Modern.az

AMEA-nın əməkdaşı Azərbaycan-Rusiya munasibətlərinə dair monoqrafiya yazıb

AMEA-nın əməkdaşı Azərbaycan-Rusiya munasibətlərinə dair monoqrafiya yazıb

Mədəni̇yyət

3 Mart 2010, 10:49

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, tarix elmləri namizədi Ruslan Rəhimlinin “Azərbaycan-Rusiya munasibətlərində Simali Qafqaz faktoru” adlı monoqrafiyası çapdan cıxıb.                                                                                                                                                             Monoqrafiyada 1991-1997-ci illərdə Şimali Qafqazda yaranmış etnosiyası vəziyət, bu regionda ortaya çıxmış problemlərin tarixi kökləri, SSRİ-nin iflası və müstəqilliyin əldə edilməsindən sonra Azərbaycan-Rusiya münasibətlərinin xarakteri, SSRİ-nin süqutundan sonra Şimali Qafqazda yaranan yeni etnosiyasi vəziyyətin mahiyyəti və əsas xüsusiyyətləri araşdırılır.     Monoqrafiyada həmçinin Qafqaz evi və Qafqazın digər ictimai – siyasi təşkilatları, etnik separatism problemləri və milli ayrı-seçkilik cəhdləri, Rusiya – Çeçenistan münaqişəsi və bu münaqişənin regiondakı münasibətlərə təsiri, müasir dövr Azərbaycan-Rusiya münasibətləri kontekstində Şimali Qafqazda yaranan problemlərin səbəbləri, yeni etnosiyasi reallıqlar tədqiq edilir. Müəllif qeyd edir ki, SSRİ-nin iflasından sonra bütün postsovet məkanında olduğu kimi Şimali Qafqazda da etnosiyasi vəziyyət kökündən dəyişdi. Milli oyanış, xalqların özünüdərk, öz etnomədəniyyətinə, dilinə, dininə dönüşü prosesi yüksək templə inkişaf etdi. Buraya xalqların müstəqillik uğrunda mübarızələrini də daxil etsək regionda vəziyyətin necə mürəkkəb olduğunu yəqin etmək olar. Sovetlər İttifaqının süquta uğramasından sonra Şimali Qafqazda müstəqillik hərəkatları yarandı və demək olar ki, azadlıq mübarızəsi Qafqazı bütünlüklə əhatə etdi. Bu mübarizəyə XIX əsrdəki Şamil hərəkatının bir növ davamı kimi də baxmaq olar. Müstəqillik hərəkatlatrı iki fazada inkişaf etdi. Birincisi: Rusiya Federasiyası daxilində öz müstəqilliklərini təsdiq etməyə çalışan etnosların müstəqillik uğrunda mübarizəsi; İkincisi: Tam müstəqillik əldə etmək istəyən xalqların mübarızəsi. Şimali Qafqaz etnoslarının müstəqillik hərəkatları Rusiyanın Qafqaz siyasətinə bütövlüklə zərbə oldu. Etnosların müstəqilliyə nail olmaq istəyi Şimali Qafqaz regionunu münaqişələr, müharibələr ocağına çevirdi. Ümumiyyətlə, XX əsrin 90-cı illərinin əvvəllərindən etbarən Şimali Qafqazda etnosiyasi sabitlik təmamilə pozuldu və bir neçə hərbi konflikt yarandı. SSRİ-nin iflası ilə bir dövrdə Şimali Qafqazda XVIII əsrin sonlarından meydana çıxmış Azad Qafqaz ideyasının davamı olaraq Qafqaz birliyi ideyası inkişaf etdi. Bu məfkurənin reallaşdırılması uğrunda müasir dövrdə çoxlu sayda regional ictimai-siyasi təşkilatlar meydana çıxdı və Qafqaz xalqlarını özündə birləşdirməyi qarşıya məqsəd qoymuş təşkilatların yaranması öz-özlüyündə vahid Qafqaz ideyasının təşəkkül tapmasına mümkün şərait yaratdı. 

Tədqiqatın nəticəsi onu deməyə əsas verir ki, Qafqazda yaranmış etnosiyası gərginliyin aradan qaldırılması, Qafqaz xalqlarının normal yaşayışının təmin olunması bir sıra konseptual məsələlərin həll edilməsindən sonra reallaşa bilər.

Monoqrafiyadan ali məktəb tələbələri, bakalavr və magistrlər, elmi tədqiqatçılar öz təhsil və araşdırmalarında istifadə oluna bilər. Kitab eyni zamanda geniş oxucu kütləsi üçün də nəzərdə tutulub. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi