Modern.az

İlhamə Quliyeva Nazpəri Dostəliyevanı polisə verib: "O, üzr istəməlidir..." - QALMAQAL

İlhamə Quliyeva Nazpəri Dostəliyevanı polisə verib: "O, üzr istəməlidir..." - QALMAQAL

12 Fevral 2013, 23:55


Azərbaycanın xalq artisti İlhamə Quliyeva xalq artistləri Nazpəri Dostəliyeva və Məleykə Əsədovanın, eləcə də rejissor və aktyor Sərxan Kərəmoğlunun cinayət məsuliyyətinə cəlb olunması tələbi ilə çıxış edib. Bu barədə day.az məlumat yayıb.
İ.Quliyeva adıçəkilən sənətçilərin onu təhqir etdiyinə görə bu addımı atdığını deyib:

“Nazpəri Dostəliyeva, Məleykə Əsədova və Sərxan Kərəmoğlu efirlərdə çıxış edərkən mənim ünvanıma təhqirlər işlədiblər. Sərxan isə öz parodiyası ilə məni gülünc vəziyyətə qoyub. Təəssüf ki, mən onlara vaxtında cavab verə bilməmişəm, çünki səfərdə olmuşam. Lakin məndə bütün lazımi videomateriallar və sözlərimi təsdiq edən dəlillər var. Bu səbəbdən Daxili İşlər Nazirliyinə və digər müvafiq strukturlara müraciət etmişəm ki, onlar inzibati məsuliyyətə cəlb olunsunlar. Əgər üzr istəməsələr, cinayət məsuliyyətinə cəlb olunacaqlar. Nazpəri artıq bu orqanlara çağırılıb. Məleykə və Sərxanı da eyni aqibət gözləyir. Mən bu üçlüyün ictimai şəkildə üzr istəməsini tələb edirəm. Əks təqdirdə Azərbaycanın Cinayət Məcəlləsinin tələblərinə uyğun məsuliyyət daşıyacaqlar”.

Məsələ ilə bağlı day.az saytının əməkdaşı Nazpəri Dostəliyevanın da mövqeyini öyrənmək istəyib, onun, doğrudan da, DİN-ə çağırılıb-çağırılmadığını soruşub. Lakin müğənni şərh verməkdən imtina edib: “O, nə istəyir danışsın. Mən nə onun sözünə şərh vermək, nə də onun ünvanına əvvəl danışdığım sözlər haqqında danışmaq istəyirəm”.

İlhamə Quliyevanın ittiham etdiyi digər xalq artisti Məleykə Əsədovaya gəlincə isə onun cavabı qısa olub: “Şükür Allaha ki, heç kimdən gizlənmirəm və bunu etməyə hazırlaşmıram. Əgər kiməsə lazım olsam, məni tapmaq çətin deyil”.

Sevinc İltifatqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir