Modern.az

Pirallahı rayonunun bələdiyyəsi yaradıldı

Pirallahı rayonunun bələdiyyəsi yaradıldı

Təhsil

14 Fevral 2013, 14:45

Prezident bu yaxınlarda sayca 12-ci rayonun- Pirallahı rayonunun yaradılması haqda fərman verib. Fərmanda Nazirlər Kabinetinə bir ay müddətində Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyətinin fəaliyyətinin təmin edilməsi üçün zəruri maliyyə vəsaiti ayrılmasını təmin edilməsi tapşırılıb.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Tahir Rzayevin Modern.az-a verdiyi məlumata görə, artıq həmin rayonda yaradılan bələdiyyə ölkənin bələdiyyələr siyahısına salınıb.

Qeyd edək ki, Milli Məclisin dekabrın 21-də keçirilən iclasında Bakı şəhər inzibati ərazi vahidinin tərkibində Pirallahı rayonunun yaradılması haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. Sonda qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sevinc İltifatqızı

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar