Modern.az

Stiven Houkinq, Bill Geyts, Viktoriya Kaui -müasir dövrün dahiləri

Stiven Houkinq, Bill Geyts, Viktoriya Kaui -müasir dövrün dahiləri

2 Fevral 2013, 15:23

Stiven Houkinq dünyanın ən məşhur və nüfuzlu nəzəriyyəçi-fiziklərindən biridir. Microsoft-un yaradıcısı və şirkətin iri səhmdarı Bill Qeyts “Forbes” jurnalı versiyasına görə dalbadal 11 il planetin ən zəngin insanı hesab olunurdu. On bir yaşlı Viktoriya Kaui Böyük Britaniyada yaşayan ən ağıllı qızdır. 

Viktoriya Kauinin intellekt əmsalı nəzəri fizikanın əsasını qoymuş dahi alim Albert Eynşteynin intellekt səviyyəsindən yuxarıdır. Dahi qızın IQ-u 162 bal təşkil edir ki, bu da dahi alimin intellekt əmsalından 2 punkt yuxarıdır.

Viktoriyanın test nəticələri ictimaiyyətə məlum olanda ajiotaj yarandı. Planetin ən ağıllı insanları assosiasiyası “Mensa” qızcığazı öz sıralarına qatdı.

Böyük Britaniyanın dörd ən nüfuzlu özəl məktəbi balaca qızcığaza təqaüd təklif etdi. Viktoriya bu yaşda dünyanın ən dahi insanları ilə müqayisə edilməsindən müəyyən qədər narahat olduğunu bildirib, hərçənd onun sözlərinə görə o öz bacarıqlarının tanınmasından zövq alır.

Viktoriyanın valideynləri heç ehtimal belə etmirdilər ki, onların qızı belə bir yüksək intellekt səviyyəsinə malikdir. Onlar qızın qeyri-adi bacarıqlara malik olduğunu görürdülər, belə ki Viktoriya digər həmyaşıdlarına nisbətən sürətlə inkişaf edir və daha yaxşı oxuyurdu, lakin qızcığazın əqli inkişaf səviyyəsinin bu dərəcədə yüksək olduğunu təxmin belə etmirdilər.

Viktoriya Hilari Klinton (140), Napoleon Bonapart (145) və Ziqmund Freyddən (156) daha ağıllı çıxdı. Viktoriya təkcə ağıllı deyil, həm də hərtərəfli inkişaf edib, ona görə də onu böyük perspektivlər gözləyir.

Bu gün Viktoriya Kaui dünyanın ən ağıllı qızıdır. O, rəqs etməyi sevir, saksofon, violonçel və fortepianoda ifa edir, aktyorluq sənəti ilə maraqlanır, müxtəlif elmi eksperimentlər aparır və təbiət elmlərinə həvəsi var. İndi Viktoriya aktiv olaraq biologiyanı öyrənir və baytar olmaq arzusundadır.

Elmin NURİ

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir