Modern.az

Medvedev İrana ağıllı sanksiyaların tətbiqini dəstəkləyir

Medvedev İrana ağıllı sanksiyaların tətbiqini dəstəkləyir

Dünya

2 Mart 2010, 11:07

Rusiya prezidenti Dmitri Medvedev İrana qarşı sanksiyaların tətbiqini istisna etmir. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Medvedev Parisdə Fransa prezidenti Nikola Sakozi ilə  keçirdiyi birgə mətbuat konfransında bildirib. Medvedev İranda vəziyyətin deqradasiya həddində olduğunu bildirib. Onun sözlərinə görə, sanksiyalar “ağıllı” olmalı və dinc əhaliyə qarşı yönəlməməlidir.

“İran çətin mövzudur. İndi mənim praktiki olaraq avropalı və amerikalı həmkarlarımla istənilən danışıqlarım İrana gəlib çıxır. Təəssüflər olsun ki, son vaxtlarda biz irəliyə gedə bilməmişik, əksinə vəziyyət kəskinləşir”,-deyə Medvedev bildirib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır