Modern.az

Xəbər Ombudsmanları Birliyi nümayəndəsi Mətbuat Şurasında olub

Xəbər Ombudsmanları Birliyi nümayəndəsi Mətbuat Şurasında olub

Qarabağ

3 Mart 2010, 19:26

 

Bu gün Sosial İnformasiya Agentliyinin və Azadlığın və Sülhün Müdafiəsi Beynəlxalq Hüquq Təşkilatının dəvəti ilə Azərbaycanda səfərdə olan Xəbər Ombudsmanları Birliyi beynəlxalq təşkilatının nümayəndəsi C.B.Hanif Azərbaycan Mətbuat Şurasında olub.

 

Qonağı qəbul edən MŞ sədri Əfaltun Amaşov onu rəhbərli etdiyi qurumun iş prinsipləri barədə məlumatlandırıb. Müxtəlif kütləvi informasiya vasitələrində peşə prisnsiplərinin pozulması ilə bağlı Şuranın reallaşdırdığı tədbirlərdən söz açan Ə.Amaşov qarşıdakı fəaliyyət istiqamətlərinə də diqqət yetirib.

 

C.B.Hanif çıxışında xəbər ombudsmanının beynəlxalq aləmdə qəbul edilmiş vəzifələrindən danışıb. Onun sözlərinə görə, bu təsisatın əsas missiyası oxucuların redaksiyadan şikayətini araşdırmaqdır. Öz təcübəsindən ətraflı bəhs edən C.B.Hanif bildirib ki, qəzetdə xəbər ombudsmanı işlədiyi dövrdə oxucuların şikayətinə daim redaksiya rəhbərliyindən və ya şikayətə səbəb olan yazıların müəlliflərindən yazılı cavablar alıb, bu cavablar əsasında hər həftə qəzetdə məqalə ilə çıxış edib: “Beynəlxalq Ombudsmanlar Birliyi dünyanın müxtəlif ölkələrində xəbər ombudsmanı təcrübəsinin tətbiqinə yardım edir. Onu deyim ki, hər bir ölkədə xəbər ombudsmanının fəaliyyəti, vəzifələri həmin yerin səciyyəvi xüsusiyyətlərinə, problemlərinə uyğun təşkil olunur: Onların müxtəlif modelləri var. Azərbaycana bu işin təşkilinə bacardığımız köməyi göstərmək niyyətindəyik”.

 

  

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub