Modern.az

Yapon şirkətlərinin fərqli iclas metodları - MARAQLI

Yapon şirkətlərinin fərqli iclas metodları - MARAQLI

İqtisadiyyat

2 Fevral 2013, 13:06

 

Dünya iqtisadiyyatında üçüncü həlledici statusa malik Yaponiyada şirkətlər iclasların məhsuldar və sürətli nəticələnməsi üçün maraqlı üsullara əl atırlar. Başlıca məqsəd zamanı dəyərləndirməklə, qısa vaxtda həlledici qərarlar almaqdır.

Bəzi şirkətlərdə iclas salonlarında stul və qeyd dəftərlərindən istifadəyə  icazə verilmədiyi halda, bəzilərində müdirlərin iclasda iştirakı birmənalı şəkildə qadağandır. Modern.az bu cür fərqli metodlara əl atan bir neçə yapon şirkətini və tədbiq etdikləri qeyri-adi üsulları oxuculara təqdim edir.

Dünyanın ən böyük altıncı avtomiobil şirkəti olan Nissan-da iclaslar zamanı qeyd dəftərlərindən istifadə edilməsinə qadağa qoyulub. Qeydləri bir nəfər salondakı ağ lövhədə yazır və sonda həmin lövhənin şəkili çəkilərək, iclas iştirakçılartına paylanılır. Həmiçinin iclaslara şöbə müdirləri qatıla bilməz. Müdirlərin iclasda iştirakı işçilərdə həyacana səbəb olaraq onlarda fikir dağınıqlığına və sərbəst fikir bildirməyə mane olduğu üçün buna xüsusi əməl olunur.

Canon şirkətində  isə iclas salonlarında stul və kompyuter görmək mümkün deyil. Bu zaman iclaslar tez yekunlaşır.

Mitsubishi şirkəti mövzusundan asılı olmayaraq iclaslarda  bir saat ərzində son qərara gəlməyi tələb edir.

Gündoğan ölkənin məşhur restoran axtarış xidməti Gurunavi-nin iclasları isə açıq havada təşkil olunur. İmperator sarayının ətrafında parkda yürüş etməklə mövzu ətrafında müzakirə aparırlar. Şirkət rəhbərliyi bunu açıq havada insanın daha aydın düşünüb və yaxşı qərarlar qəbul etməsi ilə əlaqələndirir.

Hatena adlı digər bir internet firması da iclaslarını müştərilərlə birgə təşkil eirlər. Bu zaman istehlakçıların təklif və rəyləri də nəzərə alınaraq qərarlar qəbul edilir.

Elçin AĞAYEV  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir