Modern.az

Uzaq və yaxın 92 yaşlı Lütfi Zadə - Ad günü

Uzaq və yaxın 92 yaşlı Lütfi Zadə - Ad günü

4 Fevral 2013, 13:33

Bu gün böyük azərbaycanlı alim Lütfi Zadənin 92 yaşı tamam olur. Yazı həmin münasibətlə yazılmış bir təbrikdir.

Alim  hamıdan uzaqda öz elminin içində məskən salır. O hamıdan uzaq öz dünyasına qərq olaraq başqa dünyaların fövqündə qərar tutur. Orda yaşayır və orda yaradır. Alim ideyalarında dünyaları bir-birilə qarşıladırır, onların sintezini yaradır və xüsusi müqayisələr aparır. Yaranan hər nəzəriyyə də bu dünyalara yeni baxış formasını əmələ gətirir. 

Uzaq yerlərin Lütfi Zadəsi...

Alimin böyüklüyü həm də onun insanlara yaxınlığı və uzaqlığı ilə ölçülür. O insanlara yaxındır. Çünki mənəvi yaşantılar, sevgi, humanizm kimi ideyalar alim – insan rabitəsini qurur. O həm də insanlardan  uzaqdadır, xeyli uzaqda. Bəlkə də onun alimliyinin dərəcəsi məhz bu uzaqlığın məsafəsi ilə ölçülür. Uzaqlıq onu Elm dünyasına yaxınlaşdırır. O hamıdan və hər şeydən uzaqda bir dünyanın içində alimdir. Hamıyla olanda hamıya aid olanda isə insandır.   

Dünyanın ən böyük alimlərindən olan Eynşteyn və Nyutonla bir sıraya qoyulan Lütfi Zadənin bu gün 92 yaşı tamam olur. Dünyanın inkişaf ritmini tamamilə dəyişən, məkana çox çalarlı baxış sistemini yaradan Zadəyə baxış da o cür rəngarəngdir. Berkli Universitetinin ömürlük professoru seçilən , 6 mühüm nəzəriyyəsi ilə dünyanın bütün təfəkkür sistemini dəyişən alim bu gün də 92 yaşında olmasına baxmayaraq elm üçün çalışır və elmə töhfələr verir. Əslində bu gün bəlkə də Zadənin ad günü deyil. Zadə kimilərin nə məkanı olur,  nə də zamanı . Belə ki, o elmə qərq olmaqla bütün məkanların fövqünə varır. Məkan tanımaz. Elmə bürünməklə zamanın da fövqünə çıxır. Yaşı bilinməz. Sadəcə olaraq uzaqlarda 92 yaşlı bir insanın olmasını sezilir.

92 yaşlı Uzaqlıq doğum günün mübarək!

Elmin Nuri 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...