Modern.az

Azərbaycandakı oxşarlar... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR

Azərbaycandakı oxşarlar... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR

2 Fevral 2013, 15:48

Modern.az saytı Azərbaycandakı oxşarlarla bağlı silsilə təqdimatları davam etdirir. Azərbaycanda oxşarlar çoxdur. Onlar arasında tanınmışlar da var, adi vətəndaşlar da. İctimai-siyasi, mədəniyyət sahəsində, mediada tez-tez görüb, danışığını eşitdiyimiz şəxslər arasında da oxşarlar az deyil.

"Oxşarlar" layihəsinə əvvəlcə ikisi də tanınmış simalar olan oxşarlardan başlamışıq.

Tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru, sabiq millət vəkili Cəmil Həsənli Azərbaycanda tanınmış alimdir. Azərbaycan tarixinə dair dəyərli əsərlərin müəllifi olan Cəmil müəllimin əlavə təqdimata ehtiyacı yoxdur. Ziyalı kimi ictimai-siyasi proseslər barədə daim maraqlı fikirlər söyləyən Cəmil Həsənli medianın da maraq dairəsində olan ekspertlərdəndir.

Bu dəfə Cəmil Həsənlinin oxşarını tapdıq...

Sizcə, Cəmil Həsənlinin “Oxşarlar” layihəsində bənzəri kim ola bilər?
Biz Cəmil müəllimin oxşarını təqdim edirik. Baxıb, onların bənzərliklərini müqayisə edə bilərsiniz. Cəmil Həsənlinin oxşarı da Azərbaycanda öz sahəsində tanınan şəxsdir. Söhbət Akademik Milli Dram Teatrının aktyoru, Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar artist Əli Nurdan gedir.
Ötkəm səsli, sərt xarakterli dramatik rolların ifaçısı olan aktyor indiyədək teatrda canlandırdığı obrazlarla tamaşaçıların yaddaşında qalmağı bacarıb.

Diqqətlə baxanda Cəmil Həsənli ilə Əli Nurun zahiri görünüşündə xeyli bənzərlik görmək mümkündür.

Aşağıdakı şəkillərə diqqətlə baxın, bəs siz necə düşünürsünüz, onları oxşarlar kimi təqdim etməkdə səhv etmirik ki…?


Tarixçi alim Cəmil Həsənli


Əməkdar artist Əli Nur


A.Qorxmaz

***
Həmçinin oxu:

Azərbaycandakı oxşarlar - I... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30301/1/

Azərbaycandakı oxşarlar II... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30588/1/

Azərbaycandakı oxşarlar III... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30831/1/

Azərbaycandakı oxşarlar IV... Onlar sizi də çaşdıra bilərlər ? -FOTOLAR
//modern.az/articles/32367/1/

Azərbaycandakı oxşarlar V... Onlar sizi də çaşdıra bilərlər ? -FOTOLAR
//modern.az/articles/32555/1/

Azərbaycandakı oxşarlar - VI... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/32674/1/

Azərbaycandakı oxşarlar - VII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/32849/1/

Azərbaycandakı oxşarlar - VIII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/32930/1/


Azərbaycandakı oxşarlar - IX... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/33229/1/

Azərbaycandakı oxşarlar - X... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/33500/1/


Azərbaycandakı oxşarlar - XI... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/33817/1/
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı