Modern.az

“Regnium” vasitəsilə Hranta göndərilən parol

“Regnium” vasitəsilə Hranta göndərilən parol

Ədəbi̇yyat

5 Fevral 2013, 11:38

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

“Özünü dost göstərən açıq düşməndən o qədər qorxmuram, onun nəvazişindən, təbəssümündən qorxuram”. (Şota Rustaveli)

Düz iyirmi dörd il bundan əvvəl 1988-ci ilin yanvarın 8-də, Teleteatrda mərhum jurnalist Ağalar Mirzənin gənc yazarlarla bağlı hazırladığı bir verilişin çəkilişində bu yazıçıya belə bir sual verdim:

- Deyə bilərsinizmi niyə redaksiyalara göndərdiyim şeirlərə bir qayda olaraq, “bədii cəhətdən zəifdi” cavabı verilir? Bu “bədii cəhət” nə olan şeydi, onu bir kəlmə ilə niyə yazıb aydınlaşdırmırlar ki, mən də onu gücləndirim...

Nə isə dolaşıq bir cavab verdilər, heç nə anlamadım. Çəkiliş bitdikdən sonra, paviliyondan tez aşağı düşüb bu sualı bir də verdim o yazıçıya ki, mən başa düşmədim bədii cəhət nə demək oldu axı? O, gülümsəyərək balaca toppuş sağ əli ilə mənim sol üzümə əzizləyici şəkildə vurub dedi:

- Onu başlarından eləməkdən ötrü elə yazırlar... Onun bu cavabı mənə səmimi gəldiyindən, sonralar məndə ona qarşı bir simpatiya yarandı. Sən demə mən elə o gündən “daş yuxuya” qərq olmuşammış. Mənim onda 18 yaşım var idi, o vaxtdan indiyədək lap daş kimi yatmışam, amma özü oyatmasaydı? bəlkə də hələ oyanmayacaqdım.

Qarabağ problemi yaradıldıqdan (məhz Rusiya tərəfindən yaradıldı) sonra, tariximizin bir çox səhifələri açıldı, bilmədiyimiz çox məsələlər üzə çıxarıldı və bizə aydın oldu. Erməni-türk və erməni-azərbaycanlı münaqişəsi barədə öz müəlliflərimizlə yanaşı, həm də başqa millətlərdən olan tarixçilərin, publisistlərin və yazarların çoxlu kitablarını oxumuşam. Amma heç birində bu balaca boy, toppuş əli olan yazıçının yazdığı uydurmalara rast gəlməmişəm.

Baxın, o yazır ki, “Sumqayıt hadisələrində biz günahsız erməniləri vəhşicəsinə öldürmüşük, 1919-da türklər erməniləri vəhşicəsinə qırıb, ondan əvvəlki dövrlərdə "vəhşi" müsəlmanlar daim ermənilərə zülm edib”.

İxtisasca jurnalist olduğum üçün birmənalı oaraq bilirəm ki, yazarçün fakt gündüz günəşdir, gecə isə aydır, əks təqdirdə yazdığın yazı zülmət kimi hamıya qaranlıq olaraq qalacaq və təbii ki qəbul edilməyəcək.
Əvvəlcə onu deyim ki, Sumqayıtda olan hadisələrin necə, niyə və kimlər tərəfindən (“KQB” və erməni ideoloqları tərəfindən) hazırlanıb həyata keçirildiyini hələ o vaxtlar bütün dünya bildi. İyirminci illərin əvvəllərilə bağlı isə, Türkiyə dəfələrlə həm erməni tarixçilərinə, həm də dünya tarixçilərinə çağırış edərək bəyan edib ki, buyurun gəlin, arxivləri açaq. Sual verirəm Əkrəm Əylisliyə, bəs onlar niyə gəlmirlər? Sizin bu suala cavabınızın səmimi olmayacağını nəzərə alaraq, bu sualı elə özüm cavablandırıram – çünki, o arxivlər açılsa, ermənilər onda gərək özlərini bizim Göyçə gölümüzdə batırsınlar.
O ki qaldı ondan əvvəlki dövrlərdə “vəhşi" müsəlmanların daim ermənilərə zülm etməsinə, gəlin yenə də tarixə nəzər salaq, necə deyərlər, “Ağa durub, Ağacan durub”. 1800 – cü illərdən başlayaraq, bu günümüzə kimi biz bir xalq olaraq, rusların havadarlığı ilə daim ermənilərin əlindən müxtəlif cür əziyyətlər çəkmişik. Bunu sizə təsdiq etməyə məgər ehtiyacmı var? Vardırsa buyurun, 1831 – ci ildə Moskvada, S.N.Qlinkanın Lazarevlərin mətbəsində nəşr olunan, (Rusiyada yaşayan Lazarev soyadlıların hamısının soy-kökü ermənidir-Lazaryan. M.A.) “Azərbaycan ermənilərinin Rusiya hüdudlarına köçürülməsinin təsviri” kitabı, (burada, indiki İran Azərbaycanı nəzərdə tutulur, çünki 1928-ci il Türkmənçay müqaviləsindən sonra erməniləri Qarabağa, İrəvana, Naxçıvana və digər torpaqlarımıza köçürüblər) məşhur gürcü yazıçısı İlya Çavçavadzenin “Erməni alimləri və fəryad edən daşlar” kitabı, 1904-cü ildə Sankt Peterburqda, nəşr olunan tanınmış rus alimi, tarixçisi və jurnalisti Vasiliy Lvoviç Veliçkonun, “Qavqaz, rus işi və tayfalararası məsələlər” kitabı, müasir dövrlərdə yazılmış tanınmış jurnalist, Tatyana Çaladzenin “Sostradaniye” kitabı, məşhur rus tarixçisi və jurnalisti, professor, Rudolf Nikolayeviç İvanovun “Azerbaydjanskaya bıl, rossiyskoye prişestviye i persidskie motivı” və “Kelb-Ali-xan Naxçıvanskiy eqo epoxa i nasledie” kitabları və digər bu qəbildən olan kitablar açıq şəkildə sübut edir ki, biz heç vaxt ermənilərə qarşı zülmkar olmamışıq, əksinə onlar bizi daim zülmə məruz qoyublar.

Siz yazırsınız ki, “bir çox erməni adlarını bizlər özəlləşdirmişik, onların tarixi və mədəni abidələrini, kilsələrini dağıtmışıq”. Əkrəm müəllim, hər deyilən və yazılan sözün arxasında fakt dayanmalıdır, sizin arxanızda “kimlərin” dayandığını deyə bilmərəm, amma mənim hər sözümün arxasında faktlar dayanır.

Ermənilərin İrəvanı necə söküb və yenidən necə tikmələrini əks etdirən tarixi kadrlara nəzər salın. İnanmırsınızsa buyurun, “Youtube” sosial şəbəkəsində Şəlalə Həsənovanın və Fuad Axundovun çəkdikləri, “Strana kotoroy ne bılo...Armeniya na Kavkaze?”, Nazim Rza İsrafil oğlunun “Timsahın göz yaşları” çoxhissəli sənədli filmlərinə baxın, mütləq baxın.

Yazırsınız ki, tarixən ermənilər bizdən daha çalışqan, zəhmətkeş, inanclı, uzaqgörən olublar, biz vəhşi, qaniçən, savadsız, yaltaq, əxlaqsız olmuşuq.

Onların kim olduğunu mən artıq yuxarıda adlarını qeyd etdiyim kitablardan, eləcə də sənədli filmlərdən öyrənmişəm. Bu heç də sizin yazdığınız kimi deyil, amma eybi yox, qoy olsun, tutaq ki siz deyən kimidir, sizin nəzərinizdə tutduğunuz erməniləriniz. Bəs məgər, ötən əsrin əvvəllərində Şərqdə ilk demokratik dövlət yaradan, övladlarını Avropaya və Rusiyaya oxumağa göndərən, qapılarını dünya xalqlarının üzünə açan, Şərqdə ilk operanı yazan, öz milli dəyərlərini qoruyub bugünümüzə kimi gətirib çatdıran, hərtərəfli tarixi mədəniyyətə malik olan bir xalq, sizcə necə vəhşi, qaniçən, savadsız, yaltaq və əxlaqsız olur? Yoxsa siz bizi erməni gözündə görürsünüz, ermənilər tərəfindən Xocalıda törədilənlər, məgər həm vəhşiliyin, həm əxlaqsızlığın, həm də ruslara yaltaqlığın nəticəsi deyilmi? Bütün həyatları boyu özgəsinin varına göz dikib, onların mətbəxini, musiqisini, torpağını, adət-ənənələrini, yer-yurd adlarını oğurlayıb öz adlarına çıxan bir xalq, sizcə necə savadlı ola bilir?

Yazırsız ki, “İslam dini boş və mənasız ayinlərlə doludur, xristianlıqda isə hər kəsin anlaya bilməyəcəyi ilahi bir əzəmət var”. Qoy yenə də siz deyən olsun, niyə onda xristian dinini bu vaxta qədər qəbul etmədiniz, buna görə sizi qınayardılarmı, axı siz heç də ictimai qınağdan qorxan adama oxşamırsınız, çünki belə bir yalan romanı yazan adamın nə qınaq qorxusu ola bilər ki? Yoxsa Allahdan, Peyğəmbərdən qorxdunuz, bəs günahsız yerə vəhşicəsinə öldürülən türk, azərbaycanlı qocalarının, uşaqlarının, qız-gəlinlərinin, başları erməni quldurlarının qəbri üstündə kəsilən qardaşlarımızın ahından qorxmursunuzmu? Əgər İslam dini haqqında dedikləriniz doğrudursa, niyə dünyanın ən məşhur adamları İslamı qəbul edirlər? Niyə dünyanın bir saylı hegemon dövlətinin rəhbərliyinə, artıq ikinci dəfə müsəlman etiqadlı insanı seçirlər?

Sizin yazdığınız bu roman, sifarişlə yazılmış yazıya daha çox oxşayır, nəinki sizin yazıçı “etiraf”ınıza. Mən yuxarıda qeyd etdim ki, ixtisasca jurnalistəm, ona görə də suallarsız ötüşə bilmirəm, inciməyin belə çox suallara görə, çünki yazdığınız roman başdan ayağa qədər dəlil və sübut tələb edir. Deyin, niyə bu roman 2006-2007-ci illərdə yazıldığı halda, indi üzə çıxdı? Bəlkə siz bunu Serj Sərkisyana seçki qabağı bir hədiyyə etmisiniz ki, o da öz platformasında bar-bar bağırsın ki, gördünüz artıq Azərbaycanın xalq yazıçısı “hər şeyi” etiraf edir. Bəlkə siz qondarma “erməni soyqırımı” məsələsini dəstəkləyənlərdənsiniz, biz bilməmişik. Əgər siz belə obyektiv yazarsınızsa, niyə bu romanı Azərbaycan və erməni dillərində nəşrinə etiraz edirsiniz?

“Regnium” portalına verdiyiniz müsahibənizdə “Ermənilər arasında mənim çox yaxınlarım və dostlarım vardı, onların bir çoxu indi sağ deyil. Xüsusilə də dostum, 2002-ci ildə dünyasını dəyişmiş Hrant Matevosyansız çox darıxıram. Mən onunla bir də görüşmək istərdim” - deyirsiniz.

Maraqlıdır, dostunuz Hrant Matevosyansız çox darıxırsınız, onunla bir də görüşmək istəyirsiniz..? Əgər Hrant ölübsə, niyə bir də və ya bir neçə dəfə, vaxtınız çatanda elə həmişəlik bir yerdə ola bilərsiniz də, yoxsa, bu “Regnium” vasitəsilə Hranta göndərilən bir paroldur? Görünür, Hrant öz sifarişinin pulunu sizə tam şəkildə verməyib, ona görə onunla bir də görüşmək istəyirsiniz. Nə bilim bəlkə yeni təlimatlar almaq istəyirsiniz “dostunuzdan”...

Nə isə, suallar çoxdur məni daş yuxumdan ayıltdınız bu öz yerində, amma inciməyin məndən, özünüz də ayılın, çünki bu yazdıqlarınız həqiqətən də elə yuxudur, lap bizim “Yuxu” filmində olduğu kimi...

P.S. Bildiyimə görə Yer üzündə təxminən 60 milyon azərbaycanlı yaşayır, deməli siz 60 milyon xalqın yazıçısı hesab olunurdunuz, mən bu romanı oxuduqdan sonra, 60 milyondan dördünü çıxmalı oldum, yəni siz mənim və ailəmin yazıçısı deyilsiniz...

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi