Modern.az

Azərbaycanın şou-biznes əhlinin Facebook-da paylaşdığı statuslar – Kim nədən yazır?

Azərbaycanın şou-biznes əhlinin Facebook-da paylaşdığı statuslar – Kim nədən yazır?

Mədəni̇yyət

5 Fevral 2013, 11:31

Sadə vətəndaşlardan fərqli olaraq, cəmiyyətdə müəyyən statusa malik insanların hər addımı virtual həyatda maraqla izlənilir. Modern.az şou-biznes insanlarının Facebook-dakı fəaliyyətlərini, onların virtual həyatda öz dostları ilə nələri bölüşdüyünü, hansı fikirləri paylaşdığını araşdırıb. Məqsəd bu insanların sosial şəbəkədəki vətəndaş mövqelərini öyrənmək olub. Mövzuya keçməzdən əvvəl kiçik arayış verək ki, qonşu Türkiyə, Rusiya eləcə də Qərb ölkələrində məşhurlar–müğənnilər, aktyorlar sosial şəbəkələrdə yalnız öz reklamları ilə məşğul olmur, cəmiyyətdə baş verən hadisələrə öz mövqelərini bildirirlər. Bununla yanaşı, paylaşdıqları statuslar onların dünyagörüşünü, intellektini nümayiş etdirir.
Mənim dostluğuma olan 40-a yaxın məşhur arasında barmaqla sayılacaq qədər şəxsdə bu keyfiyyətlərə rast gəldim. Gəlin onların Facebook-da yazdıqları statuslardan seçmələrə diqqət yetirək.

  Xalq artisti Brilliant Dadaşova: “Başqa şəhərə qonaq gəlmişəm, gözəl bir ailənin sevincinə şərik oldum, səhnəyə çıxdım. Oxudum, hər şey gözəl. Gəldim otelə və ... Yəqin ki, yan otaqda qalanlar siqaret çəkilər. Qoxusu basıb mənim otağımı, qış vaxtı onsuz da pəncərəm bir az açıq olur həmişə, amma indi pəncərəmin açıq olmasına baxmayaraq bu zəhər qoxusu məni öldürür, bir dəqiqə də yata bilməmişəm”.

 

Xalq artisti Faiq Ağayev: “Lazımsız kəslərdən səslənən boş ittiham və ya "tənqid"lərlə rastlaşanda, çılğınlığım tutur... Nifrət edirəm haqsızlığa, ədalətsizliyə!!! Bu məqamlarda məni sərt reaksiya verməkdən saxlayan bir VARLIQ – yeganə həqiqət meyarım odur. Başımın tacı -  anam!!! Allah bizi analarımızın müdrikliyi, öyüd-nəsihəti, dəstəyi və nəvazişindən iraq etməsin!”  

Aktyor İlqar Cahangir: “İncəsənətimiz Tolikləşir, idmanımız isə Tolikin canını güdənləşir.  1994-cü ilin payızı idi, Sabir bağında oturub Mirzə Ələkbər Sabirin heykəlinə baxırdım. Bir yaşlı kişi gəlib ikimizin arasında dayandı. Əvvəl heykələ baxıb, sonra mənə dedi, “sağlığında Şamaxıda mollaların fitvası ilə camaat Sabirə eşşək peyini atırdı”. Bu gün də Bakıda Əkrəm Əylisliyə yumurta atırlar”.

Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Ramiz Novruz: “Əsgər ölümünə son!”

Bəstəkar Elçin İmanov öz statusunda Yaşar Nuridən sitat yazıb: “Ayaq yolunun qapısını açmaqdan çəkinirəm... birdən “Xalq artisti” çıxar”.  

 

Tanınmış müğənni, bəstəkar Yaqub Zurufçu 20 yanvar ərəfəsində belə bir status yazıb: “Təbriz Bakının dərdinə şərik idi”.

Xalq artisti Məleykə Əsədova: “Bazar günləri hər kəs Xoşqədəm Hidayətqızının proqramını səbirsizliklə gözləyir. Allah köməyi olsun xəstə insanlara! Ayrı düşən övladları, valideynləri, baba, nənələri qovuşdursun, Xoşqədəm xanımı var eləsin, Amin!” 

“Toppuş bacı” – Tünzalə Əliyeva: “Bir qadın baxır pəncərədən bədbəxt... bir adam keçir səkidən ümidsiz... sevgi tam ortadadır... adam baxır, qadın ağlayır... sevgi keçib gedir.

Qadınlar sözləri ilə deyil gözləri ilə danışırlar əslində. Onları başa düşmək üçün dinləmək  yetməz, yalnız izləmək lazımdır”.   Əməkdar artist Azərin: “Ruhun şad olsun böyük şəxsiyyət... Allah Məhəmməd Əmin Rəsulzadəyə rəhmət eləsin”.

Əməkdar artist Aybəniz Həşimova: “Allah hamını qocalıq ayıblarından uzaq eləsin.Xüsusilə mügenniləri.)))Amin.” “Heç bir məhəbbət Ana Vətən sevgisindən üstün ola bilməz!!!”, “Boğaz başdan ashağıdır,bunu unutma!!!” kimistatuslar paylaşan müğənni, daha çox “Bülbüllər” qrupunun və qızı Aynişanın uğurlarını paylaşır.  

Aktyor və rejissor Nicat Kazımov öz səhifəsində isə ancaq tamaşalarının vaxtını reklam etməklə məşğuldur: “Tamaşalarim: “Tıq-tıq və Tuk-tuk", "Cənnətin üç alması","Qırmızı papaq", "Koşkin dom", "Ələddinin sehrli çırağı", "Ah,qadınlar-qadınlar!", "Zoluşka", "Xeyir və Şər", "Ana qaz", "Pişiyin evi", "Pəri cadu", "Pişiyin evi", "Kabuslar", "Yatmış gözəl", "Hekayəti Şahzadeyi Xəzər", "Qoca kloun", "Şəngülüm, Şüngülüm, Məngülüm", "Qar adam" və s. Yaxşısı da var, pisi də. Güclüsü də var, zəifi də. Amma hamısı mənim övladımdır, sevirəm onları!

Yaxşı tamaşa (aktyor üçün) çılğın sevgi kimidir, ondan sonra kədər gəlir!!!”  

Şoumen Murad Arif: “O, tarixin sınağından alnı-açıq çıxmış Məhəmməd Əmin Rəsulzadədir! Onu sevən Azərbaycanı sevər, zatən...

...Hamini anlayaraq ya filosof olursan, ya da dəli...

”    Müğənni və bəstəkar Nurlan Əzizbəyli isə daha çox romantik şeirlər və mahnılardan sözlər paylaşır. Statuslar arasında ancaq bunları seçə bildik: “Ay səni dovşan yesin, mən də dovşanı..

...Yüksəldiyin zaman enəcəyini də düşün və heç vaxt özündən razı olma” 

Sonda isə “KVN”-çi Cabir İmanovun statusları ilə bir az gülək: “Əziz sürücülər, Dövlət Yol Polisi qış-yaz endirim kampaniyasını elan edir. Fevral ayının 1-dən mart ayının 31-ə kimi 3 dəfə qırmızıdan keçən 4-cü dəfə cərimələnmir.

... Kamran Həsənlinin sonuncu konsertində əsl möcüzə baş vermişdir. Belə ki, ön sırada əlil arabasında əyləşmiş əlil uşaq konsertin 3-cü dəqiqəsində özü ayağa qalxaraq zalı tərk etmişdir.   ...Bakının Corat qəsəbəsinin aparıcı alimləri belə bir qənaətə gəliblər ki, əgər hansısa bir elmi təcrübənin nəticəsi varsa, deməli, bu təcrübənin 100% nəvəsi və oğlu olmalıdır.

...Dünən Fransanın paytaxtı Parisdə orda yaşayan azərbaycanlı tələbələr məşhur butulye "Giorgio Armani"-nin ofisinin qarşısında mitinq keçirtmişdilər. Bizimkilərin dediklərinə görə Giorgio Armani Gürcüstan ermənisidir”.

 

Hazırladı: Sevinc İltifatqızı

P.S. Modern.az Türkiyənin məşhur şou-biznes nümayəndələrinin sosial şəbəkələrindəki fəaliyyətindən yazacaq.

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?