Modern.az

Brilliant Dadaşova gömrükcüləri şoka salıb

Brilliant Dadaşova gömrükcüləri şoka salıb

30 Yanvar 2013, 14:33

Xalq artisti Brilliant Dadaşovanın Türkiyənin TMB telekanalında yayımlanan “Pırlantalı gecələr” verilişinin bu həftəki qonağı qardaş ölkənin sevilən müğənnisi, həm də telekanalların birində aparıcılıq edən Cenk Eren olub.

  O, veriliş boyu xanım müğənnimizlə müxtəlif səpgili söhbətlər edib. Sonra B.Dadaşovanın verilişinin qonaqları üçün Bakıdan apardığı əncir mürəbbəsindən dadan Cenk Eren bir banka da evə aparmaq istəyini dilə gətirib.
“Türkiyədəki mürəbbələrin dadından çox fərqlənir”, – deyən sənətçiyə aparıcı bildirib: “İnan ki, mən hər dəfə Türkiyəyə gələndə 3-4 balon əncir mürəbbəsi, çay gətirirəm. Azərbaycan gömrükçüləri heç nə demirlər, hamisi təəccüblə bir-birinə baxır. Bir dəfə isə biri dözməyib soruşdu ki, Brilliant xanım, Türkiyədə yemək yoxdur?! Bax, mən bu nemətləri sizin kimi dostlar üçün gətirirəm”.

  Şahanə Rəhimli  
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi