Modern.az

Mənsum İbrahimov: “Öz şagirdimlə festivalda muğam ifa edəcəyəm”

Mənsum İbrahimov: “Öz şagirdimlə festivalda muğam ifa edəcəyəm”

Mədəni̇yyət

13 Fevral 2013, 14:48

“Muğam aləmi” Beynəlxalq Musiqi Festivalının ölkəmizdə yenidən keçirilməsi gənclərimizin inkişafı və dünyaya öz səslərinin duyurmaq baxımından çox əhəmiyyətli xarakter daşıyır”. Bu sözləri Modern.az-a Azərbaycanın xalq artisti, muğam ifaçısı Mənsum İbrahimov bildirib.

“Heydər Əliyev Fondunun dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Milli Konservatoriyanın birgə təşkilatçılığı ilə təşkil olunan bu müsabiqədə əsas məqsəd muğamın inkişafına böyük töhfə verəcək. Artıq ölkəmizdə iki dəfə – 2009 və 2011-ci illərdə muğam festivalları keçirilib. 2009-cu ildə tələbəm Təyyar Bayramov Grand-Prix mükafatına layiq görüldü. 2011- ci ildə Ehtiram Hüseynov birinci yerə çıxdı. Yəni hər iki müsabiqədə də azərbaycanlı ifaçı çox önəmli yerə layiq görüldü. Bundan əlavə, Azərbaycan muğam mərkəzinə çevrilib. Dünyanın bütün ölkələrindən muğam ifaçıları dəvət olunublar. Onlar burda həm yarışırlar, həmdə sənət mübadiləsi aparırlar. Muğam festivalı çərçivəsində hər axşam bir ustadın konserti olacaq. Bu il formatda edilən dəyişikliyə əsasən ustad-şagird ifası da olacaq. Mən də öz tələbəm Təyyar Bayramovla “Şur” muğamını ifa edəcəyəm. Bu festival çərçivəsində bizim bölgələrdə də çıxışlarımız olacaq”, – deyə M. İbrahimov vurğulayıb.

Pərvin ARZUQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir