurnalistin həmsöhbətlərindən biri – qarabağlı Elmira Çirkinyan indi İrəvan dəmir yolunda "peraşki" bişirib satır. Qarabagdakı günlərini xatırlayınca gözləri dolur: “17 il öncə savaş başlayında Qarabağdakı evimizi, ordakı çox sevdiyim azərbaycanlı qonşularımı tərk etmək zorunda qaldım. Qarabağda durumumuz çox gözəl idi. Azərbaycanlılarla çox yaxşı anlaşırdıq. Sonra savaş başladı, öncə bir müddət sığınaqda yaşadıq, sonra bizi oradan çıxardılar”.

Jurnalistin “Azərbaycan dilində çox yaxşı bilirsiniz” sözlərinə “kiril əlifbası varkən azərbaycanca çox yaxşı oxuya bilirdim. Amma sonra  latın əlifbasına keçdilər, oxuya bilmirəm” deyə cavab verib: “Nə olacaq Qarabağın durumu, bilmirəm. Amma biz orada azərbaycanlılarla iç-içə yaşayarkən halımız çox yaxşıydı. Bir-birimizə aş bişirməyi, corab toxumağı öyrədirdik. İndi azərbaycanlı dostlarım üçün çox darıxıram. Nə onlar, nə də biz suçluyuq. Bütün bu savaşı və pislikləri pis insanlar törtdilər”.

Türkiyəli jurnalistin daha bir müsahibi – İrəvanda kababçı işləyən Boris Ovanesyan isə Qarabağ məsələsində Türkiyənin tərəfsiz qalmasını istəyir. “Türkiyə böyük dövlətdir, Azərbaycan və ya Ermənistandan hər hansı birinin tərəfini tutarsa bu ədalətli olmaz” deyir.

Bəs Qarabağın taleyi necə olacaq “ sualına cavabında Ovanesyan erməni xislətini gizlədə bilmir: “Qarabağın müstəqil olmasını istəyirəm. Amma həm Azərbaycanla, həm Ermənistanla sərhəd qapısı açıq olsun. Eynən 20-30 il öncəki kimi bu gün də ermənilərlə azərbaycanlılar Qarabağda birlikdə yaşasınlar”.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi