Modern.az

Əkrəm Əylislidən başqa, neçə Xalq yazıçısı və Xalq şairi sağdır? - SİYAHI

Əkrəm Əylislidən başqa, neçə Xalq yazıçısı və Xalq şairi sağdır? - SİYAHI

1 Fevral 2013, 15:35

Xalq yazıçısı Əkrəm Əylislinin “Daş Yuxular” romanı cəmiyyətdə böyük reaksiya doğurub. Əkrəm Əylislini müdafiə edənlərlə yanaşı, əleyhdarları da az deyil. Artıq sosial şəbəkələrdə yazıçının “Xalq yazıçısı” fəxri adından məhrum edilməsi ilə bağlı çağırışlar var.
YAP-ın icra katibi Əli Əhmədov da Əkrəm Əylislinin “Xalq yazıçısı” adını daşımağa haqqı olmadığını bildirib.
Maraqlıdır, hazırda Azərbaycanda neçə nəfər Xalq şairi və Xalq yazıçısı həyatdadır. Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu onların sayını Modern.az saytına açıqlayıb.

Ə.Əsgəroğlunun sözlərinə görə, Xalq yazıçı və Xalq şairi adına görə həmin ədəbiyyat nümayəndələrinə 50 manat müavinət verilir.

Modern.az saytı bu adlara layiq görülən yazıçı və şairlərin siyahısını təqdim edir.

Xalq şairləri

Söhrab Tahir
Nəriman Həsənzadə
Fikrət Qoca
Vaqif Səmədoğlu
Sabir Rüstəmxanlı
Zəlimxan Yaqub

Xalq yazıçıları

Gülhüseyn Hüseynoğlu
İsa Hüseynov
Əkrəm Əylisli
Maqsud İbrahimbəyov
Anar Rzayev
Elçin Əfəndiyev
Rüstəm İbrahimbəyov
Mövlud Süleymanlı
Çingiz Abdullayev

Kulis.az “Xalq yazıçısı” fəxri adından məhrum edilməsinin proseduru ilə bağlı araşdırma aparıb. Azərbaycan Respublikasının fəxri adları 1998-ci ilin 22 mayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasının fəxri adları haqqında” fərmanla təsis edilib.
Əkrəm Əylisli həmin fərman imzalandıqdan bir gün sonra-ölkə prezidentinin 1998-ci ilin 23 mayında imzaladığı fərmanla “Xalq yazıçısı” adına layiq görülüb.

Nazirlər Kabinetinin hazırlaşdığı “Azərbaycan Respublikasının Fəxri adları haqqında əsasnamə”nin 15-ci maddəsi fəxri addan məhrum etmənin hallarını müəyyən edir. Fəxri adın verilməsi kimi ondan məhrumetmə də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinə daxildir.

Maddənin “a” bəndinə görə fəxri ad almış şəxs ağır cinayətlə məhkum olunduqda məhkəmənin təqdimatına əsasən, prezidentin fərmanı ilə fəxri addan məhrum olunur.

Əsasnamənin eyni maddəsinin “b” bəndi isə fəxri ad almış şəxsin onu ləkələyən xəta törətdiyi zaman fəxri addan məhrum edilməsini nəzərdə tutur. Belə olduqda da Nazirlər Kabineti, ya da Milli Məclisin təqdimatı əsasında prezidentin fərman imzalaması ilə məsələ həllini tapır.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir