Modern.az

“Bəli, Rüstəm İbrahimbəyovun həbs olunma ehtimalı var” AÇIQLAMA

“Bəli, Rüstəm İbrahimbəyovun həbs olunma ehtimalı var” AÇIQLAMA

16 Fevral 2013, 10:24

 Kinematoqrafçılar İttifaqının katibi həbs ehtimalını real sayır

“Kinematoqrafçılar İttifaqına açılan cinayət işində elə bir yenilik yoxdur. Hələ ki, cinayət işinin istintaqı davam edir. Rüstəm İbrahimbəyov fevral ayının axırı Bakıya gələcək. Eldəniz Quliyev ciddi və savadlı insandır. Əgər o, Rüstəm İbrahimbəyovun həbs olunma ehtimalını səsləndiribsə, deməli, bir əsası var. Bəli, Rüstəm İbrahimbəyovun həbs olunma ehtimalı var”.
Bunu Modern.az-a Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabarov deyib. Onun verdiyi məlumata görə, Kinematoqrafçılar İttifaqına borcunun ödənilməsi üçün onlara müddət verilməyib: “Sanksiyanın tətbiqindən 5 gün sonra cinayət işi açıldı. Adətən, sanksiya tətbiq ediləndən sonra cinayət açılmır. Halbuki, elə olub ki, iş adamı illərlə borcunu ödəyə bilməyib. Ona vaxt verilib. Amma burda yoxlamadan sanksiya tətbiq edəndən sonra cinayət işi açıldı”.

Gültəkin Ələsgər

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir