Modern.az

ABŞ Gürcüstanın təhlukəsizliyini gücləndirir

ABŞ Gürcüstanın təhlukəsizliyini gücləndirir

Dünya

3 Mart 2010, 10:57

ABŞ-ın yardımı ilə  Gürcüstanda yeni radar stansiyası istifadəyə verilib. Modern.az gürcü mətbuatına istinadən xəbər verir ki,  stansiya Acarıstanda inşa olunub. Stansiyanın açılış mərasimində iştirak edən ABŞ-ın Gürcüstandakı səfiri Con Bass qeyd edib ki,  stansiya Gürcüstanın təhlükəsizliyinə xidmət edəcək. Yeni radar stansiyası Gürcüstanın təhlükəsizliyinin təmin olunması öhdəliyi çərçivəsində tikilib.  Stansiya Gürcüstanın dəniz sahilinə səmərəli nəzarəti təmin edəcək, həmçinin qaçaqmalçılığın qarşısının alınmasına kömək göstərəcək. Gürcüstanın təhlükəsizliyinin möhkəmləndirilməsi proqramı çərçivəsində mühüm rol oynayan bu stansiya sayca dördüncü və sonuncu stansiya olacaq.

Yeni radar stansiyasının tikintisi təxminən yarım milyard dollara başa gəlib. Layihə ABŞ hökuməti tərəfindən “Gürcüstan sərhədlərinin mühafizəsi və qanunçuluğun möhkəmləndirilməsi” proqramı çərçivəsində maliyyələşdirilib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub