Modern.az

Çingiz Aytmatov hansı Azərbaycanlı yazıçıdan təsirlənərək yazırdı?

Çingiz Aytmatov hansı Azərbaycanlı yazıçıdan təsirlənərək yazırdı?

Ədəbi̇yyat

4 Fevral 2013, 16:28

Vaxtilə sovet ədəbiyyatında dünya şöhrətli Çingiz Aytmatovla yalnız bir yazıçı müqayisə olunurdu. O da Qazaxın kiçik bir kəndindən çıxan və bəzi məqamlarda Aytmatovu belə üstələyən İsa Hüseynov (Muğanna) idi. O zaman sovet ədəbiyyatında bir deyim meydana çıxmışdı, “əgər İsa Hüseynovun arxasında nəhəng bir qüvvə olsaydı, o, şöhrətdə Çingiz Aytmatovu belə üstələyəcəkdi.” Amma fakt öz faktlığında qalır.

  İsa Hüseynovun “Teleqram” povesti Çingiz Aytmatovun yaradıcılığında əsaslı dəyişiklik etdi. Aytmatov, bu əsərdən sonra öz üslubunu yeniləməli oldu. İsa Muğanna təsiri ilə yazılmış ilk əsər “Ağ gəmi” povesti oldu. Hətta Nobel mükafatına da iddialı görünən Çingiz  Aytmatova İsa Hüseynovun təsiri ilə yazdığını bildirəndə qəbul etməmişdi. Hətta bu iki yazıçı arasında küskünlüyə də səbəb olmuşdu. Amma təsirləndirici məqam da odur ki, Aytmatov ölümündən qabaq qurultayda çıxış edərkən “ Biz hamımız İsa Hüseynovdan öyrənmişik” cümləsini söyləmişdi.  

 

Elmin Nuri

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir