20 fevral 2018, Çərşənbə
Ana Səhifə - FOTOSÖHBƏT - Tahir Kərimli ilə FOTOSÖHBƏT
Tahir Kərimli ilə FOTOSÖHBƏT
08.02.2013, 11:01

Tahir Kərimli 5 mart 1956-cı ildə Ağsu şəhərində doğulub. 1973-cü ildə Ağsu şəhər 1 saylı orta məktəbi, 1983-cü ildə ADU-nun Hüquq fakültəsini bitirib.
Hərbi xidmətdən sonra çilingər, təsərrüfat müdiri, hüquq məsləhətçisi, məhkəmə iclas katibi, hakim əvəzi, İsmayıllı rayon xalq hakimi işləyib.
T.Kərimli İsmayıllı rayon XDS-nin deputatı (1990-1993), AR Ali Sovetinin deputatı (1990-1995) olub.
AXC hakimiyyəti dövründə Ali Məhkəmənin sədri postunu tutub. 
1992-ci ildə AR Prezidentinin təqdimatına əsasən Milli Məclis ona ali dərəcəli hakim rütbəsi verib. Gəncliyindən inqilabi azadlıq, demokratiya, hüquqi dövlət, vətənin birliyi ideyalarının daşıyıcısı olduğundan və bu ideyalar uğrunda konsperativ, bəzən isə açıq mübarizə apardığından Qarabağ uğrunda savaşda, Ermənistandan qovulmuş qaçqınların yerləşdirilməsində və Xalq Hərakatında fəal iştiak edib (ilk AXC üzvü olmuş şəxslərdən biridir).
AR Dövlət Müstəqilliyi Aktına millət vəkili kimi səs verənlərdən olub. 1990-cı il 20 Yanvar qətliamına görə Sov.İKP üzvlüyündən imtina etdiyinə və SSRİ Prezidenti M.Qorbaçova ölüm hökmü çıxardığı üçün xalq hakimi vəzifəsindən kənarlaşdırılıb. Yalnız AXC "Demblok" deputat qrupunun AR Prezidentinə müraciətindən (1991) sonra vəzifəsinə bərpa edilib.

1998-ci ildən Vəhdət Partiyasının sədridir. AXC 2-ci Proqram və Nizamnaməsinin, Vəhdət Partiyasının Proqram və Nizamnaməsinin, bir sıra kitab, broşur, məqalə, pamflet və şeirlərin müəllifidir. Uzun illər təqib şəraitində yaşayıb. Azərbaycana ilk şəhid heykəlinin (İsmayıllı, 1991) və dünyada yeganə olan M.Ə.Rəsulzadənin tam ayaqüstü heykəlinin (Agsu, 1992) qoyulmasında əməyi olub. Evlidir, dörd övladı və iki nəvəsi vardır.  

 

 Bu şəkil 3 yaşım olanda çəkilib...

 

 

Tələbəlik dövrüm... Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsiyəm.

 

Orta məktəbi bitirdik - Ağsuda son zəngi...  Ağsu şəhər 1 nömrəli orta məktəbdə Şirvan zonasının  ilk riyaziyyat təmayüllü sinfini buraxılışıdır. Riyaziyyatı mükəmməl bilirdim. Eyni zamanda orta məktəbimizdə şagird təşkilatı komitəsinin sədri idim.

 

Mən iki il Ağsuda “Üfüqdə parıltı” hərbi idman oyunları komandasının komandiri olmuşam. Gəncliyimdən çox yaxşı dama oynamışam, qumbara tullamışam, güləşçi olmuşam, qaçmışam, ştanq qaldırmışam. Yaxşı idmançı idim, ancaq təhsilimə mane olduğuma görə ürək ağrsı ilə hamısını yarımçıq qoydum.  Bu idmançı olan vaxtlarımın şəklidir. 

 

 

Bu oğlan da dostumdur. Həmişə məndən gileylənir ki, bizim heç yerdə şəklimiz yoxdu... Kitabda da yaddan çıxıb bu şəkili verməmişəm... Bu fotosöhbətsə lap yerinə düşdü.

 

Hüquq fakültəsini bitirdikdən sonra...

 

Bu isə əsgərlikdə olarkən. Kalinqrad vilayətinin Baltik şəhərində. Xalam oğlu ilə birlikdə olan şəklimdir. 1976-cı il

 

Bu şəkil ailə qurduğum vaxt çəkilib. 26 yaşında evlənmişəm. Xanımım ictimai insan deyil. 4 uşaq anasıdır. 

1989-cu il AXC-nin birinci konfransında çıxışımdır. 33 yaşım var idi. O zamanlar istəyirdim ki, tanışlarım, hakimlər, prokurorlar,  Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyi, rəislər  xalqa qoşulsunlar. Təəssüf ki, onlar içərisindən bir adamı xalq hərəkatına qoşa bilmədim. Dövlət adamı kimi heç kim respublikada xalq hərəkatına qoşulmadı.

 

İsmayıllı rayon xalq hakiminin iş otağında fikirləşirəm. Kiməsə iş verməyə ürəyim gəlmir. Bir nəfərə iş verib, sonra da oturub ağlamışam. Şəkil çəkiləndə xəbərim olmayıb. Mənə deyirdilər səndən hakim olar? İş verirsən sonra da oturub ağlayırsan. Çox həssas idim. Atasız, anasız balaca uşaq görəndə oturub ağlayırdım.  

Ali Sovetdə  4-cü məşhur mikrofon və mən çıxışa hazırlaşıram. Məndən əvvəl çıxış edən isə Tamerlan Qarayevdir. O zaman biz Ali Sovetdə Azərbaycan Respublikasının dövlət müstəqilliyi ilə bağlı çıxış edirik. Daha sonra 10 nəfər ilə birlikdə aclıq aksiyasına başladıq. Buna görə də polislər gecə saat 2-də bizi götürüb naməlum istiqamətdə apardılar. Mən elə bildim bizi aparıb Xəzər dənizində boğacaqlar. "Nərimanov"u keçəndən sonra çöldə buraxdılar.

Burada isə aclıq aksiyası keçirirəm. Aksiyanı 9 gün keçirdim. 

 

Etibar Məmmədov, Rəhim Qaziyevin məhkəməsində vəkillik edirəm...

 

Bu şəkil 1992-ci ilin noyabr ayında Nyu-Yorkda - BMT-də çəkilib. O zaman qardaş Türkiyə özünün bu beynəlxaq qurumdakı ofisində bir otağı təmənnasız olaraq Azərbaycan üçün ayırmışdı. Mən BMT-dəki Azərbaycanın daimi nümayəndəliyi üçün ayrılmış həmin otağa baş çəkdim. Bu foto da həmin anın xatirəsidi. Mən, Elşad Nəsirov -ARDNŞ-nin indiki vitse prezidenti (sağda), indiki xarici işlər naziri  Elmar Məmmədyarov (solda).

 

Türkiyənin, Türkmənistanın, Kiprin ali məhkəmələrinin sədrləri. Xanımı isə xatırlamıram. 1992-ci ildə Türkiyənin Ali Məhkəməsinin 150 illik yubiley tədbiridir.

 

Bir dəfə Ali Məhkəmədə stolumun üstünə qoyulan qəzetlərə baxanda birinin arasından çoxlu pul töküldü. Mən də o zamanlar Qurana əl basmışdım ki, rüşvət təklif edənə güllələnmə cəzası çıxaracam. Görünür kimsə rüşvət təklif edirmiş, amma ürək edib özü verə bilməyib. Bir sözlə yiyəsini tapa bilmədim. Buna görə də Avropa Məhkəməsinin Azərbaycan üzrə hakimi Xanlar Hacıyev, indiki Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Gülzar xanım, bir də müavinlərim, onların rəhbərliyi ilə həmin pulu aparıb xəstəxanada yaralılara paylayırıq.

 

1991-ci il Kipr dövlətinin xarici işlər naziri, Tofiq Qasımov və mən. Hələ müstəqillik qazanmamışıq. Tofiq Qasımov da xarici işlər naziri deyil.

 

Türkiyənin, Bolqarıstanın Ali məhkəmələrinin sədrləri. Yanlmdakı xanım sonuncu Türk sultanı Sultan Əbdül Həmidin nəvəsidir.

İsmayıllıda Azərbaycanın ilk şəhid heykəlini qoymuşduq. Tamerlan Qarayev, Firudin Səməndərov  ilk açılışa gəlib. Sonradan  təəssüf edirəm ki, onu da sökdülər. O zaman da mən bir aydan yuxarı xəstə yatmışam. 

 

1992-ci il Ali Məhkəmənin sədriyəm. İsmayıllıda və s. yerdə işləyəndə otaqlarım təmtəraqlı olardı. Ali Məhkəməyə gələndə isə hətta əlimdə olan kostyumlarımı da payladım ki, heç nə təmtəraqlı olmasın. Çünki hesab edirdim ki, xalq hakimiyyətidir. Rüşvət, əyrilik olmaz. 

 

Müstəqil Azərbaycan Respublikasının ilk poçt markası....

 

Bu çox nadir bir şəkildir. Dünyanın ən böyük siyasi xadimlərindən biri, bügünki Türkiyə Cumhuriyyətinin müəllimi, keçmiş baş nazir Nəcməddin Ərbakanla görüşümüz. İslam dünyasını birləşdirməyə, türk-islam dinarı, islam bankı yaratmaq istədiyinə görə dünya hakimiyyəti onu vəzifədən uzaqlaşdırıb ev dustağı etdi. Və mən ev dustağı olanda onu ziyarətə getmişəm. Onun qədrini sonra biləcəklər. Yeri gəlmişkən, o, Rəcəb Tayyib Ərdoğandan mənə şikayət etdi ki, adımı oğluna qoydu, əlimdən öpdü, amma oğlunun toyuna məni çağırmadı. 

 

Mənim bacım oğlu Şahin Seyidli şəhid olub. Universitetdə könüllü olaraq əyani təhsil alırdı. Özü öz istəyi ilə əsgərliyə gedib yaralandı, sonra dözmədi yenidən yaralı–yaralı döyüşı getdi və şəhid oldu. O zaman Xalq Cəbhəsinin universitet təşkilatının üzvü idi. Əbülfəz bəy prezident olanda onun qəbrini ziyarət edir.

 

Bu bizim hakimiyyət dövrüdür. Prezident Əbülfəz Elçibəy, Ali Məhkəmənin, Milli Məclisin sədrləri Şəhidlər xiyabanını ziyarət edir.

 

Amerika Konqresi qarşısında... 1992-ci ildə ilk rəsmi dövlət səfərinə getmişdik. Azərbaycan dövləti adından nümayəndə heyətinin rəhbəri mən idim.

 

1992-ci il... Ali Məhkəmənin sədriyəm....

 

Fələstin konfransındayam. 2003-cü il...

 

Dostlarla birlikdə...

 

Vəhdət Partiyasının  üzvlərilə birlikdə...

 

İlyas İsmayılov, Zərdüşt Əlizadə və s. birlikdə toplanmışıq... 

 

Partiya fəaliyyətimdəki şəkillərimdən... 

 

 Burada isə Azərbaycançı Qüvvələr Birliyinin iclasına sədrlik edirəm. İslam, Sosial Demokrat, Vəhdət partiyalarının rəhbərliyinin şəkilləridir.

 

 

 

 

 

 

 

Modern.az-la fotosöhbət zamanı...
 
Şəhanə RƏHİMLİ
Elçin AĞAYEV


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Bakuxeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Məmmədov Bakir
09.02.2013, 16:53

Allah sizə uzun ömür ve can saqlıqı versin Tahir Bey. Gözəl xatirələrinizi bizlərlə bölüşdüyünüz üçün..Mən İnanıram ki, Azərbaycan xalqı sizi unutmamis!

Edalet namine
10.02.2013, 09:52

Salam Tahir bey,mende oz novbemde tewekkur edirem ki,oz xatirelerinizi bizimle boluwdiyiniz ucun,sizin insani deyerlerinizin yuksekliyinin yaninda,deyerdimki bu xatireler cox azdi! Azerbaycanin savadli ziyallilarindan birisiniz,bu olkenin bu gune gelib cixmasinda emeyiniz cox olub efsuslar olsun ki,buna qiymet veren yoxdu,bu gun xalqin sizi kimi edaletli,eqideli ve merhemetli rehberlere cox ehtiyaci var! tanri sizi qorusun siz bu xalqi temiz urekden istemisiniz, butun elinizdeki imkanlara baxmayaraq hamisindan xalqin namine uz cevirmisiniz bunu indi hec kim etmez! tanri sizi qorusun,size qarwi olanlari hidayet etsin! AMIN!

Qalib Vəliyev
10.02.2013, 12:01

Size tesekkur edirem ki,xalq herakatinda yegane dovlet adindan qerar vermek selahiyyeti olan,M.Qorbacova olum hokmu cixardan bir sexsin taleyini bize catdirdiniz.Kim ne deyir desin,o kisiye xalqin boyuk hormeti var.

ümüd
10.02.2013, 13:41

sag olun ki.M.Qorbaçova ölüm hökmü çixarmiş bir şəxsi xatirladirsiniz. Səmimi insandir.

Ismayilli Sakini
10.02.2013, 15:09

Hormetli Tahir bey! ne yaxwi ki, sizin kimi siyasi xadimin heyatiyla foto sohbet komeyi ile bele olsa taniw olduq. teessufler olsun ki,bu gun size ve sizin kimilere ne dovlet, ne de xalq duzgun qiymet vermir. duwunurem ki,haqq,edalet gec olmadan yerini tutar. inwalllah sizin kimi wexsiyyetle daha yaxindan taniw olmaq nesib olar. Tanri size bu kewmekewli heyat yollarinda daim dayaq olsun.

habil
11.02.2013, 12:37

tahir bay siza can sagligi arzulayiram.goz yaslarimi saxliya bilmiram.cox kovraldim.

nail
11.02.2013, 12:40

cox kovraldim.aglayiram.

Aytac
12.02.2013, 12:30

MEN FEXR EDIREM KI KERIMLIEM.....

AYTAC
12.02.2013, 12:35

EMI, ALLAH seni basimizin ustunden eskeik elemesin. Allah mene senin umidlerini dogrultmagi qismet elesin.AMIN. Men fexr edirem ki, KERIMLIYEM!!!

Rovshen
13.02.2013, 13:44

Bagban ucun en boyuk ezab yaratdigi bag canin viran qalmasidir.

Yasin
15.02.2013, 23:01

Tahir muellim bilmirsiniz indi necedir veziyyet-Ali Mehkemede rushvet vereni gulleleyirler ya gulle qarshilayirlar? Allah Sizi qorusun.

Tarlan
20.02.2013, 06:04

Allah sizə uzun ömür ve can saqlıqı versin Tahir Bey.

Tofiq
22.02.2013, 15:25

Tahir bəy Sizin yaşadığınız ömür və keçdiyiiniz çətin həyat yolu indiki gənclər üçün bir məktəb, məmurlar üçün ibrət olmalıdır.Yaxşı ki, Siz varsınız.Tanrı Sizi qorusun.

Edalet Namine
05.03.2013, 05:46

Salam bu gun Tahir beyin doqum gunudu,onu semimi qelbden tebrik edir,ona can saqliqi ve uzun omur arzulayiram ve bu voto sohbetde ince bir meqami sizlerle paylawmaq isterdim.1) AR Ali Sovetinin deputatı (1990-1995) olub. AXC hakimiyyəti dövründə Ali Məhkəmənin sədri postunu tutub. 2)1992-ci ildə AR Prezidentinin təqdimatına əsasən Milli Məclis ona ali dərəcəli hakim rütbəsi verib.3) Xalq Hərakatında fəal iştiak edib (ilk AXC üzvü olmuş şəxslərdən biridir). AR Dövlət Müstəqilliyi Aktına millət vəkili kimi səs verənlərdən olub.4) 1990-cı il 20 Yanvar qətliamına görəSSRİ Prezidenti M.Qorbaçova ölüm hökmü çıxarmasi,ve en nehayet. 5)Bacisi oqlu Sahin Seyidlinin sehid olmasi.Tahir Kerimli oz xalqi ve veteni uqrunda bir an bele tereddud etmeden bunlardan imtina edib.Allah sizi qorusun,size dayaq olsun.!!!!AMIN!!!!

ŞİPŞİRİNLƏR
05.03.2013, 14:01

Tahir bəy doğum günü münasibəti ilə Sizi təbrik ediir, can sağlığı,uzun ömür və xoşbəxtlik arzulayıram.Qripdən uzaq olasınız. Xoş arzularla / ŞİPŞİRİNLƏR/

nermin
04.10.2013, 23:11

emican seninle senin gorduyun islerle butun Kerimliler fexr edir.seni cox isteyirik. yaxsiki sen varsan yaxsiki bizim emimizsen.

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Terrorçular 8 polisi öldürdü
20.02.2018, 21:23

Terrorçular 8 polisi öldürdü

Erməniləri susduran jurnalistin evi əlindən alınır
20.02.2018, 21:09

Erməniləri susduran jurnalistin evi əlindən alınır

Çexiya şirkəti  Azərbaycanda yük maşını istehsal edəcək
20.02.2018, 20:55

Çexiya şirkəti  Azərbaycanda yük maşını istehsal edəcək

Azərbaycan-Makedoniya oyunu ilə bağlı yenilik
20.02.2018, 20:43

Azərbaycan-Makedoniya oyunu ilə bağlı yenilik

Bu hökumət bütün gənclərə mükafat verəcək
20.02.2018, 20:29

Bu hökumət bütün gənclərə mükafat verəcək

Türkiyə Silahlı Qüvvələri Əsədə bağlı silahlıları Afrindən qovdu - Video
20.02.2018, 20:16

Türkiyə Silahlı Qüvvələri Əsədə bağlı silahlıları Afrindən qovdu - Video

İki rayon qazsız qalacaq
20.02.2018, 20:01

İki rayon qazsız qalacaq

Dəmir yolu sahəsində əməkdaşlıq müzakirə edilib
20.02.2018, 19:53

Dəmir yolu sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycanla Səudiyyə Ərəbistanı razılıq əldə etdi
20.02.2018, 18:51

Azərbaycanla Səudiyyə Ərəbistanı razılıq əldə etdi

Milli Qəhrəmanlara verilən təqaüdlər artırıldı
20.02.2018, 18:45

Milli Qəhrəmanlara verilən təqaüdlər artırıldı

Böyük Vətən Müharibəsi iştirakçılarının təqaüdləri artırıldı
20.02.2018, 18:42

Böyük Vətən Müharibəsi iştirakçılarının təqaüdləri artırıldı

“Azərsu”ya 15 milyon manat ayrıldı
20.02.2018, 18:36

“Azərsu”ya 15 milyon manat ayrıldı

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü: 30 ilin təhlili xronikası
20.02.2018, 18:28

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü: 30 ilin təhlili xronikası

Əfv Komissiyasının iclasında 100-ə yaxın müraciətə baxılıb
20.02.2018, 18:12

Əfv Komissiyasının iclasında 100-ə yaxın müraciətə baxılıb

FHN: “Penitensiar Xidmətin binasındakı yanğın söndürüldü”
20.02.2018, 18:07

FHN: “Penitensiar Xidmətin binasındakı yanğın söndürüldü”

Tehranda polislə dərvişlərin toqquşması - 6 ölü
20.02.2018, 17:49

Tehranda polislə dərvişlərin toqquşması - 6 ölü

XİN-dən Sarkisyana sərt CAVAB
20.02.2018, 17:45

XİN-dən Sarkisyana sərt CAVAB

Ziya Məmmədov: “Mənim heç nəyim yanmayıb”
20.02.2018, 17:44

Ziya Məmmədov: “Mənim heç nəyim yanmayıb”

Putin Afrinə görə Təhlükəsizlik Şurasının iclasını çağırdı
20.02.2018, 17:43

Putin Afrinə görə Təhlükəsizlik Şurasının iclasını çağırdı

İsmayıl Ömərov: “Səhərdən telefonum susmur”
20.02.2018, 17:40

İsmayıl Ömərov: “Səhərdən telefonum susmur”

“Dostluq üçün futbol” turnirində azərbaycanlı nümayəndə qapıçı kimi çıxış edəcək
20.02.2018, 17:39

“Dostluq üçün futbol” turnirində azərbaycanlı nümayəndə qapıçı kimi çıxış edəcək

Bakıda 21 miqrant saxlanıldı
20.02.2018, 17:22

Bakıda 21 miqrant saxlanıldı

Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri təyin edilib - SİYAHI
20.02.2018, 17:19

Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri təyin edilib - SİYAHI

Manatın sabahkı MƏZƏNNƏSİ
20.02.2018, 17:11

Manatın sabahkı MƏZƏNNƏSİ

Avropa İttifaqının nümayəndəsi məcburi köçkünlərlə görüşdü
20.02.2018, 16:59

Avropa İttifaqının nümayəndəsi məcburi köçkünlərlə görüşdü

Bakı-Sumqayıt qatarının hərəkət cədvəlində DƏYİŞİKLİK
20.02.2018, 16:56

Bakı-Sumqayıt qatarının hərəkət cədvəlində DƏYİŞİKLİK

Ceyhun Hacıbəylinin nəvəsindən iki MƏKTUB
20.02.2018, 16:52

Ceyhun Hacıbəylinin nəvəsindən iki MƏKTUB

Elşən Musayev: “Övladına desin ki, a bala, zalda erməni görən kimi qabağına qaçma”
20.02.2018, 16:35

Elşən Musayev: “Övladına desin ki, a bala, zalda erməni görən kimi qabağına qaçma”

Avtobus aşdı,10 nəfər öldü
20.02.2018, 16:35

Avtobus aşdı,10 nəfər öldü

Sürüşmə zonasının sakinlərinə kirayəpulu verməyə başladılar   
20.02.2018, 16:29

Sürüşmə zonasının sakinlərinə kirayəpulu verməyə başladılar  

Kobra qanı içən xüsusi təyinatlılar - FOTOLAR
20.02.2018, 16:27

Kobra qanı içən xüsusi təyinatlılar - FOTOLAR

ABŞ-dan Kiyevə dəstək: “Rusiyaya qarşı yanınızdayıq”
20.02.2018, 16:24

ABŞ-dan Kiyevə dəstək: “Rusiyaya qarşı yanınızdayıq

Siyasi partiya Azərbaycan hökumətinə hər bir vətəndaşa 100 dollar bağışlamağı TƏKLİF ETDİ
20.02.2018, 16:16

Siyasi partiya Azərbaycan hökumətinə hər bir vətəndaşa 100 dollar bağışlamağı TƏKLİF ETDİ

Bu ölkə öz vətəndaşlarına 300 dollar verəcək
20.02.2018, 15:58

Bu ölkə öz vətəndaşlarına 300 dollar verəcək

Arif Əsgərovun oğlu məhkəməyə çağırılıb
20.02.2018, 15:57

Arif Əsgərovun oğlu məhkəməyə çağırılıb

ARXİV