Modern.az

Sabirin ürək qanı ilə yazdığı məktublar-2: "Dahilərdən yazışmalar" - RUBRİKA

Sabirin ürək qanı ilə yazdığı məktublar-2: "Dahilərdən yazışmalar" - RUBRİKA

16 Fevral 2013, 10:33

Modern.az saytı sizə “Dahilərdən yazışmalar” rubrikasının yeni buraxılışını təqdim edir. Ötən yazıda böyük şairiimiz Mirzə Əlkbər Sabirin  Mirzə Cəliln evində  xəstə yatarkən Abbas Səhhət və Abbas Mirzə Şərifzaadəyə yazdığı məktubları təqdim edirik. Bu dəfəki məktublarda da dövrün ictimai problemi öz kəskin  izini buraxır. Beləliklə Sabirin “ürək qanı ilə yazdığı məktubların ikinci hissəsini sizə təqdim edirik.

1-ci məktub. Molla Nəsrəddin xəttinə sonadək sadiq qalan “Bəhlul” jurnalının kollektivinə

 Mətbuat aləminə qədəmgüzar olan möhtərəm “Bəhlul” jurnalımızı mən səmim qəlbdən təbrik, dəvam və bəqasını həqdən təmənna ediyorum. Məlfufənizdə əxbar, əşar və müştəri təmənnasında bulunduğunuzdan dolayı ərz edirəm: üç-dörd ay olur ki, dükan açıb kəsbkara məşğul olduğumdan, idarələrə məlum olduğu kimi, əxbarnəvisliyi bilkulliyə tərk etməyə məcburəm.     
         
Və kəza müştəri aramağa daha kəsrəti-məşağilimdən vəqtim qalmadığı üçün cənablarınızdan münfəiləm. 
Ancaq həyatı-milliyyəmizə dair şer yazmaq ilə müavinətimizdəbulunmaqda olacağımı, yazdığım şerləri imzasız dərc etməniz şərtilə vəd ediyorum.

Eləkbər Sabir Tahirzadə Şirvani

 Bəd-əttəhir. Əfəndim! İnsafsız adamlar az deyildir;  ola bilər ki, birşəxsin, ya bir əmrin əleyhində mənim əqidəmin bərəksi olan qərəzi-şəxsiyyə, xahişi-nəfsaniyyələr sayəsində məktublar yazılsın, sizi inandırmaqdan ötrü mənim adım ilə imzalayıb göndərilməsin, siz də aldanasınız. Ona görə lazım gətirir ki, əvvələn, mənim şiveyi-xəttimə diqqət buyurub tanıyasınız vəsaniyəm, minbəd sizə göndərəcək olduğum kağızda imza qoymuyub, əvəzində sizin poçta nömrənizi yazacağam (248). 

2-ci məktub Böyük maarifçi Sultan Məcid Qənizadəyə

17 yanvar 1908 Şamaxıdan                              

Qoridə maarifpərvər Sultan Məcid Qənizadə hüzurlərinə!         

Bəd-əssəlam, himmətzədə pərvanələri sayəsində yazdıqları məktubi-ali rəsideyi-dəsti-minnətdarımız oldu. Ixtar: kəndi alış-verişimə dair rusca danışmaq, imza etmək və paketlər ünvanı yazmaq kimi şeylərə mütədirəm. Rusca qələmə alınmış yazıları layiqincə oxuya bilmirəmsə də, çap olunan kitabları bir əndazəyə qədər oxuram. Vəqt müsaidə edər isə mütaliatda, mükalimatda bulunduğumca, əmrinə kafi dərəcədə rusca yazmağa, oxumağa və danışmağa müvəffəq ola biləcəyim bədihi olsa gərək.
Metrik şəhadətnaməsi hazırdır isə də, Şamaxı şiə qazisi uyezdni olduğundan qanun mövcibincə attestat şəhadətnaməsi Bakıda qubernski qazidən alınmalıdır. Ona dəxi müvəffəq olmağım vasitə ilə olur isə Bakıda çox zəvat tapa bilərəm…
Məktubumun üzərində olan paketin rusca yazısı kəndi xəttimdir

Baqi, ixlas və məhəbblə, əfəndim.
Həqiqi dostum Firidunbəy cənablarına müxlisanə salam edirəm.

Möhtərəm əfəndim!
          İki həftə bundan qabaq xüsusi məktubumla bərabər keçənlərində “Irşad”da çap olunmuş şerlərimdən bir danə göndərmişdim. Və keçən həftə Səmədovlara yazdığım xüsusi bir məktub ilə bərabər “Məmdəlinin” həqqində yeni dediyim bir şeri dəxi göndərmişdim ki, sizə yetirsinlər. Ümmid ki, vüsul olmuşdurlar. Budur, bu gün də bir şer göndəriyorum.
          Əfəndim! Yavaş-yavaş dirçəlirəm. Ümidvaram ki, çox şer yazam. Baqi məhəbbət.

 Dostunuz Ə. Sabir Tahirzadə Şirvan
 16 yanvar       25 məhərrəm

Qeyd: Yazıda böyük satirik şairin üslubuna toxunulmamışdır.

Hazırladı: Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir