Modern.az

ABŞ səfirliyinin birinci katibi xalq şairi ilə görüşdü

ABŞ səfirliyinin birinci katibi xalq şairi ilə görüşdü

Ədəbi̇yyat

29 Yanvar 2013, 17:25

Bu gün VHP-nin mərkəzi qərargahında ABŞ-ın Azərbaycandakı səfirliyinin birinci katibi Rocer C.Riqaud VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı ilə görüşüb. Modern.az-a partiyanın mətbuat xidmətindən daxil olan məlumata görə, görüşdə seçki ilində Azərbaycandakı və bölgədəki vəziyyət, ictimai-siyasi proseslərdə Vətəndaş Həmrəyliyi Partiyasının mövqeyi müzakirə olunub. Sabir Rüstəmxanlı yenicə qayıtdığı Almaniya səfəri və Dünya Azərbaycanlıları Konqresinin fəaliyyəti, həmçinin Gülüstan müqaviləsinin 200 ilinin tamam olduğu bu ildə hələ də azərbaycanlıların bölünmüş xalq statusu almaması, Güney Azərbaycan, İraq türklərinin durumu, DAK-ın qarşısına qoyduğu məqsədlər və s. haqqında ətraflı məlumat verib.

Aqşin Kərimov  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar