Modern.az

“Rasim Balayev mənə dedi ki, Ənvər, qurban olum, sən atanın canı məni qurtar” - MARAQLI

“Rasim Balayev mənə dedi ki, Ənvər, qurban olum, sən atanın canı məni qurtar” - MARAQLI

2 Fevral 2013, 16:22

Hər birimizin xatirəsində günlərin bir günü baş vermiş əhvalatlar var. O əhvalatlar ki, onları xatırladıqca və ya danışdıqca ürəkdən gülmədən, gülümsəmədən mümkün olmur.   

Şənbənin insanların istirahət günü olduğunun nəzərə alıb, Modern.az oxucularının kefini açmaq məqsədi ilə aktyor, Əməkdar artist Ənvər Həsənovun saytımız üçün danışdığı əhvalatları təqdim edirik.

Beləliklə, "Günlərin bir günündə" rubkiasına start veririk:

- “Babək” filminin çəkilişləri ərəfəsi idi. Bir gün dostum Şahin Əlibəyli dedi ki, “Ənvər, gəl bu “Jiquli” maşınlarımızı sataq, qurbağaya oxşar “Zaporjets”lər var, onlardan alaq”.
Nə isə Şahin məni yoldan çıxartdı. Getdik ikimiz də gül kimi maşınlarımızı satdıq, həmin “Zaporojets”dən aldıq. Rasim Balayev də həmişə mənə sataşırdı. Dolayırdı məni ki, “buna bax e,  gül kimi maşını qoydu, getdi özünə qurbağaya oxşayan maşın aldı”. Bir dəfə də söyüş söydü ki, “mən sənin qurbağa maşınına minsəm...”, dedim, yaxşı minmə. 
Nə isə, yenə bir gün Tofiq Bəhramov adına Respublika Stadionundayıq, məşq edirik. Saat 3 olardı ki, biz məşqdən çıxdıq. Kinostudiyaya gedirik. Rasimin də dublyajı var, çox tələsir.
Rasim ora qaçır, bura qaçır bir dənə taksi tapa bilmir. Mən də qıraqdan bunu seyr edirəm ki, təlaş içindədir. Bir də gördüm gəldi ki, “Ənvər, sən atanın canı, qurban olum sənə məni apar”. Dedim, “yekə kişisən, o cür söyüş söymüsən ki, “sənin maşınına minən...””. Dedi “ə, vallah sözümü geri götürürəm. Təki sən məni çatdır”. Dedim yaxşı. Oturduq maşına, indi baxıram ki, görüm hansı dayanacaqda adamlar çoxdur. Gördüm ki, Tibb Universitetinin yanında tələbələr dərsdən çıxıb, dayanacaq adamla doludur. Gəldim həmin dayanacağın qabağında saxladım. Maşından düşdüm və birdən qışqırdım ki, “camaat, tanış olun kinoaktyor Rasim Balayev”.
Elə bunu demişdim, orada dayananların hamısı, əsasən də qızlar cumdular maşının üstünə, dağıdırlar. Onda da Rasimin qəşəng vaxtları idi. İndi bir tərəfdən ondan qisasımı alıram, digər tərəfdən də maşına heyfim gəlir. Maşının içərisində Rasimin vəziyyətini təsəvvür edin. Mən də heç nə eləmirəm. Çəkilib qıraqda dayanıb siqaret çəkirəm. Rasim maşının içərisində yalvarır ki, “Ənvər qurban olum, vallah səninlə bir də zarafat etməyəcəm, maşınına sataşmayacam. Təki məni qurtar”. Sonralar mənə dedi ki, “Ənvər mən sənin başına çox oyunlar açmışam. Amma sənin mənim başıma açdığın oyun tarixdə qalacaq”. Doğurdan da tarixdə qaldı.

***

- “Uşaqlığın son gecəsi” filminin çəkilişləri gedirdi. Çəkilişdən sonra aktyorlarla çay içmək üçün kafeyə getdik. Bir də gördük ki, dostumun biri gəldi, stolun üstünə nə isə qoydu qaçdı. Dedi gəlirəm. Gördük nə isə təlaş içindədir. Durduq bunun dalınca çıxdıq. Gəldik Səməd Vurğun kinoteatrının qabağına. Gördük dostumun qarşısında 3 nəfər dayanıb.  

Bu da  onlarla mübahisə edir. Özümüzü çatdırııb məsələyə müdaxilə etdik, söhbət qızışdı. Biz də 6-7 nəfər idik. Dedik nə olub, dostumuz cavab verdi ki, bəs bunlar ona sataşıblar. Məsələnin qəlizləşdiyini görən həmin 3 nəfər dedi ki, “3 nəfər sizdən, 3 nəfər bizdən, məsələni kişi kimi həll edək”. Bir sözlə, bunlardan da, bizdən də 3 nəfər təkbətək dalaşdıq. Davanın şirin yerində gördüm ki, qarşı tərəfdən bir nəfəriin əlində beşbarmaq var. Üstünə getdim ki, əlindən alım. Elə oldu ki, bu beşbarmaq mənim çənəmə dəydi və ağzım partladı.

Səhəri də çəkilişim var. Çəkillişə gəlmişəm, Arif Babayevlə danışıram. Qorxumdan əlimlə ağzımı tutb danışıram. Bir dəfə dedi “əlini ağzından çək”, iki dəfə dedi, birdən qışqırdı ki, “sənə demirəm, əlini çək!”. Gördü vay- vay, çənəm patlayıb. İkinci rejissoru çağırdı ki, “adə sənə deməmişəm bunu tək buraxma heç yerə? Görmürsən başımıza nə oyun açır? Bunu biz belə necə çəkək”. Beləcə çəkiliiş bir həftə təxirə salındı. Üzüm düzələndən sonra davam elədik...


Şahanə RƏHİMLİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi