Modern.az

İradə İbrahimovadan yeni xəbər var

İradə İbrahimovadan yeni xəbər var

5 Fevral 2013, 15:36

Tanınmış müğənni İradə İbrahimovanın başı işlərdən açılmır. Belə ki, müğənni Türkiyədə qızı İpəyi böyütməklə yanaşı, yaradıcılıqla da məşğul olur. Bu haqda Modern.az-a müğənninin Azərbaycandakı sözçüsü Zəminə deyib. O bildirib ki, müğənni Türkiyənin yaradıcı kollektivi ilə birlikdə yeni “sinql” üzərində çalışır. “Mahnılar hazırlanır, proses gedir, növbəti mərhələdə klip çəkilişi olacaq. Əsas da “sinql” üzərində dayanıb. “Sinql” bir neçə mahnıdan ibarət olacaq. Bunun hardasa 3-ü türk bəstəkarlarından yeni mahnı, ikisi də İradə İbrahimovanın oxunmuş mahnılarının türk variantı olacaq. Ola bilsin ki, klip də Türkiyədə çəkilsin. Çünki orada hər şey ovcunun içindədir. Azərbaycana gəlib burada klip çəkdirsə ona daha başa gələr”.

  Şahanə RƏHİMLİ  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər