Modern.az

Əkrəm Əylislinin “Daş yuxular”ındakı hadisələri Ordubadi belə qələmə alıb - “Qanlı illər”dən SEÇMƏ

Əkrəm Əylislinin “Daş yuxular”ındakı hadisələri Ordubadi belə qələmə alıb - “Qanlı illər”dən SEÇMƏ

31 Yanvar 2013, 15:20

Əkrəm Əylislinin qalmaqallı “Daş yuxular” romanında XX əsrin əvvəlində Ordubadda, eləcə də Əylis kəndində baş vermiş hadisələrə xüsusi yer ayrılıb. Yazıçı iddia edir ki, əsərdə obrazlardan birinin nəql elədiyi olaylar tarixi faktlara söykənir və onları olduğu kimi təsvir edib.

Amma o illərin çanlı şahidi olmuş digər bir yazıçı da var – Məmməd Səid Ordubadi. Onun “Qanlı sənələr” (“Qanlı illər”) adlı xatiratı bütünlüklə 1905-ci ildə baş vermiş ilk etnik erməni-müsəlman münaqişənə həsr olunub. Məmməd Səid Ordubadinin təsvir etdiyi hadisələrin Əkrəm Əylislinin iddiaları ilə uzlaşıb-uzlaşmadığını bilmək üçün Modern.az “Qanlı sənələr”dən bir hissəni oxucuların ixtiyarına verir.

Hər iki ordubadlı yazıçı məşhur Əylis kəndində baş vermiş hadisələri qələmə alıb... Amma fərqli şəkildə...

***
“Qanlı sənələr” əsərindən bir bölmə...

AĞRILI QATAR HADİSƏLƏRİ

1906-cı ilin 29 iyulunda Zəngəzurun beşinci sahəsində baş vermiş Qatar kəndinin faciələrindən bəhs edir (məxsusi məktublardan iqtibas olunmuşdur). İntibah, yaxud ibtida.  Necə ki, Oxçu-Şəbadək  hadisələrinin əvvəllərində bu barədə geniş məlumat verilmişdir, yenə təkrar olaraq bir neçə kəlmə yazmağı  lazım bilirəm. Məlum ola ki, ermənilərin beşinci sahəyə malik olmaları üçün erməni xəfiyyə cəmiyyəti bir çox arzularda bulunurdular. Məsələn, İrəvandan Naxçıvana qədər yol üstə yerləşən islam kəndlərini dağıtmaqla İrəvan ermənilərini Naxçıvanda hazır olan əsgəri qüvvələrlə birləşdirmək, Naxçıvandan Zəngəzura kimi yol boyunda olan köyləri dağıdıb Zəngəzur könüllüləri ilə Naxçıvandakı əsgəri qüvvələri bitişdirmək kimi alçaq xəyallar.

Buna görə əvvəl beşinci sahənin açarı misalında olan Oxçu-Şəbadək kəndlərini dağıtmaq  üçün ġuşadan məğlubiyyətə uğrayıb, Cavanşir və Cəbrayıla dağılmış əsgəri qüvvəni bərpa edib mis mədənləri ilə məşhur Qatar kəndi yaxınlığındakı Barabatum, Çəkədək adlı erməni kəndlərinə yığılıb toplanmağa başlamışdılar. Bu əsgər yığımından erməni xəfiyyə cəmiyyətinin əsl məqsədi Qatarda yaşayan müsəlmanların mənəvi qüvvələrini pozub Oxçu-ġəbadək 97 faciələrində bulunmağa imkan verməmək idi. Halbuki, bu təşəbbüslərə iqdam etməkdən ötrü Mirzə Aram bəy adlı ermənini bu ətrafda yığılmış qüvvəyə başçılıq və komanda edib təşəbbüsə addım atması qəti əmri verilmişdi. Aram bəyin təşəbbüsü.  1906-cı il 29 iyulda Mirzə Aram bəyin fitvasıyla Ulxu elinin nücəba və bəyzadələrindən olan Qaraçəmən kəndinin sakini möhtərəm Camal bəyin xidmətçisi Səfyar bəyi alış-veriş bəhanəsiylə Mədən bazarına dəvət edirlər.

Zavallı Səfyar bəy xəbərsiz olduğundan silahsız atına minərək Mədən bazarına gələrkən mədən bağlarında pusqu etmiş daşnaksutyun qatilləri tərəfindən vəhşicəsinə öldürülür. Bu xəbər yayılar-yayılmaz ətraf müsəlmanları hücum edib Mədən bazarında bir nəfər erməni öldürüb, bir boş mis mədənini də yandırırlar.

Bu gurultular bir an içində Qafan dərəsinin bir-birinə yaxın olan kəndlərinə vəlvələ salıb hər tərəfdən erməni könüllüləri və erməni hərbi dəstələri hərəkət edib mədəndəki islam dükan-bazarını odlayıb yarım milyona qədər zərər vururlar.

Malları qarət olunan məzlum Ordubad tacirləri Qatar kəndinə qaçırlar. O yerin faciəsi baş verdikdə, fərari halında Oxçu-ġəbadək enişlərinə gəlib çatan altı nəfərdən ibarət bir fərari dəstəsi ermənilər əlində qətl olurlar. İyul ayının 29-da Mədən bazarı dağıldıqdan sonra Karxana adlı kənd ermənilər tərəfindən nişana alınıb atəş ilə döyülməyə başlandı.

Karxana xəbərləri, Mədən bazarı dağılandan sonra, 1906-cı il iyulun 29-da saat on iki radələrində Karxana kəndinə hücum edilir. Hər tərəfdən kəndi atəşə tuturlar. Karxana müsəlmanları ən fağır, ən kasıb və bu səbəbdən də, tez atan silahları olmadığından kəndi bir neçə dəqiqə mühafizə etsələr də ermənilərin hər dəfədə beş min tüfəngdən açılan atəşlərinə tab gətirməyərək dağ-daşa, kolluqlara dağılmağa məcbur olurlar. Erməni camaatı daş diblərindən, kol aralarından müsəlmanları bir-bir tapıb əsir alır, yainki qətlə yetirirdilər. Bu vaxt bir daşın arxasında 30-a qədər övrət-uşaq və bir neçə silahını  əldən vermiş kişi tayfası gizlənmişdilər. Bu pünhan olmuş övrətlərin arasında Pakizə xanım adlanan cavan bir övrətin (Tahir adlı ordubadlı sahibi müharibədə vəfat etmişdi) döşündə Firuzə adlı südəmər bir qız var imiş. Məsum qız açılan güllələrin sədasından anasının döşündən dartınıb qorxudan qeyri-ixtiyari ağlamaqda idi. Bu çocuğun ağlamaq sədasını ermənilər eşidib gəlib hamısını həlak  edərlər ehtimalı ilə çocuğu orada olan kişilər ağlaya-ağlaya anasının qucağından alıb qətl etməklə (?) səsini kəsirlər.

Karxana kəndindən bir o qədər can salamat qurtarmamışdır. Beş kəndin dağılması.  Karxana camaatının bütünlüklə qətlindən sonra ermənilər həmən gün saat üç radələrində aşağıda yazılmış kəndləri dağıtdılar.

Dağılan kəndlər hərbə hazır olmadıqlarından kəndi müharibəsiz boşaltmışdılar. Dağılan kəndlərimiz Lov, Xələc, Saldaşlı, İncəvar, Daşnov kəndlərindən ibarətdir. Bu kəndlərin sağ qalan müsəlmanları Qatar kəndinə pənah gətirdilər.

Ermənilər onları təqib edib kəndi niŞana aldılar. Qatar islamlarının cəngavər olduqlarından həmən gün ermənilərə sığınacaqlardan çıxmağa əsla meydan verilmədi.

Qatar müharibəsi.  Avqust ayının 1-də saat 12 radələrində ermənilər hər tərəfdən Qatar kəndini mühasirəyə alıb atəşə tutdular. Bu halda mirovoy posrednik pristav Saxarov və bir neçə strajnik kənd içində hazır imişlər. Atışma hər saat şiddət edirdi. Şiddətli atəş vaxtı pristavın yanında olan Cəlil adlı bir ləzgi strajniki -"Cənab pristav, sizdə heç rəhm-mürüvvət yoxdurmu? Siz baxırsınız, islamları gülləbaran edirlər. Olmazmı ki, kəndin kənarında olan kazaklara buyurasan, islamları mühafizə etsinlər?"  - dedikdə,  - "Mən müsəlmanları mühafizə edə  bilmərəm. Görmürsən ermənilər necə canalıcı güllə atırlar," - cavabını vermişdir.

Ermənilər hər tərəfdən kəndi müharibə ilə viran etmək istəsələr də islamların qüvvəsindən xəbərdar olmadıqlarından cürət edib kəndə yaxınlaşa bilmirdilər. O səbəbdən pristav Saxarov ilə götür-qoy  edib müsəlmanların qüvvəsini öyrənmək üçün Saxarovun razılıq və məsləhəti ilə 50 nəfər kazak və bir uryadnik göndərilir.

Kazaklar kənd içinə varıb islamları  əksəriyyətlə silahlı görüb  - "Siz evlərinizdə rahat oturunuz, ermənilərin güllələrinə qətiyyən cavab verməyiniz. Əlbəttə, hökumət özü sonradan onları tənbih edib cəzalandıracaqdır,"  - deməklə onları aldatmışdılar. Kazak əsgərləri kəndin hər tərəfinə yayılıb, islamların qüvvəsini öyrəndikdən sonra Saxarovun yanına qayıtdılar. Kazaklar gedən vaxt Qatar kəndinə dolmuş bəzi köçəri qəbilələrin rəisi Qatardan hökumət mühafizəsi ilə öz tayfasını götürüb qaçmasını Saxarova sifariş etsə də, nəzərə alınmayıb. Saxarovun əqidəsincə, Qatarda qalıb qətl olmaları məqsədə müvafiq görünür. Kazaklar kənddə olan hazırlığı ermənilərə xəbər verəndən sonra, hər tərəfdən Şiddətli hücuma başlanır. Bu hücumlarda pristav Saxarov mirovoy posredniki götürüb kazak dəstələrilə Barabatum adlanan erməni kəndinə çəkilir. Pristav kəndin bir yüksək təpəsinə çıxıb durbinlə hərb meydanını gözdən keçirən zaman - "Pəh, pəh ermənilər nə gözəl yürüşlər edirlər,"  – söylədiyi yanında olan süvaridən  1904-cü ildən indiyə qədər nəŞr olunan islam qəzetlərinin hər guşəsinə baxdıqda kəndli islamlar hər tərəfdə pristavlar və uyezd naçalnikləri əlindən dad-fəryad etməkdədirlər. Belə ki, Qatar islamlarının da məğlubiyyətinə ümdə səbəb pristav Saxarov olmuşdur. Ümid ki, Saxarovun yuxarıda zikr etdiyi - "Mən müsəlmanları hifz edə bilmərəm, görmürsən ermənilər necə canalıcı güllə atırlar."  - kəlmələri müsəlmanların xəyalından qiyamətə qədər çıxmayacaqdır.

Müharibə zamanında düşmən ordusuna qarşı duran bir əsgəri qüvvə nə qədər güclü, nə qədər tədarüklü olursa olsun, bu qüvvəni bilincəyə qədər xəfif tüfəng atəşinə başlar. Düşmənin qarşısında bir gün axşama qədər müharibə edib axşamlar rahat olan bir qüvvədən gecə olanda kəşf qolları çıxarırlar. Yəni hər tərəfə ordunun qüvvəsinə baxmış əlli, ya artıq-əskik süvari dəstələri göndərirlər ki, düşmənin hər tərəfini gəzib qüvvələrini yoxlasınlar. Bu tövr ilə düşmənin qüvvəsini bilərlər. Yaxud libasların dəyişmiş casuslar və yainki əsir düşmüş əsgərlər vasitəsilə düşmənin ətraf sipərlərdə olan qüvvəsini dəqiq öyrənib baş komandana teleqram, yainki, məktublar vasitəsilə xəbər verirlər. Böyük komandan isə düŞmənin bu qüvvəsinə üstün gələcək qədər də əsgər göndərib düşmənin qüvvəli olan sipərlərinə qarşı yürüş icra edər və həmçinin düşmənin qüvvəsiz sipərləri qarşısında olan artıq əsgərləri də lazımi mövqelərə göndərib müxtəsər firqə komandanına bir vəchlə lazımi göstərişlər verər. Qatar ermənilərinin də fikirləri bu qəbildən imiş.  Əvvəlinci hücumlarda müsəlmanlar belə dəhşətli müharibələri görmədiklərindən müdafiəyə az-az iqdam etdilər. Digər tərəfdən erməni dəstələrində olan say "çoxluğu" müsəlmanları hər halda dəhŞətə və qorxuya salırdı.

Digər tərəfdən Qatarın hər səmti erməni kəndləri olduğundan hər tüfəngini götürən erməni könüllüsü 10 dəqiqədə hərb meydanına çata bilərdi. Həqiqətən, Qatarın coğrafi mövqeyinə baxılsa bu kənd islamlarının Şücaət və igidlikləri tərifə layiqdir.

Qatar kəndi hər tərəfdən erməni köylərilə əhatə olunduğundan bir tərəfə çıxmaq, yaxud yardım etmək yolu kəsilmişdi. Digər tərəfdən Mədən bazarında olan poçt kontorundan müsəlmanlara kömək olasıdır ki, onu da müharibədən qabaq pristav Saxarovun razılığı ilə yığışdırıb Barabatum adlı erməni kəndinə aparmışlar.

Bundan məlum olur ki, Qatar camaatının hər tərəfdən ümidləri kəsilib mühasirə halında qalmışdılar. Qatar kəndində 9 gün bu növ ilə Şiddətli atışma oldusa da, müsəlmanların rəşadət və şücaətləri sayəsində ermənilər kəndin işğalına müvəffəq ola bilmədilər. Qatar kəndinə hücum edən ermənilərin sayı (8000) səkkiz min nəfərə qədər olduğu axırıncı günlərdə müsəlmanlara yəqin olduğundan məzlum camaatın ümidləri büsbütün kəsilib məzlum qəlbləri də əksəriyyətilə parçalandı. Bu halı mülahizə edən camaat bir parça kağız yazdırıb qasidə iyirmi beş rubl verməklə Zəngilanın nücəba və bəylərindən yardım istəsələr də, * - "Bizdən sizə kömək olmaz, başınıza  çarə qılınız"  - kimi boş cavabını alınca islamların ruh düşkünlüyü bir az da artır.

Bunu da söyləməliyik ki, Qatar müharibəsində müsəlmanlara ümdə zərbələr Məlik Azaryansın mis mədənində işləyən iranlı müsəlman işçilərdən toxunurdu.

Bu rəhmsizlər arxalarında neft, dinamit daşıyıb "ya Əli" qışqıra-qışqıra kənd içinə girdikdə müsəlmanlar "bizə sursat daşıyırlar," deyə düşünüb onları kəndə buraxırdılar. Mürüvvətsiz iranlılar həmən nefti damlara vurub yandırdıqları kimi, dinamiti daş binalara taxıb havaya uçurdardılar.

Ayın doqquzuncu gecəsi, səkkizinci günün saat 12 radələrində ermənilər hər tərəfdən kəndə yaxınlaşıb işğal  etmək istədikdə müsəlman könüllüləri də sığınacaqlardan çıxıb düşmən üzərinə atıldılar. Müsəlmanlar yəqin etmişdilər ki, kəndin işini bitirmək istəyirlər. Ona görə də ölümlərini yəqin edən islam cavanları - "Sipər dalında ölüncə, düşmən qabağında ölmək yaxşıdır,"  - deyib ürəkdən müharibəyə qoşulur, hər dəqiqə sığınacaqdan çıxıb erməniləri püskürdürdülər. Bu halət ilə axşama qədər müharibə davam etdi. Axşam alaqaranlıqda onlar hər tərəfdən mühafizə dəstələri buraxmaqla sığınacaqlarına və ordugahlarına çəkildilər.

Bu vaxtda islamların dönük taleləri yavaş-yavaş özünü göstərib islam könüllüləri arasında, nədənsə, bir soyuqluq, bir ittifaqsızlıq peyda olundu. Olub da həmən gecə Möhtərəm müxbirin dediyi kimi, Zəngilan tərəfdən heç olmazsa 20 süvari gəlib Barabatum adlı erməni kəndini daşdan gülləbaran edib, erməniləri o tərəfə məşğul etsəydi, o halda Qatar müsəlmanları əl-ayağını yığışdırıb müharibə xəttini yarar, o tərəfə, bu tərəfə hücuma keçib bəlanı dəf edərdi. Nə fayda ki, onlarda bir qeyrət görünmədi. ümumislam sığınacaqları, istehkamları boŞlanıb kənd içində qəflət yuxusuna uydular. Hətta o gecə kəndin ətrafında əvvəlki kimi mühafizə də buraxılmadı. Bu səbəbdən ermənilər kəndin əhəmiyyətli mövqelərini gecə ikən aldılar. Bununla da Qatar kəndinin taleyi həll olundu.

Ermənilər kəndi elə əhatə etmişdilər ki, heç bir tərəfə doğru quş uçmağa belə boş məkan qalmamışdı.

Sübhə bir saat qalmış ermənilər fövqəladə bir şəkildə kəndi atəşə tutdular.

Bu müharibədə Barabatumda olan kazak dəstələri də ermənilərə kömək edirmişlər.

Bu axırıncı müharibədə ermənilər müharibəni başlamaqla qüvvələrini dörd tərəfə bölüb yürüşlər icra etdilər. Hər dəstənin qabağında bir qədər İran fəhləsi açıq-açığa neft və dinamit daşıyıb damlara od vurmaq istəyirdilər.

Bu müharibədə məğlubiyyəti gözü qabağına gətirən Qatar camaatı Şanlı zəfərlər qazandılar. Belə ki, ermənilərin dəstələri hər saatda pərişan olub arxalarındakı ehtiyat əsgərləri ilə qüvvətləndirilirdi. Bu vaxtda ermənilər tələfatın çoxluğuna baxmayaraq, ayaqüstü yürüŞlər edib kəndin qarşısında və içində olan müsəlmanlarla döyüşə girişirdilər.

Kəndin içində qanlı müharibə başlanıb erməni və müsəlman bir-birlərinin üzərinə xəncər və tüfəng işlətdilər. Ermənilərin ikrah doğuran sədaları, hərbi alətlərin birbirinə dəyməsindən yaranan şıqqıltılar, müsəlman könüllülərinin "Ya Allah! YaAllah!" sədaları, damların üstündən müharibəyə baxan anaların fəğanı bir-birinə qarışıb kənddə bir qiyamət qoparmışdı, gəl görəsən. Tüfənglərdən səmaya qalxan tüstülər, atların və piyada əsgərlərin yürüşündən əmələ gələn qanlı toz, yandırılan evlərin dumanları zavallı kəndin üstündə bəla buludları kimi mücəssəm durmuşdu.

Bu buludların altında birisi milli istəyinə çatmaq hərisliyi ilə gözü qızmış, digəri isə əziz canından keçmiş millətlər bir-birinə qarışıb bahar yağmurunun yerə çırpıb Xələc kəndində pünhan olub avqustun 9-cu gecəsi Qatara daxil olmaq istəmiş bir məzlum müsəlmanın mülahizəsi: Mədən bazarından keçib Qatar kəndinə çatdıqda mənə bir qəribə aləm nümayan oldu.

Kəndin üstü bir duman, bir tüstü mücəssəm durmuşdu. Əsla bir tərəfdə çıraq işığı, ya od və yainki kibrit parıltısı da görünmürdü. O halda heyvanatın, həşəratın, hətta insanların da sədası kəsilib kəndi o qaranlıq, o zülmanı gecədə müthiş bir sükunət qaplamışdı. Ara-sıra qaranlığın içindən südəmər çocuqların ağlamasına oxşar bir səda eşidilib kənd əhlinin əsasən oyaq olduğunu anladırdı. Gahdan bir ağlaşma,  vidabazlıq, cigərsuz ağlama sədaları gəlib məni özümdən bixəbər qoyurdu. Bu ağlamağın faciəli sədaları qaranlıq gecədə vaqe olan təbii bir sükunətdən hasil olan səs-küyə qarışıb dağlara qədər küdurət əks-sədası olurdu. Kəndin ətrafında yerləşən silsilə dağlar bir yas məclisi kimi guya hər bucaqda minlərcə oğlu ölmüş validələr dizlərini qucub beylə nalə qılırdılar. Çox qulaq verdim isə də, sabahın əsarətini hal-hazırda nəzərdə mücəssəm qılıb ağlaşan anaların ürək ağrıdan sədaları məni çaşdırıb qoydu. Mən daha da artıq bir təəccüb və heyrət içində qorxu və dəhŞətin keŞməkeŞilə biixtiyar gedirdim. Nərələrə? Bilmədim! Ancaq mən gedirdimsə də, qorxu və hürkü məni könlümə qədər təqib edirdi. Nagah, mühafizəsiz buraxılmış olan müsəlman istehkamlarına təsadüf etdim. İndi də boş su qabları, boş patron qabları bir-biri üstə tökülmüşdü. Bu halda, səngərin daşlarından çıxan barıt qoxuları dimağımı alışdırıb qoyurdu. Uzaqdan ermənilərin kəndi işğal üçün hücumlarını görüncə dağlar ilə Kəllədağ kəndinə qaçmağa başladım.

Qəribə gələsi bir söz var isə o da İran fəhlələrinin hər yerdə erməni əlində qətl olub yenə hər yerdə ermənilərə kömək etməsidir. Bəli! "Düşməne-dana beh əz duste-nadan" söyləyən Şairin ruhu Şad! (Tərcüməsi: "Ağıllı düşmən, ağılsız dostdan yaxşıdır" - Ə.B.)yerdən qaldırdığı, bir-birilə baş-ayaq qalxıb düşən qətrələri kimi bir-biri ilə çarpışmada idilər. Sübhdən axşama kimi qanlı savaŞ oldu. Erməni-müsəlman birbirinə qarışıb müharibə etdilər. Kənd büsbütün yanıb qurtarsa da, müsəlmanlar kənddən çıxmadılar. "Hər halda çıxıb səhralarda çıl-çıplaq avara gəzincə, baba yurdunda ölüb qalmaq səadətdir,"  - deyib müharibə edirdilər. Ermənilər axşama yaxın bomba atmağa başlayıb müsəlmanları qorxutdularsa da, dam-daşlara xəsarət verib, əhalini kənddən çıxarıb qovmağa müvəffəq olmadılar. Axşam alaqaranlıqda ermənilər gedəndən sonra kənddə qalmağın qeyri-mümkün olduğunu qət edən camaat əhli-əyalını götürüb Kəllədağ kəndinə yollandılar. Hadisələrin icmalı. Bu Qatar müharibəsini təşkil edən erməni başçısı Aram bəy olub müsəlmana bir çox zərərlər vurdular. Müharibə 1906-cı il 29 iyulda başlayıb avqust ayının 9-da xitam bulmuşdu. Bu müharibədə ermənilərə açıq-açığa İran fəhlələri yardım edirdilər. İran fəhləsinin rəisi Qaradağ ölkəsində Astamal kəndinin sakini Süleyman adlı bir nəfər ermənilərə çox kömək etmişdir. Kənd büsbütün yandısa da, müsəlmanlar kənddən çıxmadılar. Ermənilər kənd ğılandan sonra qayıdıb Oxçu-Şəbadək müharibəsinə başladılar.

ZƏNGƏZURDA OXÇU-ŞƏBADƏK, YAXUD QAFAN DƏRƏSİ HADİSƏLƏRİ

Erməni xəfiyyə cəmiyyətlərinin Gəncə quberniyasındakı siyasət meydanı ancaq Şuşa şəhəri ola bilərdi. Erməni xəfiyyə cəmiyyətləri Şuşa şəhərində müsəlmanlara müxtəlif zülmlər edərək əziyyət verir, islam köylülərinə görünməmiş cəfalar, insaniyyətə yaraŞmayan vəhşiliklərlə əzablar yağdırmaqda idilər. Belə-belə hərəkətlər çox baş veribdir. İnsaniyyətin ən əvvəlinci şərti səbir olduğunu düşünən islamlar belə işlərə qonşuluğun məhəbbətli münasibətinin pozulmaması nöqteyi nəzərindən baxmaqda idilər. Ermənilər işə - "Böyük Rusiya inqilabı söndü, biz işləri sona çatdıra bilmədik,"  - deyərək Şuşada necə olursa olsun islamları hərbə çağırırdılar.İslam camaatı ermənilərin əyri xəyalda olub şəhərin bir sıra nöqtələrində qovğa qoparacaqlarını görüncə irəliyə çıxdılar. Çıxıb da şücaət və igidliyi qanında olan Şuşa camaatı erməniləri cəzalandırmaqdan əsla çəkinmədilər.

Açıq-açığa ermənilər məğlub oldular. Hər tərəfə gizli bir halda məğlubiyyət teleqramları vuruldu. Erməni xəfiyyə cəmiyyəti siyasətbazları da pərişan bir hala düşdülər. İşi belə görüb Zəngəzura üz tutub əsgər toplamaq üçün Hayıstana  -İrəvan, Abaran, Aleksandropol diyarına əmrnamələr göndərildi. Açıq-açığa Zəngəzura əsgəri ləvazimat və hərbə dair planlar göndərilirdi. Zəngəzurda gözlənilən müharibələrə ermənilər mümkün qədər ləvazimat daşımaq üçün Şuşa şəhərini münasib saymırdılar. Çünki, o ətrafda ermənilərin məğlubiyyətindən sonra odlu silah göndərmək asan məsələ deyildi. Buna görə İrəvandan əsgər və sair ləvazimat göndərmək üçün ermənilər ən son nəfəsə qədər çalışmaqda idilər. Zira, bu vaxtlar İrəvandan yol boyunca Zəngəzura qədər erməni nüfuzu bir az icra olacaq kimi idi. Bunları mülahizə edən erməni başçıları İrəvandanZəngəzura qədər yol üstlərində yerləŞən islam köylərinə təzyiq göstərmək üçün erməni əsgər komandanlarına qəti əmr verməkdə idilər. Bundan sonra İrəvandan Zəngəzura bir qalibiyyət yolu açmağa təşəbbüs edilib, yol üstlərində, dağ keçidlərində olan kəndlərə zülm əli uzanmağa başlandı. Bir çox kəndlər dağıdıldı, bir çox evlər yıxıldı. Xanlıqlar, İtqıranlar darmadağın olaraq  Naxçıvan mahalı, Cəhri qəsəbəsi faciəsi qəflətən baş verdi. Və burada hökumət qoşunu ilə ermənilərin əlbir olmalarış aşkara çıxdı. Digər tərəfdən dağ keçidlərindən Zəngəzura aşmaq üçün Dirlis, Unus, Pəzməri adlı islam köylərini dağıda bilməyərək onları yalnız mənəvi sarsıntıya məruz qoydular. Yuxarıda adı çəkilən köylərin terrorundan sonra Zəngəzuru bir nişana almış məqamında duran Oxçu-Şəbadək, Purdavud, Atqız köyləri ermənilərin həyatimilliyyələrini dəhşətə salmağa başlamış idi. Zira, Oxçu və ətraf köylərin islamları ən cəsur, ən şücaətli adamlar olduğundan əlavə, bir-birinə bağlı köylərin camaatış islamın ən müqəddəs əsəri olan ittifaq üzrə yaçamaqda idilər. Demək olar ki, bu köylər Zəngəzur ölkəsinin açarı sayılırdı. Bunların   hamısını   ermənilər   öz   casusları   və   mühəndisləri vasitəsilə müayinə ilə tədqiq etdikdən sonra bu köyləri alıb dağıdacaq dərəcədə hərbi qüvvə toplamağa  girişmişdilər. Ermənilərin Qafan dərəsində toplanmış qüvvəsi müharibəni başlamaqla gedişi haqqında ardıcıl olaraq məlumat verirdi. İrəvandan açılmış erməni zəfər yolu ilə gətirilmiş  könüllülərdən başqa Aleksandropol, İrəvan, Abaran, Şuragül ölkələrinin nizami alayları çağrılıb.  Ağulis, Kəlaği, Dəmqurt adlı erməni köylərində müharibəni intizarən manevralar edilirdi. Digər tərəfdən, Şuşada məğlub edilib. Ağdam ətrafında yığılmış nizamlı erməni əsgərlərinin hərbi   ehtiyacları təkmil edilib mənəvi qüvvəsi sarsıdılmıŞ  könüllülər dəyişdirilərək mis mədəni  olan  Qatar tərəfə göndərilirdi ki, orada olan islamların hissiyyat və candan keçməyə hazır olan təxəyyülatını cəlb edərək Oxçuya kömək halından düşürsün.

*

  

Bu Şuşa əsgərləri iyul ayının 20-də mədən ətrafına yığılıb. Aram bəy Nehrəmov adlı erməni komandanına tapşırılır. Bunlardan məlum olur ki, erməni əsgərləri iki mühüm nöqtəyə  toplaşmışlar. Birisi mis mədəni ətrafına, digəri Ordubadın dördbeş verstliyində yerləŞən Ağulis və ətraf erməni köylərinə. 1906-cı il avqust ayının

4-də Ağulis ordusunun baŞ komandanı olan AŞota Ġrəvandan, olduğu kəndlərdən

hərəkət edərək Oxçu-ġəbadəkin qonŞuluğunda olan Panuslu, Girdikan köylərində

toplaŞmaq əmri məktub vasitəsilə verilir. Həmən ayın 7-də Ağulis ordusu

Panusluda toplanır. Qatarda mədən ətrafında toplaŞmıŞ ordunun komandanlığına

                                                          

*

Bu əhvalata Qatar hadisələrində geniŞ yer verilmiŞdir.103

Panusluda toplanmaq əmri ġuŞa mərkəzi komandanlığından verilsə də, Qatar

müharibəsi təhlükəli hal aldığından Panuslu kəndinə ancaq ayın 8-də çata bilir. Hər

iki ordu bir yerə toplaŞınca hərbə dair olan əsgəri ehtiyacları təkmil edərək, 1906-cı

il avqust ayının doqquzunda adı çəkilən dörd islam köylərinin xalqı bixəbər

olduqları halda köylər ermənilər tərəfindən niŞana alınaraq daŞların təpəsində

istehkamlar qurulmağa baŞlanır.

Oxçu-ġəbadək vuruŞları, yaxud hərb meydanı.  1906-cı il avqust ayının

9-da dörd islam köyünün camaatı öz kənd təsərrüfatı iŞləri ilə məŞğul olduqları

vaxt dağların təpəsində istehkamlar qurmaqla məŞğul olan əsgərləri görürlər, ancaq

onların erməni olduqlarını bilmirlər. Camaat arasında cürbəcür fikirlər

yarandığından məsələni öyrənmək üçün bir neçə yerə adamlar göndərilir.

Nümayəndələr qaraltının qarŞısında yüksək təpələr baŞına hərbi bayraqlar

sancıldığını görüb  - "hökumət qoŞunudur,"  - deyib, ehtiyatsız halda yollarına

davam edirlər. Bir güllə məsafəsinə yaxınlaŞar-yaxınlaŞmaz ermənilərin qabaq

qurğularından üstlərinə atəŞ açılır. AtəŞ əsnasında istehkam quranların erməni

olduğunu bilib hər kəs evinə qaçır, ən köhnə üsuldan olan silahlarıyla silahlanıb

düŞməni qarŞılamağa çıxırlar.

Ermənilər isə ən müasir silahlarla silahlandıqlarından, bir də müsəlmanlar,

əsasən, meŞəlikdə əkinçiliklə məŞğul olduğundan, kəndi yaxŞı mühafizəyə qadir

deyildilər. Buna görə də ən əhəmiyyətli mövqeləri düŞmən tutur. Az-çox kənddə

hazır olan kiŞi tayfalarını isə qadınların nalə və fəryadı çaŞbaŞ qoyurdu. Digər

tərəfdən heyvan bağırtısından baŞqa bir səs eŞitməyən balalar, xırda çocuqlar

müharibənin ən Şiddətli vaxtında düŞmən mövqelərindən çalınan Şeypurların ürək

parçalayan sədasından validələrinin məməsindən dartınıb beŞiklərindən qiyamət

gününü xatırladan bir səda ilə aləmi doldururdular. Yağmur kimi hər iki tərəfdən

açılan güllələrin Şırıltısından, hərbi musiqinin canalan sədasından köylərin

çocuqları və heyvanatı bir-birinə dəymiŞdi, sanki bu zavallı köylərdə Ġsrafil

Şeypuru çalınmıŞ kimi insanlar bir-birinə qarıŞmıŞdılar.

Erməni mauzerlərindən çıxan atəŞlərin Şaqqıltısı, müsəlman könüllülərinin

ayaqüstü erməni səngərlərinə qıŞqıra-qıŞqıra hücum etmək sədaları Oxçu-ġəbadək

dağlar silsiləsinə əks edərək yüksək qayaların zirvələrindən gurultudan baŞqa bir

səda eŞidilməzdi. Bu halda ümumerməni səngərlərindən aramsız atəŞ açılırdı.

Bundan əlavə, müsəlmanlar tərəfindən açılan güllələr hədəfə dəymədiyindən

ermənilər cürətli halda ara-sıra qurğularından xüruc

*

halına giriŞməkdə idilər.

Müsəlman könüllüləri isə ermənilərin Şiddətli atəŞinin təsirinə baxmayaraq, hər

halda irəliyə yürüŞ etməkdə idilər.

Ġslamların bu igidlik və mətanətini görüncə erməni səngərlərindən bir neçə

cəhənnəm makinası buraxılıb dörd köyün müsəlmanlarını son dərəcə sarsıtsalar da

                                                         

*

Xüruc - müdafiə halında olan əsgərlər münasib bildikdə sipər, yəni səngər dalından çıxıb düŞmənin

üzərinə atılmasına deyilir.104

əsgərə komanda edən möhtərəm kəslərin nəsihətləri, ruh verən təŞviqatı sayəsində

islam əsgərlərinin ara-sıra ziyan dəymiŞ mənəvi qüvvələri gücləndirilib anbaan

düŞmən qarŞısına irəli aparılırdı. Böyük və dəhŞətli hadisə əsnasında müsəlmanlar

ətraf köylərə kömək üçün adamlar göndərsələr də, bütün keçidlər erməni əlində

olduğundan bir nəfər də olsa, kömək üçün hərəkət edə bilməmiŞdir. O səbəbdəndir

ki, Oxçu islamları tək-tənha dörd gün tam müqavimətlə müharibə etdikdən sonra

ermənilər məğlub olub o ətrafda yerləŞən Gicəlan adlı erməni köyünə çəkilib

istehkam qurmaqla hərbə giriŞirlər. Müsəlmanlar  ermənilərin qaçdıqlarını duyub

təqib halında Gicəlan kəndində qanlı bir müharibə baŞlanır. Bir gün axŞama qədər

qanlı müharibədə ermənilər məğlub edilib hərb meydanı - Gicəlan kəndi dağıdılır.

Oxçunun  aqibəti, yaxud islamların məğlubiyyəti. 14 avqust 1906-cı il.

1906-cı il avqustun 13-də xitam bulmuŞ Gicəlan müharibəsində ermənilər çox pis

vəziyyətə düŞmüŞdülər. Erməni komandanları müharibənin ikinci günü, yəni həmin

ayın 11-də təhlükəni görüncə, Qatarda buraxılmıŞ ehtiyat əsgərlərini hərb

meydanına apararaq, bunlardan əlavə ətraf erməni köylərinə adamlar göndərib

imkan olduğu qədər könüllü əsgər tələb etməkdə idilər. Buna görə ayın on

dördündə adları aŞağıda qeyd edilmiŞ köylərdən ermənilərə kömək gəlməkdə idi.

Ləyc, TəŞtin, Vəng, Karlur, Mehri, Əsədazur, Qırçıvan, Əkərək, Bəhrvar,

Ucanabus, Qurasən hamısı beŞinci sahədən. Dördüncü sahədən dəxi Karavat,

Barabatum, Çəkədək, Kudkum, Bağabürc, Çəmən, Bux köylərindən. Üçüncü

sahədən - Oxadüz, Raxdaxana, NoraŞen, Xotanan, Üsərəng, Sahadur, Çin, Mələk,

Çit köylərindən. Ermənilərin bu toplu qüvvəsi ayın on dördündə Panuslu, Girdəkan

və bir də Gicəlan köyünün ətrafında mövqe tutaraq gecə ikən Oxçu-ġəbadək

dağlarını iŞğal edirlər. Dörd gün ərzində baŞ verən döyüŞlərdə son dərəcədə yorğun

düŞən islam könüllüləri Molla Həsən Əfəndinin evinə yığılıb hərbi, yaxud hərbə

baŞlamamıŞ geri çəkilməni müzakirəyə qoydular. Camaat tərəfindən bir çox nitqlər

söyləndi. Hətta övrət tayfalarından pərdə dalında oturmuŞ olduqları halda bir çox

yanğılı sözlər deyilirdi. Bir çox adamlar hərbə üstünlük verib, bir çox adamlar

müharibəsiz geri çəkilməni məsləhət sanırdılar. Ən axırda kəndlərin imamı olan

Şəhidi-səid Molla Həsən Əfəndi əsasına söykənərək bu nitqi söylədi. Biz isə həmən

nitqi islahən tariximizin üslubuna müvafiq bir dilə çevirdik.

- Camaat! Dörd tərəfimizdə vaqe olan yüksək qayalara on dörd gecəlik

nurlu ayın ən sevimli, ən dilrüba ziyası sərilmiŞdir.

Bu ziyaların qarŞısında meŞələrimizin ağacları kimi titrək və hərəkətdə olan

qaraltıların hamısı ermənilərin  müdafiə təpəsinə sancılmıŞ hərbi bayraqlarıdır.

Diqqət ilə baxınız!

Ətrafımızdan çəkilmıŞ, evlərimizi niŞana da almıŞ o hasara bənzəyən qaraltı 

erməni dəstələri  və Hayıstan vəhŞiləridir ki, sabah bu vaxtda bizim evlərimizə od

vuracaqlar. Oğlanlarım, müharibəni tərk etsək də, hərbə giriŞsək də yenə

həlakətimiz dəqiqdir. Bizim övrətlərimizin, çocuqlarımızın barəsində ermənilərin   

qəlbində zərrə qədər də mərhəmət yoxdur, zənnindəyəm. Bu gecə köylərin  105

mühafizəsinə diqqət ediniz. Sabah olcaq ermənilər hücum edəcəklər. Siz isə

hücuma qadir deyilsiniz, ancaq müdafiə halında qalarsınız. Son dərəcəyə qədər

çalıŞınız, məğlubiyyəti hiss edincə hamınız birdən qaçmayasınız. Zira, o halda

düŞmən sizi təqib edər. Bir çox tələfat verdirər. Əlbəttə, qaçıŞ zamanı iŞə yaraŞan

və bacarıqlı cavanlardan bir dəstə dümdar

*

   buraxaraq arxadan ailələrinizi götürüb

meŞəyə - dağ ətəklərinə pənah apararsınız.

Molla Həsən Əfəndinin müraciəti bu yerə yetiŞəndə camaat arasından və

övrətlər içindən yanıqlı bir fəqan naləsi ucaldı. Yenə Molla Həsən Əfəndi sözünə

davam etdi:

- Camaat! Ağlamaq, övrətlər ilə səs-səsə verib növhə və zarı baŞlamaq heç

bir fayda verməz. Ancaq kiŞinin mənəvi qüvvəsini tükədib düŞmənin qabağına əlqolu qurumuŞ bir süstlük içində qoyar. Ġndi götürünüz silahlarınızı, nəzərdən

keçiriniz!  - deyib fatihə çəkib yenə Quran oxumağa məŞğul oldu. Bu sözlərdən

sonra camaat tüfənglərini sayıb bir neçə berdanka tüfəng və kifayət qədər olmayan

bir neçə yüz də patron qalmıŞdı. Yerdə qalan tüfənglərin çoxu dörd gün fasiləsiz

davam edən atıŞmada sıradan çıxmıŞdı. Tədarükün tükəndiyini görən camaatın

mənəvi qüvvələri bütünlüklə xarab olur, övladının əlindən tutan Purdavud kəndinin

yuxarı səmtində qiblə ilə qarŞı olan Saqqarsuya daŞınırlar. Saqqarsuyun ətrafında  

daŞların arxasını sığınacaq  edirlər.  AğlaŞma  səsi  daŞların  təpəsindən ermənilərin

sığınacaqlarında  - səngərlərində əks-səda verirdi. Molla Həsən Əfəndi də öz

ailəsilə Saqqarsuya çəkilir. Kəndlərin içində qalan ancaq dünya malına həris

olanlar, bir də qaçmağa halı olmayan və sahibləri evdə olmayıb, yaxud  qocalıqdan

gözləri iŞıqdan məhrum olan qadın tayfaları idilər ki, sübh olacaq hamısı qətl

olunub, kənd içində bir-birinin üstünə tökülmüŞdülər.

Ağrılı Saqqarsu hadisələri. Saqqarsuda sığınaq etmiŞ müsəlman

camaatının baŞı üstündən sübh çağı bir dəstə  - "ya Əli, ya Əli!"  - fəryadlarıyla

müsəlmanlara sarı gəldiyindən, avam və çaŞmıŞ müsəlmanlar - "Bu gələn qoŞun

islam qoŞunudur,"  - deyə güman edib ağlaya-ağlaya onların qarŞısına çıxırlar.

Gələn dəstə isə ermənilər imiŞ, müsəlmanları qırıb kəsməyə baŞlayırlar. Bu vaxtda  

dörd   islam köyündə də qırğın baŞ verdiyindən Saqqarsuyun baŞına qədər fəryad,

nalə sədasının müsibətli Şəkildə əks etdiyini Ordubada qaçıb gəlmiŞ kənd əhli

olduğu kimi nağıl edirdi. Saqqarsuda sığınaq etmiŞ camaat qırılıb, qaçıb

qurtardıqdan sonra Molla Həsən Əfəndinin baŞında, yanında bir çox övrət, Quran

əlində ermənilərin qabağına çıxıb, Quran xatiri üçün rəhm istəyib ağlasalar da,

Quranı, bəlkə Ġncili-mübarəki də tanımayan qansızlar hamısını vəhŞiliklə

                                                         

* Mərhum Molla Həsən Əfəndinin nitqində diqqətəlayiq bir çox sözlər olduğu kimi, dümdar kəlməsi də

mərhumun bir qüvvəli və bir çox müharibələrdə olmuŞ bir komandan olduğunu bildirir. Zira, dümdar

təbir olunan kəlmə ordu komandanlıqlarında olan hərb elminin ən xeyirli bir nöqtəsidir. Bir ordu

qaçmağa məcbur olursa qaçma vaxtı dümdar buraxır ki, düŞməni məŞğul edib düŞmənə heç bir qənimət

qoymayıb ordunu geri çəkə bilsin. Ordu geri çəkiləndən sonra dümdar dəxi birdən çəkilib düŞməni ona

xeyirli təqibdən məhrum qoyar.106

öldürürlər. Molla Həsən Əfəndinin yanından götürülmüŞ bir neçə müqəddəs

kitabları və Quranları odlayıb məŞəl kimi süngülər ucuna taxmaq kimi

bədayinliklər də ermənilərdən alçaq bir surətdə əncama yetmiŞdi. Sağ qalan islam

və islamələr qarlar içində, xəstə-xəstə yolunu itirmiŞ qoyun sürüsü kimi çoxluca

dolandıqdan sonra çır-çıplaq Ordubada  və  mahal  köylərinə  pənah  aparmıŞdılar. 

Ordubad camaatı isə son dərəcə qonaqpərvər olduqlarından, xüsusən, baŞları belə  

müsibət çəkmiŞ bu adamlara xüsusi qayğı göstərdilər.

Oxçu-ġəbadək  fəlakət qurbanlarının Ordubad Şəhərindəki halları.

Oxçu-ġəbadək fəlakət qurbanlarının Ordubad Şəhərinə ağlaya-ağlaya pənah

gətirməsi Şəhər camaatına çox qəmli təsir göstərdi. Camaatın istirahəti üçün

məxsusi yerlər,  məkanlar ayrılıb, müsibət qurbanlarına qalması üçün otaqlar

verdilər. Ən əvvəl yaralılar üçün cərrah və dəva hazır edib, müalicəsinə baŞlanıldı.

Onlara imkan daxilində əmanət olaraq evlərdən ev əŞyaları da verilib gündən-günə

rahatlanmıŞ bir hala təbdil edilirdilər. Bunlardan sonra, onların adından hökumətə

bir gündə yüzə qədər ərizə və teleqraflar göndərildi. Xudavəndi-aləmin

qüdrətindən sərvəti və dövləti bol olan bu kiçik Şəhərdə bir günün içində onların

əsas ehtiyaclarına əncam verilib, ancaq sonra dağlarda qalan  camaatın halına

yetiŞmək, Şəhərə gətirmək və yaralıları dağda bağlayıb huŞa gətirəndən sonra

Şəhərə endirmək, ölənləri dəfn etmək kimi müxtəlif iŞlər üçün təŞəbbüslər görülür,

Şəhər və mahal camaatından mükəmməl bir dəstə təŞkil edilib cərrahi iŞlər üçün

kafi miqdarınca götürüb, azuqə və yaralı daŞımaq üçün minik heyvanları hazır

edib, ölənləri dəfn etmək üçün kəfən və sair ləvazimat və bir neçə çadır tədarük

edib 1906-cı il avqust ayının 16-da axŞam zamanı dəstələr olduğu yerlərindən

məqsədləri istiqamətində hərəkət edirlər.

Ordubadlıların Qafan dərəsinə əvvəlinci səfərləri.  Qafan dərəsi Oxçu-

ġəbadək hərb meydanına göndərilmək üçün ayın 16-da Nügədi adlı islam köyündə

gündüz saat səkkizdə cəm olub Ordubaddan səfər ləvazimatı yetiŞənə qədər kənddə

qalıb saat 12 radələrində səfər ləvazimatı yetiŞib, əlahiddə minik ilə Ayı Çanqılı

adlı uca dağa göndərilmək üçün təhvil verilir. Saat ikidə səfər ləvazimatı lazımi

yerinə bir dəstə mühafizəçiylə hərəkət etdikdə müsafirlər də bir neçə saat istirahət

üçün yuxarıda adı çəkilən köydə dayanacaq edirlər. Ġstirahətdən sonra axŞam saat

səkkizdə kəŞf qolları buraxıb yola çıxırlar. Bu dəstə 1906-cı il 17 avqust gündüz

saat dörd radələrində Saqqarsuya yetiŞib, əvvəlcədən miniklər və bir dəstə

mühafizəçiylə göndərilmiŞ çadırları qurulmuŞ və isidilmiŞ görüncə dəstələr razılıq

ilə bir neçə dəqiqə istirahətdən sonra, daha aram tutmayaraq ətrafı dolanıb o

yaxınlıqda baŞ vermiŞ ümumi qətli mülahizə etməyə baŞladılar. Bu vaxtda axŞama

saat yarım qalmıŞdı. Hər tərəfə baxırdın, qar ilə  yağıŞ bərabərlikdə yağıb, hər

tərəfdən yeyin bir hal ilə bir-birinə toxunan küləklər çadırların mıxlarını yerdən 107

qalxızıb insanların üzünə çırpırdı.

*

Get-gedə Şiddətlə yağan sulu qan peydərpey

əsən küləklər tüfəng saçması kimi adamın üzünə çırpırdı.

O elə bir Şiddətli hal əmələ gətirmiŞdi ki, nə oturmaq, nə də bir yerə getmək

mümkün deyildi. Qafan dərəsinin Şiddətli küləkləri ġəbadək dağlarının zirvələrində

toplar kimi guruldayıb hər saatda qarŞımızda qardan yüksək təpələr ucaldırdı.

Yarım saat içində hava  dörd-beŞ rəngə düŞürdü. Ordubaddan uca dağa qədər

yaralıların sayı-hesabı yoxdusa da, yaraları bağlandıqdan sonra Şəhərə göndərilirdi.

Havanın pisliyinə baxmayaraq, bir neçə bələdçi götürüb ətrafı öyrənmək

üçün əzm edildi. Saqqarsuyun ətrafında bir qan çalası  göründüyündən  o tərəfə 

gedildi.  Soyuğun  Şiddətindən qanın üzü buz bağlamıŞdı. Bununla belə daŞın bir

tərəfindən damcı-damcı qan sızırdı. Bu halı gördükdə camaatı böyük bir təəccüb və

heyrət bürüdü. DaŞın arasında 62 nəfər övrət və uŞaq cənazəsi  bir-biri  üstə qalaqqalaq tökülmüŞdü.  Bu halı  görən camaat çox ağlayıb çadırlarda olan camaata da

xəbər verdilər. Camaat övrətlərin bu halını mülahizə etmək üçün bir yerə yığılıb

çox ağladılar. Az sonra qadın cəsədlərinin arasından bir sızıltı eŞidildi. Çox diqqət

ilə baxdıqdan sonra iki qıçından yaralanıb bihuŞ düŞmüŞ bir övrətin həyat ilə ölüm

arasındakı ağır halından nümayan olan bir ah-zarın vücudu meydana çıxdı. Zavallı

bacı çadırımıza gətiriləndən sonra huŞa gəldi. Ağlar ikən bu sözləri söylədi:

"Molla Həsən Əfəndinin yanında olan biz övrət tayfaları o mərhumun

doğrandığını görüb qaçaraq bu daŞın arasına pənah gətirdik. Molla Həsən

Əfəndinin iŞini qurtarandan sonra bir dəstə erməni yetiŞib bu qətl olmuŞları bu hala

qoydu. Mənim də bədənimin yarısı eŞikdə qalmıŞdı. Zira, daŞın içində camaat çox

olduğundan mənim bədənimə yer olmamıŞdı. Ona görə də bir neçə erməni yetiŞib

mənim çöldə qalan qıçlarımı doğramağa baŞladı. Bu halda bir erməni sahibmənsəbi əlində qılınc yetiŞib məni öldürməyə mane oldu və bu sözləri mənə

söyləyib keçdi:

- Bizim Qafqazda müsəlmanlarla müharibəmiz vardır. Fəqət, bu

müharibələr sünni camaatıyla olmayıb, Şiələrlədir. Ancaq, siz sünni camaatının

baŞına gələn bu qədər vəziyyətlər Osmanlıda Osmanlı sultanının ermənilərin

baŞına gətirdiyi müsibətlər xatiri üçün əmələ gəlir. Bu qırğının cümləsini Osmanlı

tərəfindən bilməlisiniz! Siz övrətlərə nə qədər cəfalar edilsə, Osmanlıda Sasun,

Zeytun, Van diyarlarında hökumət cəfasından islamların əsarəti altına düŞüb islam

məzhəbini qəbul edən erməni xanımlarının yarı intiqamı da olmayıbdır".

Məzkur övrət yarasının Şiddətli olması səbəbindən Şəhərə yox, Pəzməri

adlanan islam köyünə göndərildi. Həmən gecəni Saqqarsuda sabah eylədik.

Ayın 18-də sübh zamanı namazdan sonra camaatın sığınaq etdiyi meŞəyə

girdik. Bir az getdikdən sonra 25 yaŞlarında bir övrət, bir də cavan oğlan cənazəsi

                                                          

*

Bu əhvalat müxbirlərin dilindən və yazısından eŞidilməyib. Fəqət həqiqət gözü ilə baxılıb təhlil

edildikdən sonra bu tarixə yazılmıŞdır. Oxçu-ġəbadək hadisələrini kifayət qədər yazmaq uzun zaman

tələb edər və bu tarix qədər həcmə möhtacdır. Buna görə də bu qədər məlumat verməklə kifayətlənirik.108

göründü. Bələdçinin rəvayətindən, zövc və zövcəsi imiŞ ki, bir yerdə doğranmıŞlar.

Buradan keçərək Molla Həsən Əfəndinin Şəhadətgahına yaxınlaŞdıq. Bədəni,

canamazı və sair müqəddəs əŞyaları yandırılmıŞdı. Həsən Əfəndinin qətl yerindən

bir az Şimala qarŞı bir palaz parçası göründüsə də, camaatı büsbütün ağlatdı. Zira,

palası kənar etdikdə 15 nəfər üzlərində çiçək, yəni abilə əlaməti sönməmiŞ körpə

çocuqların kəsilmiŞ baŞları və bir para bir-birinə qarıŞmıŞ bədənləri göründü.

Cənub səmtdə həddən artıq övrət-uŞaq bədənləri tökülmüŞdü. Küləyin Şiddətindən

yüksək təpələrdə olan qarlar yığılıb cənazələrin üstünə tökülmüŞdü. Amma, yenə

bədənlərində son nəfəsi olan qətl olmuŞ  bacıların qətrələnən məzlum qanlarından

qarlar bahar lalələri kimi qızarıb, insanı uzaqdan özünə cəlb  edirdi. Bunları dəfn

etmək üçün daŞ torpaq mümkün olmadığından, meŞənin yarpaqları və budaqlar ilə

dəfn   edildilər. Sığınaqdan aŞağı tərəfə gedib Purdavud kəndinə daxil olduq. Ən

əvvəl Ġmam Rza həzrətlərinin möhtərəm qardaŞı Sultan Davud həzrətlərinin

ziyarəti üçün rövzəsinə tərəf yollandıq. Rövzədən yalnız bir quru günbəzdən baŞqa

heç nə qalmayıb, bütün əŞyası yandırılmıŞdı. Bələdçinin rəvayətinə görə, Quranları

bir-bir odlayıb pəncərələrdən eŞiyə atırlarmıŞ. Avropaya mədəniyyət dərsi vermək

iddiasında olan ermənilər burada bir sıra təəssüblər də izhar etmiŞdilər. Belə ki,

Ġstanbuldan 1901-ci ildə Molla Həsən Əfəndiyə hədiyyə göndərilmiŞ bir nüsxə,

dünya məŞhurlarının təsviri ki, var imiŞ, Həsən Əfəndi rövzəyə vəqf etmiŞ idi,

ermənilər məhz o nüsxədə həzrəti-Məhəmməd əleyhüssəlam və həzrəti-Ömər

rəziyüllah

11

xatiri üçün həmən nüsxəni də yandırmıŞdılar. Müxtəsər, ziyarətdən

sonra soyuğun Şiddətindən Purdavudda tab gətirə bilməyib Oxçu kəndinə keçdik.

Üzümə açılan bu qəmli mənzərədən nə qədər yazılsa, yenə də qurtarmaz,

zənnindəyəm.

Kəndin kənarına baxırdım. Saya-hesaba gəlməyən heyvan bədənləri birbirinin üstündə tökülüb, birisi ölmüŞ, birisi əl-ayaq çalır,  birisinin qarnı eŞiyə

tökülüb insanı çaŞdırıb qoyurdu. Hər nəzər baxdıqda Makedon müharibə

meydanı 12 , Lyaoyan

13

yaxınlığında olan qanlı təpələr misalında hər ağıl sahibini

bihuŞ qoyurdu. Yaxud Türkiyə ilə Yunanıstan arasında, Velistan müharibə

meydanında yunanlıların bir-biri üstünə təpələr kimi qalaqlanmıŞ bədənləri insanın

nəzərində canlanırdı. Bir tərəfdə dağlar ətəyində üzlərində abilə əlamətləri olan

balalar, sanki qanlı daŞlar üzərində qırmızı bələkli beŞiyə çəkilmiŞlər.

Bir tərəfdə bir imarətin hələ  də tüstüsü kəsilməmiŞ olduğundan ora tərəf

gedib bir cavan bədəni tapdıq. Cəsədin baŞ tərəfində parça-parça olmuŞ bir yaŞlı

qoca övrət bədəni vardı. Bələdçilərin dediklərinə  görə, bu cavan oğlan müharibə

vaxtı yaralandığından anası qoyub getməmiŞ, bu səbəbdən də oğlunun yanında

doğranmıŞdır. Biz Oxçu kəndinə varid olduğumuz vaxt ermənilər ölənlərini daŞıyıb

Panuslu, Girdəkan köylərinə aparmaqda idilər.

Erməni cənazələrinin vaxtında aparılmayıb bu qədər yubanması məhz

soyuğun Şiddət kəsb etməsindən imiŞ. Oxçu çayının kənarında iki nəfər erməni 109

cənazəsi olduğunu bizə xəbər verdilər. Həmən saatda, hansı vilayət camaatı

olduqlarından bir əlamət bilmək üçün cənazələrə baxmaq üçün o tərəfə getdik.

Ermənilərin birisi 25-30 yaŞlarında bir cavan olub, o birisi 45-50 yaŞlarında

idi. Əvvəlincisindən bir parça qana bulaŞmıŞ kağız, o birisindən də bir dəstə

paketsiz kağız tapıldı. O kağızın birisi - baŞı rusca olaraq Mehri kəndində Vaçiyans

vasitəsilə Hadrut DaŞnaksutyun partiyasında Stepan Saakyansa yetiŞməli imiŞ.

Kağızın tərcüməsi bu sözlərdən ibarət idi:

"Sevgili oğlum! Bu günlərdə kiçik qardaŞın da Eçmiədzin üçüncü

daŞnaksutyun partiyasına yazılıb, osmanlı daxilindən göndərildi. TəlaŞınızı millət

uğrunda bir dəqiqə əsirgəməyiniz! Millət uğrunda vurduğunuz qılıncların hər birisi

bir dəstə gül olub Türkiyədə Ermənistan yolunda can verən mücahidlərin məzarına

sancılır. Ananız naxoŞ olmuŞdu. Sizin salamat xəbər ... (məktubun burasını qan zay

etdiyindən oxunmadı. Sonra kağız bu kəlmələrlə oxunmağa baŞlandı) ... Əlbəttə,

hazırkı ayın iyirmisindən yerbəyer ediləcəkdir. Bacınız Oskuyey iki çocuq birdən

doğdu. Millətimiz yolunda bunlar da iki əsgər hesab edilməlidir".

Kağız yazılır Zeytun vilayətindən. Ġmza yerində T.Q.Əzizyan.

Ġkinci kağız Ġranda Qaradağın Sərdov köyündən yazılmıŞdır. Hadrutda

Qarapet Vartanyansa yetiŞəcək imiŞ. Ünvan budur:

"Bu kağız yazılır Qarapet Vartanyansın məhəbbətlisi Varvar tərəfindən. Bu

gün Nerses Təbrizdən gəldi.

Məhəmməd Əli Mirzənin ġah tərəfindən aldığı hökm üzərinə ermənilərə

etdiyi məhəbbəti gözəlcə nağıl eyləyir. Ġranın havası bu günlər ermənilərə çox

müsaidəlidir.

Nersesin deməyinə görə, Ġran müsəlmanları Qafqaz iŞlərindən bitərəfdir.

Belə məlum olur ki, bu tərəfdə olan xanların da qədim xəyalı qalmamıŞdır. Evdə

azuqəmiz çox artıqdır. Heç nigaran qalmayasınız. Amma bu qədər var ki, soyuq

Şiddət etməmiŞ qayıdasınız! Əlbəttə, ġuŞa səmtinə getməyəsiniz.

Bizim qonŞu kəndlərin camaatından ġuŞada bir çox adamlar tələf

olmuŞdur...

Ġmza: Varvar "

Oxçu kəndini gəzdikdən sonra ġəbadək, Atqız köylərindən keçdik. Tələfatın

çoxu Atqız kəndindədir. Camaatı dəfn etmək meŞə yarpaqları ilə mümkün oldu.

Nədənsə ermənilərdən bizə qarŞı bir əziyyət edilmədi. Mal zərəri bir milyon

qədərindədir. Bu kəndlərin müharibəsi 1906-cı il doqquz avqustda baŞlanıb 15

avqustda baŞa çatmıŞdır.

Müsəlmanların tələfatı 200-ə qədərdir. Siyahı dəftərləri olmadığından

tələfat dürüst təyin edilmədi. Ġyun ayının əvvəlindən baŞlamıŞ avqust ayının axırına

qədər Zəngəzurda bu kəndlər dağılmıŞdır ki, burada olan hadisələr haqqında,

ardıcıllıqla məlumat verilmiŞdir:

Xələc, Karxana, Qatar, Ġncəvar, Çöllü, Yeməzli, SaldaŞlı, Mollalar,

Batuman, Oxçu, ġəbadək, Atqız, Purdavud, Zürul, Güman, Ġyilli, Sənalı, 110

Minənəvur, Fərcan, Qalaboynu, Əcəbli, Buğacıq. Bunların hamısı islam köyləridir

ki, ermənilər tərəfindən talan edilmiŞdir.

Ordubadlıların ikinci Oxçu-ġəbadək səfərləri və müharibə xəbərləri.

Oxçu-ġəbadəkin fəlakət qurbanları Ordubad və mahal kəndlərinə dağıldıqlarından

camaatda böyük bir həyəcan əmələ gəlmiŞdi. Belə ki, Şəhər camaatı bir gündə hər

iki quberniyanın general-qubernatorlarına 100-ə qədər teleqramlar vurub

müsibətzədələrin hallarını bəyan etdilər. Bu qədər bir-biri ardınca vurulan

teleqramdan sonra Şəhərə bir rota draqun süvarisi gəlib general-qubernatorun

hökmünə əsasən camaatı bir yerə yığıb mühafizə altında məkanlarına, yəni

dağılmıŞ köylərinə apardılar. Saqqarsuyu aŞar-aŞmaz ermənilər tərəfindən bir neçə

güllə atılıb süvarilərin gözü qabağında iki nəfər müsəlmanı qətl etmiŞdilər.

Bu barədə rota əfsərləri öz naçalniklərinə teleqram etdikləri kimi bütün

Qafqaz qəzetlərində oxunurdu. Bu tərz ilə hər kəs gizlin, ya aŞkar, öz doğma

yurdlarına, köylərinə getdikdə güllələrlə geri qayıtmağa məcbur edilirdilər.     Necə

ki, Oxçu hadisələrinin əvvəlində ərz və təqdim edilmiŞdi, ermənilər öz siyasətlərinə

əsasən Oxçu-ġəbadəkə malik olduqlarından komitələri tərəfindən bu kəndləri bir

də müsəlmanlara qaytarmamaq  üçün qəti əmr almıŞdılar. Digər tərəfdən

müharibədə yorğun düŞən erməni əsgərlərini azad edib yerlərinə yeni əsgəri

qüvvələr göndərmiŞdilər. Zira, ermənilər Oxçu-ġəbadək üstündə yenə müharibə

olacağını yəqin etmiŞdilər. Ermənilərin əsas qorxusu Sultanov və CavanŞir

bəylərindən idi. Onlardan isə milli bir hərəkət, islami bir oyanıŞ görmədiklərindən

arxayın olub, Oxçunun imarətlərini dağıdır, əkinlərini biçib yaxın köylərə

daŞıyırdılar.

Bütün  ətrafın erməni əlinə keçdiyi aydın olduğundan Oxçunun Şəhərə

tökülmüŞ bikəsləri Şəhər camaatının ürəklərini parçalayırdı. Xüsusilə, qabaqda qıŞ

olduğundan Şəhərdə sakin olmuŞ o qədər camaata vüsət verəcək isti otaqlar lazım

olduğundan və əlavə, erməni-müsəlman hadisəsi münasibətilə Qarabağ ilə Şəhərin

əlaqəsi kəsildiyindən, camaatın və Şəhərin ticarət iŞləri çox tənəzzül etmiŞdi. O

qədər ac-susuz adamı yedirəcək dərəcədə camaatda azuqə yox idi. Bir tərəfdən də

dağ kəndlərində  - yanacağın bol mahalında pərvəriŞ tapmıŞ camaatı pudu bir

manata kömür almaqla qızdırmaq, rahat etmək çox müŞkül məsələ idi. Digər

tərəfdən az-çox qaramalı-qoyunu olan oxçuluların Şəhərdə mal saxlaması çox çətin

idi. Zira, Şəhər yerində bir o qədər qaramalı yerləŞdirəcək  tövlə və yurd

olmadığından əlavə, yem və ot Şəhər yerində son dərəcə az olduğundan qıŞda hər

nə qədər ki, qaramal var idi, hamısının qırılacağı yəqin idi.

Bunlara görə camaatın bir parası vətənlərinə getmək üçün nəhayət dərəcədə

biixtiyar olmuŞdular. Və bu barədə Şəhər camaatına bir təŞəbbüs üçün daimən

yalvarmaqda idilər. Bütün bunlarla bərabər, Şəhər camaatı gündən-günə onlara

məhəbbəti artırıb getməklərinə razı olmadıqları üçün, hər kəsin iki otağı var isə də,

birisini qonağa vermiŞdi. Ancaq burasını da deməliyik ki, Oxçu camaatının

vətənlərinə təbii məhəbbətləri gündən-günə daha da artmaqda idi.111

Oxçu camaatının belə səbirsiz hərarətlərinə qarŞı Şəhər və mahal camaatı

arasında müxtəlif fikirlər yarandığından ümumi bir Şuraya təŞəbbüs edildi. Bir neçə

Şura olandan sonra camaatı necə olursa-olsun, öz yerlərində sakin etdirməyə qərar

verildi. Çoxsaylı Şuraların nəticəsi olaraq ən əvvəl Oxçu və sair fəlakətzədə

köylərin camaatına səfərə və vətənlərinə qayıtmaq üçün tədarük görmələri xəbər

verildi. Zira, camaatın bir parasının qaramalı və qoyunları vardı. Digər tərəfdən,

erməni xəfiyyə cəmiyyətlərinin Oxçu-ġəbadək ölkəsini tutmaq üçün milli hərisliyi

artmaqda idi. Və bu hərislik də Şəhər camaatının oxçuluları vətənlərində sakin

etdirmək kimi Allaha xoŞ gedən bir fikrinə gündən-günə çətinlik törədirdi.

Bunların hamısından sonra Ordubad və mahal camaatı bir an da olsa, öz

fikirlərindən daŞınmayıb anbaan dəqiqəbədəqiqə tədbirlər aramaqda  idilər.

Oxçuluları yerlərində sakin etdirmək üçün əvvəlcə hökuməti vasitə eləmək

istəsələr də, o zamanlar Zəngəzur iğtiŞaŞının Şiddətli hal kəsb etməsi və böyük

Rusiya inqilabının ən təlatümlü bir vaxtına təsadüf etdiyindən hökumətdə o qədər

güc yox idi ki, ermənilərin islah və cəzasına giriŞsin. Bu qarıŞıq vəziyyəti nəzərə

aldıqda camaatın öz qüdrət və Şücaəti ilə iŞ görmək lazım gəlirdi. Odur ki, Ordubad

camaatı ermənilərin tənbih və cəzasını öz öhdələrinə götürüb ifasına çalıŞmaqda

idilər ki, Panuslu, Girdəkan ermənilərini yerlərində oturtmaq üçün səfər tədarükünə

baŞlamağa qərar verildi.

Panuslu, Girdəkan hərb meydanına gedən ordunun səfər üçün

yığılması, yaxud səfər planı.  Bir tayfa,  yaxud millət müharibə məcburiyyətində

qalırsa, ən əvvəl hərb  meydanının coğrafi mövqeyinə görə səfər planı tutur. Bu

məntəqənin mövqeyi nəzərə alındıqdan sonra ən əvvəl məlum məntəqəni hədəfə

almaq qüvvətinə qadir olacaq bir əsgəri qüvvənin cəm olması və göndərilməsi

üçün qeyrət edilir. Bunları öyrəndikdən sonra bu  əsgəri qüvvəni haradan çağırıb,

harada toplanacağı  üçün müəyyən vaxt təyin edilir. Əsgərin hərbi  ləvazimatı da

əsgəri silah almasından əvvəl toplanacağı yerə, yaxud hərb olacağı mövqedə

bulunan qonŞu kəndlərə daŞıyıb məxsusi artellər idarəsinə tapŞırılır.

Bunlara əsasən Ordubaddan Panuslu-Girdəkan hərb meydanına göndərilən 

əsgərin hərbi ləvazimatı müharibə baŞ verməzdən dörd  gün əvvəl Saqqarsuya   

lazımi vaxtında göndərmək üçün yaxın islam köylərində toplanmıŞdı. Əsgərlər də

olduğu yerlərdən hərəkət edib 1906-cı il sentyabr ayının 15-də Saqqarsuda

toplanmaq əmrini aldıqdan sonra bu gün saat on iki radələrində Saqqarsu baŞında

uca dağa toplanmıŞ idilər. Həmən gün axŞama qədər ordunu təŞkil etməklə yanaŞı  

ətrafa kəŞf qolları da göndərildi. AxŞama kimi Saqqarsuda toplanmıŞ könüllü

əsgərin miqdarı 800 sürətli atan silahlarla silahlanmıŞ cavanlardan baŞqa, min

nəfərə yaxın Oxçu-ġəbadək camaatı və sair öz xərcilə gəlmiŞ və çağırılmamıŞ

gələn könüllü camaatdan ibarət idi. Əsgərlərin sayı 1800 nəfərdi. Sentyabrın 15-də

gecə saat yeddidə Saqqarsuya toplanmıŞ camaat arasında hərbi Şura məŞvərət edib

bura cəm olmuŞ əsgəri qüvvə ordu komandanı adlanan  bir zatın  komandası  altına

verilir.  Ordu  komandanı tərəfindən isə firqə komandanı adı ilə üç komandan təyin 112

edilib hər birisinə 100 nəfər olmaq Şərti ilə nizami əsgər tapŞırılır. Bu gecədə baŞ

komandanlıqdan hərbə dair lazımi göstəriŞlər tərtib olunub firqə komandanlarına

tapŞırılır. Firqə komandanlarına gəldikdə əsgərlər arasında onbaŞı adıyla 10 nəfər

möhtərəm Şəxsə hərbə dair baŞ komandanlıqdan verilmiŞ layihəni təqdim edir.

Gecə saat 9 radələrində əvvəlinci firqə kəŞf qolu çıxarmaqla Saqqarsudan hərəkət

edib ġəbadək kəndinin baŞından aŞıb dağılmıŞ Atqız kəndindən keçərək dağlar

ətəkləriylə Girdəkan kəndinin aŞağı tərəfinə göndərildi. Bunlara ayın 16-da sübhə

bir saat qalmıŞ müharibəyə giriŞmək üçün qəti əmr verildi. Bunların arxasından

ehtiyat olaraq əlli nəfər atlı dəstəsi də göndərildi. Saat 10-da ikinci firqə

Saqqarsudan hərəkət edib Purdavud kəndinin içindən keçib Oxçu yolu ilə gedib

Panuslu kəndinin qarŞısında və üst tərəfində istehkam qurmaqla məŞğul olmaq,

sübhə bir saat qalmıŞ müharibəyə giriŞmək tapŞırığını aldı. Bu ehtiyat əsgərindən

daima Girdəkan ehtiyat əsgəriylə rabitədə bulunmaq üçün xüsusi atlılar təyin

edildilər. Üçüncü firqə saat on ikidə hərəkət edib Saqqarsudan uca dağdan baŞlamıŞ

xəritədə göstərilmiŞ Lec və TeŞtin dağlar silsiləsini niŞana alıb Mehri və sair

erməni köylərindən köməyə gələn ermənilərin yollarını kəsmək və lazım gələrsə,

müharibəyə qoŞulması üçün onlara lazımi göstəriŞlər verildi. Bunlara dəxi ehtiyat

olaraq camaatdan 5 yüz nəfər könüllü ayrıldı.

Bu firqələrin hərəkətindən sonra baŞ komandan tərəfindən ümumi qərargah

olan Saqqarsudan hərəkət etməklə ġəbadək kəndindən bir qol - ordu (korpus -

Ə.B.) təŞkil etmək üçün saat birdə bir zatın komandasına 150 süvari, iki yüz piyada

könüllü əsgər verilib göndərilir. Əlli nəfər nizami əsgər dəxi bu göndərilmiŞ üç

firqənin arasında məlumat əldə etmək üçün təyin edildikdən sonra, iki yüz Oxçu-

ġəbadək camaatından əsgəri mövqelərə azuqə və hərbi sursat daŞımaq üçün

göndərilir. Bu əsgərlərin hamısına hərbi tapŞırıqlar veriləndən sonra baŞ komandan

yenə ümumi  qərargaha  - Saqqarsuya qayıdır. Girdəkan və Panuslu firqələrinə

yardımda bulunmaq əmri baŞ komandan tərəfindən saat üç radələrində ġəbadəkdə

yerləŞən qol ordu komandanlığına yetiŞir. Və 25 süvari əsgər firqələr arasında

poçta olaraq hərbi xəbərləri qol-ordu komandanlığı vasitəsilə ümumi qərargaha

yetirmək üçün hökm sadir olur. GöndərilmiŞ firqələr saat üç radələrində tapŞırılan

təpələri və bir sıra zirvələri tutub istehkam düzəltməklə məŞğul olur və hər firqə

kəŞf qolları çıxarıb Panuslu və Girdəkan kəndlərindən məlumat almaqla sübhə bir

saat qalmıŞ müharibəyə baŞlayırlar.

1906-cı il 16  sentyabr.  Bu gün sübhə bir saat qalmıŞ Girdəkan kəndini

niŞana götürmək tapŞırığı almıŞ firqə komandanlığının döyüŞ əmri ilə kəndi

kəmali-Şiddətlə atəŞə tuturlar. Bu firqə müharibəyə baŞladıqdan dörd-beŞ dəqiqə

sonra Panuslu yaxınlığında olan firqə də davaya qoŞulur. Bu iki erməni kəndində

erməni qoŞunu çox olduğundan müharibə baŞlar-baŞlamaz kəndin kənarlarındakı

istehkamlara dolub oradan islam əsgərlərini atəŞə tuturlar.  Müsəlman

səngərlərindən Şeypur-balaban çalındığı əsnada erməni kəndləri elə bir sükuta qərq

olmuŞdular ki, bu kəndlərdə insan olması ehtimalı belə edilməzdi. Ancaq erməni 113

kəndinin kənarlarında olan mövqelərdən aramsız açılan güllələrin səsi eŞidilirdi.

Bu qayda ilə dörd saat Şiddətli müharibə edildikdən sonra bir dəstə erməni hücuma

keçib islam əsgərinin hərəkət xəttinə girib Girdəkan və Panusluda olan firqələrin

rabitəsini kəsməyə təŞəbbüs etdilərsə də, komandanlıqdan Atqız kəndində

ehtiyatda saxlanan bir dəstənin hücumuyla dəf edilir. BeŞ saat Şiddətli müharibədə

həŞtad nəfər tüfəng götürmüŞ erməni əsgər həlak olur.

Ermənilərin müqavimətə malik belə sabit qüvvələrinin olduğunu müsəlman

firqələrinin komandanları götür-qoy edincə, onlar ehtiyat əsgərlərini də hərbə

çağırıb saat 10 radələrində qanlı bir müharibə baŞlanır. Bu müharibədə islam

əsgərləri ayağa durub erməni mövqelərinə yürüŞ edirlər. Ermənilər isə məğlub

olaraq evlərə və kilsəyə girir, lakin tam Şiddətlə müharibəni davam etdirirlər.

Müsəlman əsgərləri isə yavaŞ-yavaŞ kəndlərə yaxınlaŞırlar. Bu vaxt firqələrin

komandanlığı  tərəfindən kilsəyə güllə atmaq qadağan edilir. Fəqət, kilsə

müŞahidəyə alınır. Saat on ikiyə qədər Şiddətlə keçən müharibədə ermənilər

məğlub olur, müsəlmanlar kəndləri azad edirlər. Saat bir radələrində Gığı dərəsinə

getmiŞ birinci firqənin kəŞf qolları beŞ yüz nəfər hökumət qoŞunu gəldiyini firqə

komandanına xəbər verir. Bu xəbəri alar-almaz birinci firqə heyəti iŞarət

Şeypurlarıyla geri çağrılıb ikinci firqəyə qoŞulur. Bu vaxt birinci, ikinci firqənin

ovçu əsgərləri kəndlərin kənarından bir neçə evi odlamaqda idilər. Ümumi

qərargahdan onların geri çağrılması üçün firqə komandanlarına əmrlər verilir.

Zira, TeŞtin tərəfindəki müdafiə qoŞunundan Zəngəzur uyezd-naçalnikinin

beŞ yüz kazakla gəldiyi xəbər verilmiŞdi. Bu vaxt hər iki kəndin darmadağın

olmasına çox az qalmıŞdı. Hər tərəfdən tərk etmə xəbərləri verilib, əsgərlər ümumi

qərargahdan olan Saqqarsuya qayıdırlar. Bir saat keçmiŞ hər iki tərəfdən gələn

hökumət qoŞunu kəndlərə yetiŞir. Bu iŞlərin hamısı ümumi qərargahdan durbinlə

müayinə edilirdi.

Ayın 17-də sübh zamanı hər kəs Saqqarsudan hərəkət edərək öz evinə

qayıdır, Oxçu-ġəbadək camaatı dəxi hökumət qoŞununun gəldiyindən öz dağılmıŞ

köylərində sakin olurlar.

17 sentyabr, 1906

Oxçuluların kəndlərinə qayıtmaları.  1906-cı il 16 sentyabrda PanusluGirdəkan ermənilərini müsəlmanlar məğlub etdiklərindən o tərəf erməniləri də

əvvəlki hərisliklərindən əl çəkib oxçululara əziyyət vermək fikrindən tamamilə əl

götürürlər. Hökumətin də baŞı ayılıb o tərəflərə kazak və mühafizə qoŞunu

qoyduğundan camaat bir az  rahat olmuŞdu. Ona görə Oxçu-ġəbadək camaatı

evlərinə daŞınıb, dörd-beŞ evin camaatı bir otağa yığılıb ətrafdan gələn ianə və

ehsanlar ilə gün keçirməyə baŞladılar. Ordubad və mahal camaatının da bu

dərəcədə olan qeyrətləri milli səhifələrimizə qızılı qələm ilə qırmızı bir xətt çəkib

onu bəzədi və qiymətə mindirdi. Allah onları hər iki cahanda xoŞbəxt buyursun.

Amin!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi