Modern.az

Ramiz Quliyev: “Muğam müsabiqəsində şah alətlərimizin iştirakı yaxşı haldır”

Ramiz Quliyev: “Muğam müsabiqəsində şah alətlərimizin iştirakı yaxşı haldır”

16 Fevral 2013, 10:15


“Muğam Aləmi”  Beynəlxalq Muğam Müsabiqəsinin ölkəmizdə keçirilməsi və instrumental alətlərin – tarın, kamançanın, balabanın burda ifa olunması çox təqdirəlayiq və arzuolunan bir haldır”. Bunu Modern.az-a tar ifaçılığı ilə tanınan xalq artisti Ramiz Quliyev bildirib.

“Heydər Əliyev Fondunun dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Milli Konservatoriyanın birgə təşkilatçılığı ilə yenidən təşkil olunan bu müsabiqə ölkəmizdə muğam sənətinə verilən dəyərin göstəricisidir. Muğamın qorunub saxlanması və bu gün də böyük marağa səbəb olması ustadların əməyinin bəhrəsidir. Builki Muğam Festivalında xanəndə və müğənnilərdən əlavə olaraq, instrumental – tarın, kamança ifaçılarının olması çox təqdirəlayiq bir haldır. Bu festivalda mənim tələbələrimin tələbələri iştirak edəcək. İnanıram ki, onlar burda çox yüksək nailiyyətlər əldə edəcəklər. Milli musiqi alətimiz olan tar 2012-ci ildə yüksək səviyyədə YUNESKO-nun mədəni irsinə prezentativ olaraq salındı və təmsil olundu. Bu bir daha tarın imkanlarının yüksək olmasını göstərir və bizim qələbəmizdir. Buna görə də gənclərimiz daha çox çalışmalıdır ki, bizim şah alətimizi dünya ölkələrində yüksək səviyyədə tanıtdırsınlar. Eyni zamanda mən gənclərə tövsiyə edərdim ki, tardan tar səsi çıxarmağı bacarsınlar, çünki onun özünü ifa etməkdə də böyük bir hikmət var”, – deyə R. Quliyev bildirib.

Xalq artisti əlavə edib: “Heydər Əliyev Fondu muğam layihələrinin həyata keçirilməsinə yüksək səviyyədə diqqət və qayğı göstərir. Bununla yanaşı, muğam tədris ocaqları muğamın tədrisi baxımından yüksək nailiyyətlər əldə edib və yeni ifaçıların yetişməsinə böyük dəstək göstərir”.

Pərvin Arzuqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu