Modern.az

Qırğızıstanın 1-ci, prezidentin 2-ci xanımı - o, milliyətcə qırğız deyil… - FOTOLAR

Qırğızıstanın 1-ci, prezidentin 2-ci xanımı - o, milliyətcə qırğız deyil… - FOTOLAR

18 Fevral 2013, 09:35


Modern.az
 saytı “Birinci ledilər” rubrikasında xarici ölkələrin dövlət başçılarının xanımları barədə məlumatların təqdimatını davam etdirir.

Rubrukanın budəfəki təqdimatı Qırğızıstan Respublikasının birinci xanımı Raisa Atambəyova haqqındadır..

Qırğız prezidenti Almazbəy Atambəyovun həyat yoldaşı Raisa Minəhmədova (indi Atambəyova-red.) Rusiya Federasiyasının Ural böləsi ərazisində dünyaya gəlib. Çoxlarının düşündüyünün əksinə olaraq Raisa xanım milləyətcə qırğız deyil, tatardır. Onun valideinləri sonradan Qırğızıstana köçərək orada məskunlaşıblar. Raisa xanım Oş şəhərində yerləşən Lomonosov adına orta məktəbi bitirib. Orta təhsili başa vurduqdan sonra o, Qırğızıstan Dövlət Tibb Universitetinə daxil olub və oranı bitirib. Tibb elmləri namizədi ali dərəcəsi var.

Raisa Minəhmədova 1988-ci ilə gələcək president Almazbəy Atambəyovla ailə həyatı qurub.

Məlumatlara görə, Raisa Atambəyova vaxtilə institutda birgə oxuduğu qızlarla əlaqələri birinci ledi olandan sonra da qırmayıb. İndi deyirlər birinci ledi bu il ali məktəb buraxılışının 30 illiyini öz keçmiş qrup yoldaşları ilə qeyd etməyə hazırlaşır.  

Maraqlıdır ki, birinci ledi ali həkimlik dərəcəsinə malik olmasına baxmayaraq, heç yerdə çalışmır, evdar xanımdır. Qırğız mətbuatı yazır ki, prezident Almazbəy Atambəyov ancaq öz xanımının əllərilə hazırladığı yeməkləri yeyir. Hətta prezidentin nahar yeməyinə belə, evə getdiyi qeyd olunur.

Onu da qeyd edək ki, xanım Raisa Atambəyova president Almazbəy Atambəyovun ikinci həyat yoldaşıdır.

Almazbəy Atambəyovun ilk həyat yoldaşı Buajar Atambəyovadan 4 övladı var. Oğlanları Seyidbəy və Seytək, iki əkiz qızı Diana və Dinara.

Prezidentin hazırki həyat yoldaşı, Qırğızıstanın birinci ledisi Raisa Atambəyovadan isə 2 övladı dünyaya gəlib: 1993-cü il təvəllüdlü oğlu Kadırbəy və 1997-ci il təvəllüdlü qızı Aliyə.

Prezidentin ilk həyat yoldaşından olan əkiz qızları Diana və Dinara paytaxt Bişkekdə yerləşən böyük və əzəmətli Nooruz restoranını idarə edirlər.

Prezident həmişə tanrının ona çox ağıllı övladlar bəxş etdiyini söyləyir.

Qırğızıstanın birinci ledisi Raisa Atambəyova çox nadir hallarda publika qarşısıa çıxır. İlk dəfə o ictimaiyyət qarşısına prezidentin inaqurasiya mərasimi günü çıxıb. İkinci dəfə isə qırğızlar xanım Atambəyovanı Türkiyə prezidentinin Qırğızıstana səfəri zamanı onlara yoldaşlıq edəndə gördülər. Yalnız bu zaman fotojurnaliştlər Qırğız Respublikasının birinci ledisinin şəklini çəkməyi bacara biliblər. Buna qədər isə o, heç vaxt qəzetlərə, televiziyalara müsahibə verməmişdi.
Birinci xanımın ilk şəkli hələ 24 matr 2005-ci il tarixində “AQIM” qəzetinin birinci səhifəsində çıxmışdı. Bu şəkildə qırğız inqilabını edən müxalifət nümayəndələri arasında əllərində tülpan buketi tutmüş yaraşıqlı bir xanım həyat yoldaşı ilə dayanmışdı. O zaman bu xanımın gələcək prezidentin həyat yoldaşı olacağı heç kəsin ağlıa gələ bilməzdi.

Raisa Atambəyovanı yaxından tanıyanlar onun çox ağıllı və dözümlü qadın olduğunu deyirlər.


Prezident ailəsinin oğlu Kadırbəy 2011-ci ildə orta məktəbi qızıl medalla bitirib, hazırda Türkiyədə ali təhsil alır. Oğlu barədə danışarkən prezident deyib: “Mən bir də onda bildim ki, Kadırbəy artıq orta məktəbi bitirir”. O, ailədə uşaqların əsas zəhmətini birinci xanımın çəkdiyini qeyd edib.

Atambəyovların qızı Aliyə isə 9-cu sinif şagirdidir. Evdar xanım olan Raisa Atambəyova vaxtının çox hissəsini elə qızı Aliyə ilə keçirir.

Prezident Almazbəy Atambəyovun andiçmə mərasimi zamanı verilən ziyafətdə Raisa Atambəyova qonaqları salamlayıb onlara minnətdarlıqını bildirdikdən sonra demişdi ki, bu, onun publika arasında sonuncu iştirakı vı çıxışı olacaq.
”Qızım Aliyənin saçlarını hörməkdən, onun dərslərinə kömək etməkdən, sevimli ərimə dadlı nahar hazırlamaqdan daha zövqlü bir iş yoxdur mənim üçün həyatda”-deyə birinci ledi həmin ziyafətdəki çıxışı zamanı vurğulamışdı.

Yeri gəlmişkən, həmin ziyafətdə Raisa xanım ona tülpan buketi hədiyyə edən prezident Almazbəy Atambəyovun yanağından öpməklə alqışlara da layiq görülmüşdü…




Günəş FƏRHADLI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır