Modern.az

Moskvadakı azərbaycanlı ziyalılardan Diaspor Komitəsinə və ÜAK-a ciddi ittiham - FOTOLAR

Moskvadakı azərbaycanlı ziyalılardan Diaspor Komitəsinə və ÜAK-a ciddi ittiham - FOTOLAR

Mədəni̇yyət

17 Fevral 2013, 20:13

”Ocaq” Cəmiyyətinin sədri Tofiq Məlili: “Bizim arxamızda duranlar varmış, xəbərimiz yoxdur”


Moskvada Millətlər Evində Azərbaycan Yazıçılar Birliyinin (AYB)10 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
Moskvada yaşayan jurnalist Tünzalə Vəliqızı tədbir barədə Modern.az saytına geniş məlumat verib. Onun məlumatına görə, təbdirdə Rusiyada fəaliyyət göstərən diaspor təşkilatlarımızın, eləcə də Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin ünvanına tənqidlər səslənib. Eyni zamanda yazıçı Əkrəm Əylislinin "Daş yuxular" romanı geniş müzakirə olunaraq pislənilib.

AYB Moskva bölməsinin və “Ocaq ”cəmiyyəti sədri tədbirdə çıxış edib. Bildirib ki, hələ 2003-cü ildə AYB Moskva bölməsinin yaranması təşəbbüsü meydana gələndə bir çoxları buna dodaq büzüb, etiraz edib.  

“Yadımadır, hələ o zamanlar Alla Axundova “biz uşaq-uşaq oyunu oynamırıq”, hörmətli yazıçımız Çingiz Hüseynov isə “yazıçıya bir masa və kağız-qələm kifayət edər” deyib bu qurumun yaranmasına etiraz etmişdilər. Bunlar giley deyil, bu gün 10 ili arxada buraxan bir qurumun yaranan zaman hansı çətinliklərdən keçdiyi tarixi xatırlatmadır”-deyə Tofik Məlikli vurğulayıb.

”Bizim məqsədimiz burada yazıb-yaradan yazıçı və şairlərimizi bir arada toplamaq, onları Rusiya ədəbi mühitinə tanıtdırmaq, kitablarının nəşrinə kömək etmək idi. Nələrə nail olduq bu 10 ildə? AYB Moskva bölməsi bu 10 ildə Azərbaycanın tanımış ədəbiyyat və incəsənət xadimlərinin yubileyləri, kitab təqdimatları daxil olmaqla 47 təbdir keçirib”.

Moskvada yazıb-yaradan azərbaycanlı şair və yazıçıların əsərlərini “mühacir və ya diaspor ədəbiyyatı” adlandırılmasına da etiraz edən T.Məlikli “burada yaranan ədəbiyyat Azərbaycan ədəbiyyatının bir parçasıdır” söyləyib.

Tofiq Məlikli Rusiyada fəaliyyət göstərən azərbaycanlılara məxsusu digər ictimai təşkilatların fəaliyyətinə də münasibət bildirərək, onların öz aralarında yola getməmək probleminə toxunub.

“Bir-birinin tədbirinə getməmək bir yana, hətta “onun tədbiri uğursuz keçdi” deyib, sevinənlər var və mən bunu anlamıram”.

T.Məlikli bildirib ki, onun rəhbərlik etdiyi AYB Moskva bölməsi və “Ocaq ”cəmiyyətinin keçirdiyi tədbirlərdə maddi və mənəvi dəstəyi olmayan bəzi təşkilatlar öz hesabtlarında buna şərik çıxırlar.

“Bizim keçirdiyimiz tədbir haqqında Diasporla İş üzrə Dövlət Komitəsi “dəstəyimizlə Moskvada belə bir tədbir keçirildi”-deyə informasiya verir. Bizim arxamızda duranlar varmış, xəbərimiz yoxdur”-deyə T.Məlikli ironiyasını gizlətməyib.  

T.Məlikli Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) bu günlərdə keçiridyi iclasında təşkilatın sədri Məmməd Əliyevin səsləndirdiyi “bundan sonra biz yubileylər keçirməklə məşgul olmayacağıq, o işlə, qoy, xirda təşkilatlar məşğul olsun ” fikrinə da irad tutub.
O, ÜAK Ali Şurasının üzvü kimi bu fikirlərin adı çəkilən təşkilatın nizamnaməsinə zidd olduğunu bildirməklə, Azərbaycan klassiklərinin, ədədi irsimizə töhfə vermiş insanların yubleyinin belə kiçildilməsindən təəssüfləndiyi vurğulayıb.  

Əkrəm Əylislinin “Daş yuxular” romanı barədə danışan Tofiq Məlikli “mətbutda da yazdığım kimi, bu bir yazıçının tənəzzülünü təsdiq edən amildir” söyləyib.

T.Məlikli xatırladıb ki, həmin romanın çap olunduğu “Drujba narodov” jurnalına ağır günlərində - 2006-cı ildə Rusiyadakı Azərbaycan ictimai mühiti maddi və mənəvi dəstək verib. Tofiq Məlikli onu da qeyd edib ki, jurnalın baş redaktoru Ebonaidze bir yazını belə, yoxlamadan, redaktə etmədən dərc etməz. Bədii standartlara uymayan və bərbad tərcümə olunmuş əsərdə qrammatik səhvlərə baxmadan “Daş yuxular”ın bu jurnalda işıq üzü görməsi başqa mətləbdən xəbər verir.

O, yazıçı Çingiz Hüseynov və kinodramaturq Rüstəm İbrahimbəyovun bu əsərdən əvvəlcədən xəbərləri olduğuna diqqət çəkərək, onların “Daş yuxular”ı "ədəbi şedevr " adlandırmalarından təəssüflənib.

AYB Moskva bölməsinin katibi Nəsib Nəbioğlu da bu qurumun xətti ilə bir çox azərbaycanlı ziyalılarının kitablarının, məqalələrinin çap olunduğunu xatırladıb.

”Bir çox yazarlarımız bizim təqdimat məktubumuzla Rusiya Yazıçılar İttifaqı, Beynəlxalq Publisistlər Assosasiyası kimi təşkilatlara üzv olublar. Onların yazılarının Rusiyanın və digər ölkələrin jurnal və almanaxlarında işıq üzü görməsində AYB Moskva bölməsnin xüsusi xidməti olub”.

Daha sonra tədbirdə Ümumrusiya Azərbaycanlıları Konqresinin nümayəndəsi çıxış edərkən mübahisəli məqam yaşanıb.  

Belə ki, ÜAK nümayəndəsi Manaf Ağayev bu tədbirin təntənəli yubiley mərasimi olduğunu düşünərək, gəldiyini bildirib və təmsil olunduğu təşkilatın təbrik məktubunu oxuyub. Eyni zamanda Tofiq Məliklinin ÜAK sədri M.Əliyevin ünvanına səsləndirdiyi irada etiraz edib.

Tofiq Məlikli isə M.Əliyevlə bağlı iradları dəqiq məlumatlar əsasında söylədiyini vurğulamaqla ÜAK nümayəndəsinə etiraz edib.

Tədbirdə çıxış edən Rusiya Yazıçılar Birliyinin üzvü şairə Agaq Şıxlı, tarixçi alim Əşrəf Hüseynli, “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin sədri Vasif Məmmədov əsasən “Daş yuxular”dan danışaraq onu pisləyiblər.

Rusiyadakı “Dərviş” Azərbaycan teatrının rəhbəri Mərdan Feyzullayev “Drujba narodov” jurnalına bu yığıncaqda deyilənlərin nəticəsi olaraq müraciət göndərilməsini təklif edib.





Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər