Modern.az

Dərmanlar psixi xəstələr üzərində sınaqdan keçiriləcək

Dərmanlar psixi xəstələr üzərində sınaqdan keçiriləcək

4 Mart 2010, 10:37

Rusiyada dərman preparatları psixi xəstələr üzərində sınaqdan keçiriləcək. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Dövlət Duması buna razılıq verib. Mətbuat yazır ki, 1998-ci ildə qəbul olunmuş  “Dərman vasitələri haqda” qanunda ictimaiyyətin etirazlarına rəğmən 40-cı maddə əksini tapıb. Bu maddə psixi xəstəliklərin müalicəsi üçün nəzərdə tutulmuş dərmanların psixi  və əmək qabiliyyəti olmayan xəstələr üzərində sınaqdan  keçrilməsinə icazə verir. Qeyd olunur ki., dərmanların sınağı üçün psixi xəstələrin tədqiqat obyekti kimi seçilməsi insanların icazəsi olmadan onları üzrərində tibbi təcrübələrin keçirliməsinə yol açır. Bununla da müasir Rusiya nasist Almaniyasının dalınca gedir.

Daha bir narahatverici məqam ondadır ki, dərman firmaları tədqiqat obyekti olan xəstələrin sahiblərinə və ya qəyyumlarna yaxşı pullar, hədiyyələr verəcək. Ağır psixi xəstələrin yaxınlar isə bu səxavətdən gen bol istifadə etməyə çalışacaq. Daha çox psixi xəstənin olduğu psixo-nevroloji məüssisələrdə vəziyyət dəhşət həddinə çatacaq. Çünki burada xəstələrin qəyyumu qismində müəssisə özü çıxış edir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir