Modern.az

Media forum saytı “ilin tərəfsiz portalı” mükafatı aldı (fotolar)

Media forum saytı “ilin tərəfsiz portalı” mükafatı aldı (fotolar)

Reportaj

3 Mart 2010, 14:59

Parlament (Tərəfsiz) Jurnalistlər Birliyi televiziya, qəzet və portalların 2009-cu ildəki fəaliyyətinə qiymət verib. Birlik “İlin tərəfsiz televiziyası”, “İlin tərəfsiz qəzeti” və “İlin tərəfsiz portalı” nominasiyalarında dörd KİV-i diplomla mükafatlandırıb.
“İlin tərəfsiz televiziyası” nominasiyasında iki telekanal – İTV və “Xəzər” qalib gəlib. “İlin tərəfsiz qəzeti” nominasiyasında “Şərq” qəzeti, “İlin tərəfsiz portalı” nominasiyasında “Media forum” saytı qalib olub.

Martın 3-də Parlament (Tərəfsiz) Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı və sədr müavini Aqil Aslan “İlin tərəfsiz portalı” nominasiyasında “Media forum”un layiq görüldüyü diplomu saytın kollektivinə təqdim ediblər.

E.Eyvazlı bildirib ki, “Media forum” saytı bu mükafata ölkədə baş verən proseslərə münasibətdə tərəfsiz mövqe tutduğuna və bütün tərəflərin mövqeyini obyektiv işıqlandırdığına görə layiq görülüb: “Hər hansı bir məsələ ilə bağlı bütün tərəflərin mövqeyinə yer vermək əhəmiyyətli haldır”.
Təqdimat saytın redaksiyasının yerləşdiyi ofisdə olub.Bununla da Parlament (Tərəfsiz) Jurnalistlər Birliyi sözügedən nominasiyalar üzrə diplomların təqdimatını başa çatdırıb.

 

 

 

 

 

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub